AZAL-ın DƏLƏDUZLUĞU... - Bitib-tükənmək bilmir...
Sosial
Oxunub: 291
24 in 2022 | 19:49
AZAL-ın DƏLƏDUZLUĞU... - Bitib-tükənmək bilmir...


Son vaxtlar Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti artırılıb. Naxçıvan sakinlərinin ciddi narazılığına səbəb olan bu qərardan sonra bir çox siyasətçilər, millət vəkilləri muxtar respublikaya təyyarə biletlərinin qiymətinin artırılmasına kəskin etiraz ediblər.

“Azərbaycan Hava Yolları Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan sakinlərini təkcə bilet qiymətinin artımı ilə sınağa çəkməyib. AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçmaq istəyən sərnişinlərin çoxluğunu nəzərə almır, təyyarə reyslərinin artırılmasında maraqlı görünmür. Bunun səbəbləri ilə bağlı növbəti yazıda söhbət açacağıq.

Bu gün isə AZAL-ın onlayn bilet dələduzluğu barədə oxucularımıza məlumat verəcəyik. AZAL sərnişin sıxlığını nəzərə alaraq, Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytından almağı təklif edib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcəkmiş.

Hava yolları şirkətindən bildirilib ki, hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər.

Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir. Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq.

İlk baxışdan bu sözlər qulağa çox xoş gəlir, AZAL-ın Naxçıvana getmək və Naxçıvandan Bakıya gəlmək istəyən sərnişinlərin probleminin həllinə diqqətlə yanaşdığı görünür. Amma sən saydığını say, gör, AZAL nə sayır. Aviaşirkət bu işi də üzünü-gözünə bulaşdırıb. Onlayn bilet almaq istəyən vətəndaşlar ciddi problemlərlə, AZAL-ın dələduzluğu ilə qarşılaşıblar. Bir qrup Naxçıvan sakini TNS-in redaksiyasına müraciət edərək, AZAL-dan şikayətçi olublar və bunu ictimailəşdirməyi bizdən xahiş ediblər.

Bəs nə baş verir?

Vətəndaşlar bildirir ki, onlar azal.az saytında onlayn bilet əldə etmək üçün texniki proseduru icra ediblər. Şirkət vətəndaşların bank kartından vəsaiti çıxsa da, onlara biletlə bağlı heç bir məlumat göndərməyib. Yəni, vətəndaşlar onlayn bilet ala bilməyiblər. AZAL-ın məlumat mərkəzinə, callcenter@azal.az elektron ünvanına müraciətlərin də heç bir faydası olmayıb. Həmin vətəndaşlar sual edir. İnsanların pulunu alıb xidmət göstərməməyin, onları təyyarə bileti ilə təmin etməməyin adı dələduzluq deyilsə, bəs nədir?

Redaksiyamıza müraciət edən vətəndaşlar bank kartlarından vəsaitin çıxılması və onlara biletin verilməməsi ilə bağlı faktları da təqdim ediblər.

Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski saytımıza bildirib ki, bu problem araşdırılmalıdır. Bunu araşdırmaq lazımdırsa, buyurun, araşdırın. Vətəndaşlar sizdən cavab gözləyir.

Ümid edirik ki, bu problem öz həllini tapacaq, vəsaiti ödəyib bilet ala bilməyən vətəndaşların narazığı aradan qaldırılacaq, beləliklə, AZAL dələduz şirkət olmadığını sübut edəcəkdir. //ovqat.com//
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest