Ümummilli lider Heydər Əliyev Azərbaycanın xarici siyasətini milli-strateji mənafelər nəzərə alınmaqla yenidən qurdu
Sosial
Oxunub: 667
20 in 2022 | 11:30
Ümummilli lider Heydər Əliyev Azərbaycanın xarici siyasətini milli-strateji mənafelər nəzərə alınmaqla yenidən qurdu


1993-cü ilin yayında Azərbaycan öz tarixində bəlkə də ən böyük təhlükələrlə üz-üzə idi. Müstəqillik əldə olunandan sonra keçən iki il ərzində baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silmək istəyən qüvvələri demək olar ki, öz məqsədlərinin bir addımlığına çatdırmışdı. Həmin illərdə ölkədə hakimiyyətdə olan insanlardan bəzilərinin siyasi səriştəsizliyi, digərlərinin isə aşkar xəyanətkar mövqelərdən çıxış etməsi, şəxsi ambisiyalarını öz plana çıxarması ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə ərazilərimizi işğal edir, digər tərəfdən də ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsi üçün açıq-aşkar zəmin yaradırdı. Xalq xaos və hərc-mərclikdən, öz gələcəyinə dair ümidsizlikdən bezmişdi. Əlbəttə ki, tarixin belə bir anında xalqın və dövlətin bir xilaskara ehtiyacı vardı. Buna görə də 1993-cü ildə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirərək, o dövrkü ıqtidarı ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etdi. Bütün risklərə baxmayaraq, xalqın və dövlətin ən çətin günündə ulu öndər Heydər Əliyev Bakıya gəldi. Ulu öndərin ölkədə ikinci dəfə hakimiyyətə dönüşü Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi süqut etməkdən xilas etdi. Xalqın sönməkdə olan ümidləri yenidən canlandı. İyunun 15-də ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətində prioritetləri müəyyən etdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü və missiyanın öhdəsindən ləyaqətlə gəldi.

Ulu Öndər Azərbaycan dövlətinin strateji yolu olaraq demokratik islahatları, sərbəst iqtisadiyyat prinsiplərinin yaradılmasını, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafını müəyyən etmişdi. Ümummilli Liderin səyləri nəticəsində qısa zaman ərzində demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi, bazar iqtisadiyyatına keçid təmin olundu. Həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, həmçinin yerli və xarici sərmayə qoyuluşu, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb olunmaqla rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yenilənməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Ulu Öndər ölkədə iqtisadiyyatın keyfiyyətcə yeni mərhələyə keçidində özəl sektorun rolunu xüsusi dəyərləndirib və güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə şərait yaradıb.

Ümummilli lider Heydər Əliyev ölkə hakimiyyətinə qayıtdığı ilk günlərdən Azərbaycanın xarici siyasətini əsaslı şəkildə dəyişdirdi və milli-strateji mənafelər nəzərə alınmaqla yenidən qurdu. Ulu Öndər keçmiş iqtidarın xarici siyasət sahəsində buraxdığı kobud səhvləri aradan qaldırmaqla ölkəmiz ətrafında formalaşmış son dərəcə gərgin beynəlxalq siyasi münasibətlərin normallaşmasına nail oldu. Ulu Öndər deyirdi: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır”. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və ardıcıl uğurlar əldə olunmağa başladı. Ölkəmiz qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Beləliklə Azərbaycan beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

Bir məqmı da xüsusi olaraq qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışından sonra “Qanunun aliliyi” prinsipinin təmin olunması mütləq prioritet olmuşdur. Təbii ki, o zaman ölkədə hökm sürən hərc-mərclik və bütün sahələrdə tüğyan edən özbaşınalıq bunu tələb edirdi. Ulu Öndər hakimiyyətə gəldiyi ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Qısa müddət ərzində respublikada cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə öz nəticələrini vermiş, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...