Bulvarda özəl QİYMƏT SİYASƏTİ – Kim nəzarət etməlidir?
Sosial
Oxunub: 318
13 in 2022 | 20:21
Bulvarda özəl QİYMƏT SİYASƏTİ – Kim nəzarət etməlidir?


Yay mövsümü başlayan kimi, qızmar günlərdə istirahət etmək üçün insanların üz tutduğu yerlərdən biri də dənizkənarı bulvar və digər dəniz mənzərəli istirahət mərkəzləri və restoranlar olur. Lakin mövsüm açılar-açılmaz sözügedən iaşə obyektlərində qiymətlərdə kəskin artım müşahidə olunur. Hətta Dağüstüpark və bulvar ərazilərindəki restoranlarda adi çay menyusunun qiyməti belə insanları şok edir.

Şəhər sakini Amil Məmmədovun sözlərinə görə, bulvardakı qiymətlər hazırki məvaciblərə görə uyğun deyil:

“Mən dünən uşaqlarımı sevindirmək üçün onları bulvara apardım. Lakin ordakı restoranlarda qiymətləri görüb uşaqlara istədikləri şeylərdən ala bilmədim. Qiymətlər çox bahadır. Maaşımız və aylıq xərclərimizi hesablasaq, bu qiymətlər heç də bizim kimi ailələr üçün sərfəli deyil”.

Teref.az yazır ki, iqtisadçı ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında qiymətlərin bu halda tənzimlənməsinə aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, obyekt sahibləri özləri qiymət təyin etməkdə azaddırlar:

“Bu məsələdə heç bir mexanizm yoxdur. Obyekt işlədən şəxs özü bu qiymətləri müəyyənləşdirir. Restoran və digər iaşə obyektlərində qiymətləri tənzimləyən heç bir qurum yoxdur. Düşünürəm ki, bu belə də olmalıdır. Çünki bu məcburi istehlak deyil, insanlar özü qiymətləri görür, bilir. Süni bahalaşma anlayışını bu məsələyə aid etmək doğru çıxmaz. Amma tutaq ki, Bulvar ərazisindəki bu qiymətlərlə bağlı məsələni qaldırmaq olar ki, sahibkarlara əlavə yer versinlər və əlavə təkliflər üçün rəqabət yaransın, insanlar seçim edə bilsinlər. Bulvar, Dağüstü park da məhdud bir yer olduğu üçün qiymətlərin baha olması anlaşılandır. Bahalılığa görə, sözügedən əraziləri başdan-ayağa obyekt, restorana çevirmək doğru olmaz.


Tələb çox, şərait az olduğu üçün özəl müəssisə sahibkarları bunu qiymətlərlə tənzimləyirlər. Bu, normal bazar mühitidir. Sadəcə çox baha olan yerə vətəndaşlar getməyib, etirazlarını bildirərlərsə, bəlkə bu halda qiymətlər ucuzlaşdırıla bilər”.


Ekspert həmçinin bildirir ki, Türkiyədə bələdiyyə çayxanaları var ki, vətəndaşlar daha sərfəli şəkildə xidmətlərdən yararlana bilir. Dənizkənarı Milli Park İdarəsi də bu təcrübəni həyata keçirə bilər:

“Türkiyədə bu cür yerlərdə bələdiyyə çayxanaları fəaliyyət göstərir. Və bununla bələdiyyə idarələri özləri daha ucuz şəkildə xidmət təşkil edir. Misal olaraq deyə bilərik ki, Dənizkənarı Milli Park idarəsi daha ucuz qiymətlərlə özü sahibkarlara icarə vermədən nələrsə təşkil edə bilər. Və yaxud da bələdiyyə mülkiyyətində bələdiyyə müəssisələri yaradaraq, icarə pulu ödəməməklə daha ucuz xidmətlər göstərə bilərlər. Dünyada da bu praktikadan istifadə olunur. Bununla vətəndaşlar daha sərfəli şəkildə istirahət edə, xidmətlərdən yararlana bilərlər”, - deyə X.Kərimli qeyd edib.
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR