Ramiz Mehdiyevə milyonlarla pul necə verilir? - "Azərbaycan nə vaxt Rusiyanın təsirindən çıxsa..."
Sosial
Oxunub: 410
14 in 2022 | 23:39
Ramiz Mehdiyevə milyonlarla pul necə verilir? - "Azərbaycan nə vaxt Rusiyanın təsirindən çıxsa..."



Təhsil Nazirliyi yeni tədris ilinin ən böyük tenderini AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC-yə verib.

Belə ki, Nazirlik 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub və sözgedən ASC qalib elan edilib.

Beləliklə Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat ödəniləcək.

Bu gün Ramiz Mehdiyev özü vəzifədə olmasa da, bir çox məsələlərdə adı hallanmaqda davam edir. Bəs görəsən Mehdiyev faktoru nə vaxta kimi cəmiyyət üzərində öz təsirini saxlayacaq? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq partiyasının sədri Pənah Hüseyn bu məsələnin Mehdiyevin şəxsi ilə əlaqəsi olmadığını deyib:

“Mənim tenderi udan şirkətin Ramiz Mehdiyevə məxsus olması ilə bağlı hər hansı məlumatım yoxdur. Məncə Ramiz Mehdiyev faktoru bitib, amma onun təmsil etdiyi faktor, yəni Rusiya faktoru bitməyib. Bunun artıq Ramiz Mehdiyevin şəxsi ilə əlaqəsi, məncə, yoxdur”.

ADP sədri Sərdar Cəlaloğlu isə Rusiyanın hələ də Azərbaycana təsiri olduğunu bildirib:

“Azərbaycan nə vaxt Rusiyanın təsirindən çıxsa, o zaman Ramiz Mehdiyev faktoru da cəmiyyətdəki rolunu itirəcək. Bu onu göstərir ki, Rusiyanın hələ də Azərbaycana kifayət qədər güclü təsiri var və biz kiminsə təsiri ilə hesablaşmağa məcburuq”.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest