Bu tibb müəssisəsində korrupsiya tüğyan edir
Sosial
Oxunub: 691
13 in 2022 | 18:37
Bu tibb müəssisəsində korrupsiya tüğyan edir


Azərbaycan səhiyyəsinin olduqca aşağı səviyyədə olmasından, günü-gundən inkişaf etmək yerinə, daha da geriləməsindən illərdir ki, həm vətəndaşlar gileylidir, həm də mətbuat yayımlayır. Sağ ayağın yerinə sol ayağı kəsən, əzilmə ağrısına "qrija" deyib, təcili əməliyyat masasına uzandıran, qəzada yaranmış sınığı, yaranı güya müalicə etmək əvəzinə, natəmizliyi ilə yaraya infeksiya salıb, onu ömürlük yatağa məhkum edən həkimlər də yüksək xidmət göstərirmişlər kimi, maaşların yüksək olmamasından narazılıq edirlər. Baxmayaraq ki, onların gəliri təkcə aldıqları maaşdan ibarət deyil. Aramızda xəstəxanaya yolu düşüb də olanını-olmazını orada xərcləyən, üstəlik "borc-xərc" edib getdiyi xəstəxananın təmizlikçisindən tutmuş, həkimlərinə, tibb bacılarına qədər "şirinlik" verməyə məcbur edilənlər az deyil. Demək olar ki, bu kimi halları hamımız yaşamışıq və nə yazıq ki, hələ də yaşayırıq.

Deyəsən, bu kimi halların qarşısını almaq üçün tədbirlər görmək Səhiyyə Nazirliyi üçün çox çətin (bəlkə də mümkünsüz) oldu ki, Səhiyyə sahəsində daha bir qurum Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yaradıldı və demək olar ki, ölkədə fəaliyyət göstərən bütün tibb müəssisələri TƏBİB-in idarəçiliyinə verildi. Təkcə Milli Onkologiya və Akademik Zərifə Əliyeva adına Göz Klinikasından başqa. Amma, baxaq görək tibb sahəsində yaxşıya doğru dəyişən bir şey oldumu?! Yox !

Göz klinikası demişkən, bu müəssisə də illərdir ki, etdikləri müalicə üsulları ilə deyil, həm həkimlərinin və tibb bacılarının kobud davranışları, həm də müraciət edən xəstələrin, xəstə yaxınlarının ciblərini "soyub, soğan etmələri" ilə məşhurdur. Dövlət müəssisəsi olmasına baxmayaraq, hər kəs bu müəssisədə bütün proseslərin ödənişli əsaslarla aparıldığını deyir. Hətta, bir xəstənin valideynləri "Dogruxeber.az"a danışıb ki, bir neçə il əvvəl ödənişi gecikdirdiyinə görə xəstəni və anasını orada girov saxlayıb, atanı pul tapması üçün göndərdikləri də olub. Təbii ki, bizə danışan bir nəfər olsa da, həmin müəssisədə bunu yaşayanlar az olmayıb. Görünür, müəssisənin bu sahədə "böyük təcrübəsi var ki, çəkinmədən bu çirkin və qorxunc yöntəmlərini istənilən xəstə və xəstə yaxınlarına tətbiq edirlər.

Əlqərəz...

Deyir, "yüz eşitməkdənsə, bir görmək yaxşıdır". Bu dəfə isə Akademik Zərifə Əliyeva kimi böyük şəxsiyyətin adı verilən tibb müəssisəsi barəsində deyilən mənfi halların "DogruXeber.az" əməkdaşları olaraq, bir zad şahidi olduq.

Belə ki, 2018-ci ildə Akademik Zərifə Əliyeva adına Göz Klinikasında Pterigium əməliyyatı olunmuş yaxınımızı digər gözündə yaranmış eyni problem səbəbilə 09.06.2022-ci il tarixində yenidən sözügedən tibb müəssisəsinə apardıq. Birinci əməliyyatı edən həkimdən razı qalmadığı üçün, bu dəfə düşündük ki, baş həkimlə görüşüb, özünün məsləhət bildiyi bir həkimə yönləndirməsini xahiş edək. Belə də etdik. İlk olaraq, müəssisəsinin baş həkimi Səbinə xanım Məcidovaya yaxınlaşdıq. Bizi biraz qapıda gözlətdikdən sonra qəbul edib, ayaqüstü dinləyən Səbinə Məcidovaya özümüzü təqdim etdiyimiz halda belə kobud rəftarı və aqressiv danışmasının səbəbini anlaya bilmədik düzü. Üstəlik də həkimlərinin hamısının yaxşı olduğunu da xüsusi vurğuladı və bizi qəbul şöbəsinə göndərdi ki, orda mütəxəssis əyləşib. O özü müayinə edib, sizi yönləndirəcək.

Biz qəbul şöbəsinin qapısından girdikdə biraz gözləməli olduq, çünki, baş həkim təlimatlandırmaq üçün qəbul şöbəsində əyləşən həkimə zəng etmişdi. Adının Saləddin olduğunu öyrəndiyimiz həkim telefonla danışıb bitirdikdən sonra apardığımız xəstəni müayinə etdi, 2019-cu ilin sonlarında, pandemiyadan təqribən bir ay əvvəl elə özləri çalışdıqları göz klinikasının digər həkiminin əməliyyat edilməsini məsləhət gördüyü xəstəyə əməliyyatın vacib olmadığını, öz istəyinə görə əməliyyat olunmaq istəyib-istəməyəcəyinə qərar verməli olduğunu bildirdi. Həmçinin, əvvəlki həkimin etdiyi əməliyyatın da olmalı olduğu kimi icra edildiyini deyib, həmkarına "haqq" qazandırdı.

"DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərov söhbət əsnasında vurğuladı ki, bu müəssisə Zərifə xanım Əliyeva kimi şəxsiyyətin adını daşıyır və bu müəssisədə baş verən bütün mənfi hallar akademikin adına hörmətsizlikdir.
Saləddin doktor kinayə ilə "Adın heç nəyə dəxli yoxdur, biz işimizi işləyirik" - cavabını verdi.

Uzun sözün qısası, biz istəyə bağlı əməliyyat fikri ilə razılaşmayıb məsləhətli bir həkimin müayinə etməsini istədik. Bundan sonra Saləddin həkim baş həkimin "təlimatı üzrə" Polad həkimin adına qeyd etdi və bizi 6-cı mərtəbəyə göndərdi. Biz oraya çatanda Polad həkim də telefonda baş həkimlə danışırdı. Danışdı, bitirdi və aparatdan keçməsi üçün 2019 saylı otağa göndərdi.

2019-cu otaqda əyləşən Səidə adlı xanım xəstənin gözünü müayinə etdikdən sonra bizə xidmətin ödənişli olduğunu və bizim şəxsən onun özünə 30 AZN ödəməli olduğumuzu dedi.

Biz dedik, "axı bura dövlət müəssisəsidir."

Səidə xanımın yanında əyləşən Pərvanə adlı tibb bacısı rişxəndlə "Deyəsən siz birinci dəfədir bura gəlirsiniz. Bu həmişə belə olub daa. Elə bil ki, Azərbaycanda yaşamırsınız"- dedi.

Səidə xanım da sağolsun bizə bir minnət də vurdu ki, "Eybi yox yazaram, siz güzəştli keçərsiniz".

Bundan sonra yenidən Polad Məhərrəmovun yanına getdik. Xəstəmizi müayinə etdi və eynək yazdı.

Müayinə bitdikdən sonra soruşduq ki, "Doktor, onun gözünün əti əməliyyat olunmayacaq?".

Cavab verdi ki, "Yox gözünün əti olub, götürülüb".

Dedik, "bəs obiri gözündə də var axı".

Bundan sonra Polad həkim xəstənin adına açılmış bülleteni açıb, qeydlərə baxdı və "həə obirində də var" dedi.

Əməliyyat üçün isə bildirdi ki, "Bizim xəstəxana hələ Tibbi sığortaya keçməyib. Ona görə sığorta ilə gec olacaq. Növbə ilədir. 6-8 ay çəkəcək. Amma, göndərişlə tibbi sığortanın olduğu yerlərdə tez çəkir. Bir həftə filan."

Həkimin köməkçisi söhbətə müdaxilə edib, bildirdi ki, "Belə də burda 600 (altı yüz) manatdır. Bütün rasxodlar (əlavə xərclər), müayinələr qarışıq".

Bundan sonra Polad həkim üzünü köməkçisinə tutub, "Günay, apar başa sal" tapşırığını verdi. Çıxarkən, sual verdik ki, "Sizə də ödəniş edəcəyik?"

Polad həkim: - "Xeyr, bura ödəniş etmirsiniz. Ödəniş aparata ödəyirsiniz, bizə yox" dedi

Qapıdan çıxdıqdan sonra, həkimin köməkçisi Günay xanım təkrar bildirdi ki, "Onkologiya ilə bizim xəstəxana sığortaya keçməyib. Ona görə də bizdə ödənişlidir. Bütün "rasxodlar" (əlavə xərclər) içində 600 (altı yüz) manatdır. Bir gün əvvəl gəlirsiniz, müayinə edilir, analizlər götürülür, səhəri gün əməliyyata yazılır".

Bəli, bütün bunlara şahid olduqdan sonra təkrar, özündən və baş həkimi olduğu Zərifə Əliyeva adına Göz Klinikasının həkimlərindən razı olan baş həkim Səbinə xanım Məcidovanın yanına getdik.

Köməkçi qapıda qarşılayıb bizimlə birgə gözlədi. Gözləyərkən köməkçi xanımdan da klinikada ödəniş olub-olmadığını soruşduq.
Xanım cavab verdi ki, "Bura dövlət müəssisəsidir. Pulsuzdur".

Dedik, "axı bizdən pul istədilər".

Daha xanım cavab vermədi. Sonra içəri girib qapını örtdü. Çıxanda dedi, "Səbinə xanım deyir Polad həkimin yanına getsinlər. Özü dedi həkimə".
Dedik, "buna gərək yoxdur, biz müəssisəsinin rəhbərinə sözümüz var, deyib, gedirik. Köməkçi xanım yenidən baş həkimin otağına keçib, sözümüz olduğu üçün özü ilə görüşmək istədiyimizi bildirdi.

"Gözləsinlər" cavabını aldı. Çünki, Səbinə xanım yenə də telefonla danışırdı. Nəhayət bizi bir qədər gözlətdikdən sonra qəbul otağına dəvət etdi. Gördüklərimizi, eşitdiklərimizi diqqətinə çatdırdıq. Səbinə Məcidovanın bizi dinləyərkən heç pozulmayan rahatlığından belə baş düşdük ki, özü də məlumatsız deyil. Amma, təbii olaraq təkzib etdi, müəssisədə bütün müayinə və müalicələrin tamamilə pulsuz olduğunu, gördüklərimizi isə "anlaşılmazlıq" adlandırıb, gözümüzü yalançı çıxardı.

Biz bütün sadaladıqlarımızın tərəfimizdən qeydə alındığını və yayımlanacağını diqqətə çatdırıb otaqdan çıxdıq.

İndi, biz "Zərifə Əliyeva adına Göz Klinikasında gördüklərimizi, eşitdiklərimizi qələmə aldıq və yayımladıq. Bütün bunlar barəsində qanuni tədbirlər görülməsi isə aidiyyatı qurumların üzərinə düşür.

Yeri gəlmişkən, "DogruXeber.az" redaksiyası tərəfindən Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinə göndərilməsi üçün müraciətlər hazırlanır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest