""Cinemazadeh" şirkətinin direktoru kimi təqdim edən Cəfər Axundzadə mənin əmək haqqını tam ödəməyib."
Sosial
Oxunub: 279
18 in 2022 | 22:22
""Cinemazadeh" şirkətinin direktoru kimi təqdim edən Cəfər Axundzadə mənin əmək haqqını tam ödəməyib."


Jurnalist dostlarımdan xahiş edirəm, mənim işimi işıqlandırsınlar.
Mən Şəfaqət Cavanşir 2019-cu ilin avqustunda hal-hazırda ATV kanalında yayımlanan "Ofis işi" serialının redaktoru və ssenaristi kimi müqavilə bağlamışam. Lakin özünü "Cinemazadeh" şirkətinin direktoru kimi təqdim edən Cəfər Axundzadə bağladığı müqaviləyə əsasən mənin əmək haqqını tam ödəməyib.
Teref.az yazır ki, bunu yazar Şəfaqət Cavanşir yazır. Daha sonra şikayətini Şəfaqət xanım davam edərək yazır:
Cəfər Axundzadəni demək olar ki, ssenari yazılan müddəti nadir hallarda görmüşəm. Çəkilişlərdə isə kefi istəyəndən istəyənə, nə zaman yuxudan durarsa o zaman gəlirdi. Ona görə də birinci bölümə özü rejissorluq edə bilmədiyi üçün işi başqa rejissora təhvil verdi. Təəssüf ki, ölkəmizdə bir adam hərşeyşünas olmağa meyillidir. Təsəvvür edin, adam produsserdi, ancaq həm də quruluşçu rejisssor olmağa cəhd edir. Təbii sənətə hörməti olan biri hərşeyşünas olmağa cəhd eləməz. Əlimizdəki müqavilə olmasa, serial üçün yazdığımız on üç bölümlük ssenarini də öz adına çıxardar.
Əslində serialın birinci bölümü iki il bundan əvvəl ATV kanalında yayımlanıb. Sadəcə adını çəkdiyim şəxs işinə o qədər biganə və məsuliyyətsiz yanaşdı ki, ikinci bölümü kanala zamanında təhvil verə bilmədi. Heç serialın montajında iştirak eləməyib. Ssenarist yoldaşlardan biri montajda iştirak edib.
Müqaviləm də savadsızca yazılıb hazırlanıbdır. Müqavilədə redaktor kimi göstərilmişəm, amma redaktor olaraq pulumu almamışam, pulum qeyd olunmayıb. Ssenarist olaraq yazılan bənd də isə göstərilən aylıq gəlirimi tam almamışam. Və serial efirə gedir, müqavilədə yazıldığı kimi redaktor olduğum qeyd olunmayıb. Sual yaranacaq ki, müqaviləni əzəldən oxumamışammı? İşin qızğın vaxtında müqaviləni bağladılar, düzü tam oxumağa vaxtım da olmadı. Etiraf edim ki, bu mənim öz səhvimdir
Cəfər Axundzadə şəxsi münasibətlərlə iş münasibətlərini bir-birinə qatdığı üçün peşəkarca söhbət apara bilmir. Dediyim kimi gərək bu sahənin adamı olasan ki, işini sevəsən, peşəkar da yanaşasan. Aprelin biri karantin oldu, çəkilişlər dayandı və çəkiliş heyətinə karantindən sonra işin davam edəcəyi və aylarca verilməyən maaşlarının köçürüləcəyi deyilmişdir.
İşə aidiyyatı olmayan Nərgiz adlı bir xanım vatçap qrupunda ssenaristlərin pulunun verildiyini yazdı.Təsəvvür edin, xanım 100 manatlıq avansı mənə atır və maaş olduğunu qeyd edir və mən haqlı olaraq acıqlananda, xanım mənə kitab oxumağı məsləhət görür. Təəssüf ki, incəsənət sahəsində nə qədər bu sahəyə aidiyyatı olmayan insanlar çalışır. Ona görə də kinomuz da, seriallarımız da tamaşaçının zövqünü oxşaya bilmir. Çünki işə şəxsi həyatımızı gətiririk. Və mənə kitab oxumağı məsləhət görən xanımın maaşla avansı bir-birindən ayırmamasından belə başa düşdüm ki, orta məktəbdə riyaziyyat dərsindən tez-tez qaçıb.
Cəfər xanımın işi bilməməsi üçün ona acıqlanmağımı şəxsi ədavətə çevirdi və məndən xanımdan üzr istəyib istəmədiyimi soruşdu? Təbii mən haqlı olduğum halda üzr istəmədim, fikrim də yoxdu. Başqa sahədən şirkətə özünə yaxın adam gətirirsən, öz işindir. Ya adamına işi öyrənməsi üçün şərait yaratmalısan, ya da adamının işi öyrənməyə həvəsi olmalıdır. Pulumun nə zaman verəcəyini soruşduqda isə, " Ürəyim nə zaman istəsə o zaman verəcəm" cavabını kollektiv arasında verdi. Mən işi məhkəməyə verdikdən sonra Nərgiz adlı xanım mənə mesajla şirkətin mənə nə qədər borcu olduğunu soruşur? Sms hələ də telefonumda qalır.
Təbii mən cavab vermədim. Və məhkəməyə ilk öncə Cəfər Axundzadə və Nərgiz xanım gəldi. Nərgiz xanım hakim qarşısında hörmətsizlik elədi, hərəkətlərinə fikir vermədi, hakim acıqlandı. Cəfər isə hakim qarşısında " Sənlə necə müqaviləm ola bilər ki, bir ildir facebookda yoxam?
Zalda olan hər kəs təəccübləndi. Təbii qarşı tərəfə izah elədim ki, facebookda müqavilə bağlanmır. İndi siz adamın məhkəməyə hansı vəziyyətdə gəldiyini özünüz təsəvvür edin.
Məhkəmədən çıxdıqdan sonra adam məni kobud şəkildə söhbətə çağırır. Elə bilin ki, razborkaya adam çağırır. Təbii mən onlara fikir vermədim və yolumla düz getdim. Kiminsə məni təhqir etdiyini eşitdim. Nərgiz xanım Cəfərin yanında, öndə əyləşmişdi, Cəfər isə deyir ki, bütün borcları verirəm. Fikir vermədim, əsəbləşib təhqirə keçdi.
Məsələnin ən gülməli tərəfi odur ki, mənə nə qədər borcları olduğunu soruşan adam məhkəmədə mənə borcu olmadığını dedi və əlində vərəqdən qəbzlər gətirib ki, xanıma borcumuz yoxdu, imza isə mənə məxsusdur. Hər birimizə də aydındır ki, başqalarının imzasını peşəkarcasına çəkən insanlar var.
Və işlədiyim müddət tez-tez şirkətin əslində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə aid olduğunu eşidirdim. Təbii mən bunu qarşı tərəfdən eşitmişəm. Məmurun şirkətlə, Cəfərlə əlaqəsi varmı, yoxmu, onu mən deyə bilmərəm. Bəlkə şirkətin direktoru özünü çalışanların gözündə ciddi göstərmək üçün məmur adından istifadə edir? Çünki hər birimizə məlumdur, hansısa məmurun kiçik də olsa biznesi ola bilməz. Mənim şikayətim adı çəkilən şirkətlədir. Mənə bəzi adamlar savadsızcasına xəbər göndərirlər ki, mənim ədavətim guya Cəfərlədir, gedim onu məhkəməyə verim. Məgər mən Cəfərlə müqavilə bağlamışam? Mənim şəxsən onunla şəxsi ədavətim yoxdur. Adam qeyri-peşəkarlığını mənlə şəxsi ədavətə çeviribsə, bu yenə də Cəfərin problemidir, mənim yox. Mənim kiməsə borcum yoxdur ki, pulsuz ssenari yazım. Yaxud müqavilədə yazılmayıb ki, karantin olacaq, sel-daşqın olacaq, aylıq məvacibimiz ödənilməyəcək. Sonradan adamın çox insanın haqqına girdiyini öyrəndim. İndi yeni kollektivlə serialın çəkilişlərini edir. 10 bölümlük ssenari istəyib, kollektiv olaraq 13 bölüm yazıb vermişik.
Ssenarilər məndə var
Ümumiyyətlə, əllərində olsa, müqaviləmiz olmasa, serailı da ödlarına çıxardarlar.
İlk cümlə belə olsun.
Müqavilə üzrə cəmi iki dəfə kassa məxaric qəbzi ilə ödəmə olub. O cür qəbzlə beş yüz adama ödəmə edildiyiylə bağlı sənəd çıxarda bilərəm. Bu sənədin vergi hüququ baxımında ciddi hesabat blankı olub-olmamasının araşdırılması ayrıca mövzudur. Halbuki ödəmə qanunveticiliyinə əsasən, nəğdsiz hesablaşmalar haqqında qanunvericiliyə əsasən bank hesabına köçürülməlidir.
Lakin nədənsə bütün bu hallara məhkəmə də göz yumub. İsi hərərəfli tam və obyektiv arasdırmayib.
Hazırda işin icraatı Bakı apellyasiya məhkəməsində gedir.
20 iyun tarixdə məhkəmə iclasi təyin edilib.
Ümidvaram ki, ədalət bərqərar olacaq və pozulmuş hüquqlarım bərpa olunacaq
Əslində məhkəmə araşdırmalıdır.
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı