Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev? – Bir tenderin gizlinləri…
Sosial
Oxunub: 337
13 in 2022 | 21:44
Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev? – Bir tenderin gizlinləri…


Bu ilin aprel ayının 24-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzarət etdiyi dövlət satınalmalar portalında – “etender.gov.az”-da Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi açıqlanıb. Məlum olub ki, 361 min 80 manat 58 qəpik dəyərində tenderin qalibi “Şərq-Qərb” ASC olub.

Tender müsabiqəsinin nəticəsi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Hətta millət vəkili Etibar Əliyev məsələyə sərt münasibət bildirib. Etibar Əliyev bildirib ki, adı korrupsiyada hallanan şəxslərə böyük məbləğdə vəsait ayırmaq düzgün deyil: “Sabiq AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu “Şərq-Qərb” ASC Təhsil Nazirliyinin tenderinin qalibi olub. Təhsil Nazirliyinin 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blankarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün 361 min manatlıq tenderinin qalibi adıçəkilən şirkəti elan edib.

Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü kimi bu məsələ məni narahat edir. Adı korrupsiyada və maxinasiyalarda hallanan və fəaliyyəti müvafiq orqanlar tərəfindən yoxlanılan bir nəşriyyata külli miqdarda vəsaitin verilməsi xeyli suallar doğurur. Bu nəşriyyatı tender prosesində iştirak etməyə belə buraxmaq olmazdı. Düşünürəm ki, Təhsil Nazirliyinin rəhbərliyi bu məsələyə aydınlıq gətirəcək.

Fövqəladə hallar nazirinin müavini hansı sifətlə nəşriyyat rəhbəri olur? Bu suala kim cavab verəcək?”

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov millət vəkilinə cavab verərək deyib: “Millət vəkili Etibar Əliyev “Şərq-Qərb” nəşriyyatının tenderdə qalib gəlməsi ilə bağlı sosial mediada paylaşım edib. Etibar Əliyevə bu məsələni diqqətdə saxladığı üçün təşəkkür edirik. “Şərq-Qərb” ASC-nin Təhsil Nazirliyinin açıq tenderlərində iştirak etməsi və bu tenderlərin birində qalib gəlməsi ilə bağlı nəzərə alınmalıdır ki, tenderlərin keçirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İstənilən hüquqi və ya fiziki şəxs bu qanunun 6.2.-ci maddəsində nəzərdə tutulmuş ixtisas uyğunluğu meyarlarına cavab verirsə, tenderlərdə iştirak edə bilər”.

Tender müsabiqəsi mətbuatda və sosial şəbəkələrdə də geniş müzakirə olunub və tənqid edilib.

Bu qədər müzakirə və tənqidlərdən sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqqında bəhs olunan tender müsabiqəsilə bağlı məlumatı yenidən “etender.gov.az” saytında yayımlayıb. Üstəlik bu dəfə məbləğ 100 dəfə “artırılıb”. Əvvəlki – 29.04.2022-ci ildə açıqlanan məlumatda tenderin məbləği “361 080,58 azn” kimi göstərildiyi halda, bu dəfə – 10.06.2022-ci ildə açıqlanan məlumatda tenderin məbləği “36 108 058 azn” olaraq göstərilib.

Haqqında bu qədər tənqidlərin səsləndiyi, millət vəkili və nazirlik rəsmisinin məsələyə münasibət bildirdiyi bir tender müsabiqəsinin yenidən təhrif olunmuş şəkildə dövlət satınalmalar portalında yerləşdirilməsi təsadüf ola bilərmi?
Təxminən bir ay sonra yayımlanan bu məlumatın mətbuat tərəfindən dərhal tirajlanması bunun təsadüf olma ehtimalını azaldır. Ölkənin demək olar ki, əksər aparıcı xəbər saytları məlumatı “Təhsil Nazirliyi 36 milyon manatlıq tender keçirib” başlığı ilə yayımlayıb.

Bir ay əvvəl aparılan müzakirələr zamanı ən çox tənqid olunanlar Təhsil Nazirliyi və onun rəhbərliyi, həmçinin Ramiz Mehdiyev və onun “Şərq-Qərb” ASC-nin əsas səhmdarı olan oğlu – fövqəladə hallar nazirinin müavini, general Teymur Mehdiyev idi.
Görünür kimlərsə bir ay əvvəl aparılan müzakirələri yenidən gündəmə gətirmək niyyətindədir… (Yeniavaz.com)Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev? – Bir tenderin gizlinləri…
Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev? – Bir tenderin gizlinləri…
Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev? – Bir tenderin gizlinləri…
Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev? – Bir tenderin gizlinləri…
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest