KTN-nin inkişafına İNAMIMIZ YOXDUR - dövlətin ZƏİF BƏNDİ
Sosial
Oxunub: 256
22 in 2022 | 19:49
KTN-nin inkişafına İNAMIMIZ YOXDUR - dövlətin ZƏİF BƏNDİ


Kənd təsərrüfatı naziri İnam Kərimov gənc nəsil, islahat-filan dalğasında ilk nazir vəzifəsinə gələn gənclərdən biridir.
Sözün düzü, onun nazir vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılanmışdı.
Azərbaycan cəmiyyəti ilk dəfə idi ki, bu yaşda gənc nazirlə qarşılaşırdı.
Çünki bizdə adətən nazirlərin yaşı 40-60 arası olur.
Nə isə, İnam Kərimova cəmiyyətdə maraq və İNAM çox idi.
Və İnam müəllimin sapoq geyərək əkin sahələrinə getməsi, qucağına QUZU alaraq şəkil çəkdirməsi az müddət cəmiyyətdə maraqla qarşılandı.
Amma müdriklər deyib ki, yalanın və...ömrü 40 gün çəkər.
Amma indi sürət əsridir.
İnam Kərimova olan İNAM, nəinki 40 gün heç 3 həftə də çəkmədi.
Birincisi, bəlli oldu ki, bu adam, ümumiyyətlə, aqrar sahəni anlamır.
İkincisi və ən dəhşətlisi odur ki....
Bu barədə Gündəlik-Bakı olaraq dəfələrlə yazmışıq ki, İnam Kərimov 10 illər boyu aqrar sferada formalaşan KADR KORPUSUNU məhv etdi.
Özü ilə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı Nazirliyinə doldurdu. Və beləcə bu boyda nazirliyin axırına çıxdı.
Təsəvvür edin ki, bu adam tarix müəllimi olan dostunu baytarlıq İdarəsinə rəis təyin edir.
Bir soruşan yoxdur ki, ay adam, tarix müəllimi hara, baytarlıq hara..?
Biz hələ o vaxt yazdıq ki, baytarlıq xəstəlikləri koronavirusdan daha təhlükəlidir, ay İnam Kərimov.
Allah iraq eləsin bir xəstə heyvandan yayılan virus böyük bir insan kütləsini məhv edər.
Biz hələ İnam Kərimovun gübrələrin və dərmanların alınması üçün keçirdiyi tenderləri və milyonların mənimsənilməsini demirik.
Hələ bu harasıdır..?
Dünya Bankı Azərbaycana uzun müddətli və külli miqdarda kredit verir ki, aqrar sahəni inkişaf etdirin.
Əlbəttə, Dünya Bankı bizim halımıza yanmır. Krediti verərək, öz dividentini götürür. Amma sağ olsunlar ki, verirlər.
Həm də nəzərə almaq lazımdır ki, dünyada ərzaq təhlükəsizliyi deyilən bir problem var...Nə isə..
Dünya Bankının 8 il müddətinə Kənd Təsərrüfatı Nazirliyinə verdiyi 53 MİLYON vəsait hara gedib, ay İnam(sız) Kərimov..?
Bu kredit verilmişdi ki, sahibkarlara, aqrar sahədə çalışan fermerlərə, biznesmenlərə verilsin ki, ölkədə ərzaq bolluğu yaransın, qiymətlər ucuzlaşsın.
Amma İnam Kərimov kimi kənd təsərrüfatı nazirinin "səyi" nəticəsində hazırda bazarda lobyanın kilosu 5 manat, pomidorun kilosu 4 manat, kartof isə 2 manatdır.
Təsəvvür edin ki, əcnəbilərin verdiyi krediti bizim məmurlar basıb yeyir.
Bunlar krediti deyil ee, Azərbaycanın gələcəyini basıb yeyirlər.
Ay İnam Kərimov yalandan Gəncədə Dövlət Aqrar Universitetində, sonra Əkinçilik İnstitunda mənasız tədbirlər keçirib xeyli pulları silirsiniz.
Tədbiri keçirənlərin hamısı da öz dostlarındır.
Təsəvvür edirsiniz Hesablama Palatası auditin nəticəsini açıqlayıb. Və bəlli olub ki, “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin ümumi dəyəri 53,3 milyon ABŞ dolları təşkil edib ki, bunun da 34,5 milyon ABŞ dolları Dünya Bankının krediti, 18,8 milyon ABŞ dolları isə hökumətin payından ibarətdir.
Bu boyda layihə olar..?
Layihənin məqsədi pulları mənimsəmək deyil ee, ölkədə sanitar və fitosanitar xidmətlərin səviyyəsinin yüksəldilməsi, seçilmiş dəyər zəncirlərinin qurulması və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxışının asanlaşdırılmasından ibarət idi.
Amma nazirlikdə baş verən maxinasiyalar səbəbindən brüselyoz xəstəliyi ilə mübarizə çərçivəsində alınan vaksinlərlə bağlı qaydalar pozulub. Belə ki, bu xəstəlik üçün alınan dərmanlar dövlət sifarişi ilə deyil, birbaşa olaraq müqavilə formasında alınıb.
Hətta Dünya Bankına yanlış məlumat verərək, kənardan vaksinlərin Azərbaycana gətirilməsi üçün tenderlər KEÇİRİLMƏDƏN ölkəyə öz şirkətləri vasitəsilə preparatlar gətirilib.
2022-ci ildə də bu prosseslər həyata keçirilib. Aqrar Xidmətlər Agentliyi dövlət büdcəsindən alınan vəsaitlər hesabına cari il üçün də eyni mənbədən vaksin tədarük edib.
Bəli, Dünya Bankının müvafiq olaraq satınalmalar haqqında tələbləri üzrə qaydalar pozulub. Brüsselyoz xəstəliyinə qarşı damcı halında olan vaksinlər Türkiyədən, digər formada - həb halında olan formaları isə vasitəçi şirkətin iştirakı ilə satın alınıb.
Layihə “uğurla” başa çatandan sonra nazir İnam Kərimov layihədə iştirak edən dostlarının vəzifəsini daha da böyüdüb.
Necə deyərlər əl əli yuyar, əl də üzü.
Bax, İnam Kərimovun mahiyyəti və məzmunu budur.
Yalandan sapoq geyməklə, quzu ilə şəkil çəkdirməklə islahat olmur, cənab Kərimov.
Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb