“Bəzi akademiklər dövlətin əleyhinə çalışır” - İdris Abbasovdan ŞOK İTTİHAMLAR
Sosial
Oxunub: 293
10 in 2022 | 19:49
“Bəzi akademiklər dövlətin əleyhinə çalışır” - İdris Abbasovdan ŞOK İTTİHAMLAR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında söz-söhbətlər hələ də səngiməyib. Ramiz Mehdiyevin gedişindən sonra AMEA-da müsbət dəyişiklik və irəliləyiş gözlənilirdi. Lakin gözləntilər özünü doğrultmadı. Elm adamlarlarının AMEA rəhbərliyindən narazılığı, şikayəti bitib-tükənmir. İş o yerə çatıb ki, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev də elm ocağının fəaliyyətindən narazıdır. Bu yaxınlarda yerli mediada açıqlaması yayımlanan akademik AMEA-nın nüfuzdan düşdüyünü özü şəxsən etiraf edib:

“Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətərində böyük naliyyətlər əldə edib. Amma “Teknofest”də hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq”.

Rasim Əliquliyevin dedikləri gündəmdən düşməmiş AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov haqsızlığa məruz qaldığını deyərək, hamını şoka salacaq intihar anonsu verib:

"2017, 2018 və 2019-cu illərdə Neft-Kimya Prosesləri institutuna bir dənə də unikal cihaz alınmayıb. Mən institut üçün lazım olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm. AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın".

Göründüyü kimi, Mehdiyev getsə də, AMEA onun qurduğu sistemdən xilas ola bilmir. Nəticədə elmlər akademiyasına inam azalır, etirazlar isə daha da artır.

AMEA-da nələr baş verir? DİA.AZ xəbər verir ki, bu barədə Modern.az-a danışan AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Milli Elmlər Akademiyasında vəziyyətin müsbətə doğru dəyişmədiyini, əvvəlki problemlərin qaldığını bildirib.

Akademik Vaqif Abbasovun intihar etmək istəməsinə gəlincə, professor ali elm müəssisəsində özbaşınalığın hökm sürdüyünü deyib:

"Son vaxtlar mənim diqqətimi cəlb edən Vaqif Abbasovun çıxışı oldu. Vaqif Abbasov intihar edəcəyini deyir. Onunla bağlı kiçik yazı yazmışdım. İndi həqiqətən çox anlaşılmaz vəziyyət, özbaşınalıq yaranıb. AMEA-nın necə fəaliyyət göstərdiyini anlamaq mümkün deyil. Akademiklər şikayət edirlər. Orada milyonların yeyilməsindən danışılır".

İdris Abbasov hesab edir ki, AMEA artıq öz funksiyasını itirib:

“Fikir verin, orada kimlər çalışır. Məsələn, qurumun rəhbərini indi Arif Həşimov əvəz edir, hansı ki, o yaşı keçmiş insandır. Nəsə yenilik etməsi, islahat aparması mümkün deyil. Vitse-prezidentlər İsa Həbibəyli, Gövhər Baxşəliyeva və digərləri nə iş görə bilərlər? Bunlar çıxışdan başqa, iclasdan başqa, tərif deməkdən başqa bir işə yaramırlar. Yoxsa onlar əməkdaşların qeydinə qalacaqlar? Dəfələrlə bunları vurğulasam da, onlar üçün heç bir təsiri yoxdur. Çünki akademiyanın düzəlməsini istəmirlər. Əgər akademiya həqiqətən dövlətin yürütdüyü siyasətə xidmət etsə, bunlar kənarda qalacaqlar”.

Professsor iddia edir ki, AMEA rəhbərliyində təmsil olunan şəxslər inkişafa maraq göstərmir, haqq səsini boğmağa çalışırlar:

“Mənim özümü elə hala saldılar ki, səhhətimdə problemlər yarandı. Bundan zövq alırlar. Onlar həm də zövq alırlar ki, İdris Abbasov kirayələrdə yaşayır, ailə vəziyyəti ağırdır. Onlar məni səfeh hesab edirlər. Sevinirlər ki, bu adam oğurlamır, rüşvət almır, gizlincə demir ki, mənim problemimi həll edin. Buna görə də ağır vəziyyətimə sevinirlər. Bu qurum funksiyasını tamamilə itirib. Hətta deyərdim ki, indi cəmiyyət üçün çox zərərlidir. Bunlar ancaq pul yığmaqla məşğuldur. Görün, akademiklərin nə qədər mülkləri var? Bu mülklər hardandır? Belə olmur, bununla vəziyyət düzəlmir.

Mən İdris Abbasov olaraq 10 ilə yaxın dövlət qulluğunda işləmişəm. İndi maddi cəhətdən yoxsulam, himayəmdə azyaşlı uşaqlar var. Ancaq onların himayəsində bu da yoxdur. Mən maddi problemimi düzəldə bilərəm, ya yox? Əlbəttə, düzəldə bilərəm. AMEA-da ən aparıcı şöbənin müdiriyəm. Ən çox müzakirələr bu şöbədə keçirilir. Kimlərdənsə rüşvət alaram. Beləliklə, vəziyyətini düzəldirsən. Yaxud səs-küy salaram ki, bəs ailə-məişət vəziyyətim çox pisdir, evim yoxdur və ölkə başçısına məktub ünvanlayıram. Bəzi ziyalılar da məni müdafiə edərlər. Onlar da Prezidentə müraciət edərlər ki, İdrisə bir ev verilsin. Cənab Prezident də tapşırıq verər və mənim ev problemim həllini tapar. Mən də dönüb onlar kimi akademik oluram. Başlayaram rüşvətə, yalana, saxtakarlığa meyl etməyə. Lakin mən bunları etmirəm və etmərəm də. Əksinə mən onlara nümunə göstərirəm ki, baxın, İdris Abbasov belədir, belə də öləcək”.

Professor İdris Abbasov sensasion iddia irəli sürərək bildirib ki, bəzi akademiklər dövlətin əleyhinə çalışır:

“İnkişafı istəməyən bunlardır. Savadları da çatmır heç nəyə. Akademikləri debata çağırıram. Görək, hansı işləri görüblər. Mənim 7-8 kitabım varsa, 2000-3000 əsərləri var. Gəlsinlər görək, o kitablar nə işə yarayır. Kimi aldadırlar. Yaltaqlanmaqla inkişaf olmur.

Təklif edirəm ki, cəza sistemi işə düşməlidir. Cəzasız düzəlməyəcək. Ya AMEA ləğv olunmalı, yaxud saxlanılırsa, mütləq yeyib-yatanlar oradan uzaqlaşdırılmalıdır. Biri deyir ki, özümü atacam, bəs milyonların nə olacaq? Onlar çox təhlükəli siyasət yeridirlər. Hamısının iç üzü açılmalı, şəbəkə ifşa olunmalıdır”.
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...