“Akkord” Prezidentin jurnalistə bağışladığı evi geri istəyir – 14 illik QALMAQAL
Sosial
Oxunub: 284
10 in 2022 | 23:39
“Akkord” Prezidentin jurnalistə bağışladığı evi geri istəyir – 14 illik QALMAQAL


"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən jurnalistin evinin əlindən alması qalmaqalı davam edir.

Söhbət 13 ildir içində yaşayan, öz hesabına təmir etdirən, mənzilinin ödənişi ilə bağlı yaranmış problemə görə “Akkord STİK” ASC –nin iddiası ilə məhkəməyə verilən tanınmış jurnalist və rejissor Zahir Əliyevdən gedir. Bizim.Media-ya bu barədə müraciət edən Zahir Əliyevin sözlərinə görə, iki məhkəmə onun xeyrinə qərar çıxarsa da, “Akkord” Prezidentin ona hədiyyə etdiyi evi əlindan almaq üçün mübarizəsini davam etdirir:

“2008-ci ildə Ulu Öndərin 85 illik yubileyi ilə bağlı 40 jurnalistə ev hədiyyə edildi. Mayın 10-da Prezidentin hədiyyəsi kimi mənzillər bizə verildi. 39 jurnalistin mənzil ödənişi müxtəlif vaxtlarda bağlandı. Bu pul "Lider" televiziyası tərəfindən ödənildi. 2017-ci ildə bütün mənzillərin qiymətini 55 min 380 manat civarında bağladılar. Məndə isə mənzilin ödənişi bağlanmadı.

Halbuki “Lider” televiziyası tərəfindən mənim ödənişim artqlaması ilə, 60 min manat müqabilində ödənilib. İki ildən sonra mənə “Akkord”dan məktub gəlib ki, “evdən çıx”. Şirkətə bildirirəm ki, sizə artıq da pul ödənilib və ödəniş bağlanmalıydı.

Evin ödənişini bağlamaq əvəzinə, ödənilən pulu aylığa bölüblər, hər ay 450 manat çıxıblar və mənə təqdim olunan sənəddə isə 2 il gecikməm olduğunu bildirirlər. Ödəmirdimsə, 3 və ya 5 ay keçəndən sonra axtarılardım. 2 il sonra niyə məlumat verirlər?”

Şikayətçi şirkətin başqa bir qanunsuz addımından da söz açıb. O, deyib ki, “Akkord” 2008-ci ildə mənzilin kvadratını 1650 manata hesablayıb və müqavilədə də həmin məbləğ göstərilib.

Halbuki indi yaşadığı ərazidə evin kvadratı 600 manatdır və təmirli evin qiyməti 60 mindir. Ona isə ev təmirsiz verilib:

“Evdən çıxmaq tələbilə məhkəməyə verildim. Mən isə bildirdim ki, on üç ildir həmin mənzildə yaşayıram, evi öz hesabıma təmir etdirmişəm. Bu mənzil mənə Prezident tərəfindən verilib, niyə çıxmalıyam ki? Məhkəmə onların iddiasını rədd etdi. Bundan sonra onlar məni Apellyasiya məhkəməsinə verdilər. Apelyasiya şikayəti geri qaytarıb. İndi ikinci məhkəmə olmalıdır. Məktub göndəriblər ki, 60 mindən əlavə 80 min də ödəməliyəm ki, məsələ qapansın. Evin qiyməti 60 mindir və 2017-ci ildə ödəniş tam olaraq bitib. Şirkətin nümayəndəsinə bildirmişəm ki, ödənilən 60 mini özümə verin, təmirli evi qaytarıram. Bununla da razılaşmırlar.

“Akkord” STİK” ASC-in hüquqşünası Zamiq Abdullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən məsələdə nə şirkətin, nə də şikayətçinin günahı var:

“Şirkətlə Zahir Əliyev arasında bağlanmış müqavilə var. Müqavilədə isə mənzilin dəyəri və qiyməti qeyd olunub. Zamir Əliyev yerdə qalan qalıq borcunu ödəməlidir. İndi həmin ərazidə evin kvadratmetri 600 manat ola bilər. Zamir Əliyev o evi 20 illik kreditlə alıb. Nağd ödənişlə, kredit arasında fərq var. Əlbəttə ki, evin dəyəri nağd satışla eyni olmayacaq. Dediyinə görə ödənişi “Lider” TV ödəyirdi. Kanal isə bağlanandan sonra ödənişi dayandırıb. Burada nə “Akkord”un, nə də Zamir Əliyevin günahı var. Şirkət olaraq “Akkord” pulunu tələb edir. Yəni şirkətə heç ev lazım deyil. Digər 39 jurnalistin müqaviləsinin bağlanmasına gəlincə, bu “Lider” TV-nin öz işidir. Kimi istəyib müqaviləsini tez bağlayıb, kimi istəyib saxlayıb. Şirkətlik burada bir şey yoxdur”.

Hüquqşünasın sözlərinə görə “Akkord” məsələ ilə bağlı növbəti dəfə apelyasiya şikayəti verib və yaxın günlərdə daha bir məhkəmə prosesi keçiriləcək. O, məhkəmənin verdiyi qərarı icra edəcəklərini deyib.

Qeyd edək ki, Zahir Əliyev 2006-cı ildən “Lider” televiziyasında Analitik Proqramlar Departamentinin rejissoru işləyib. Həmin müddətdə efirə gedən müxtəlif ictimai-siyasi layihələrin rejissoru olub. Ulu Öndər Heydər Əliyev haqqında filmlərin hazılanmasında zəhmət çəkib. Fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq festivalların qalibi olub.

Hazırda Azərbaycan Respublikası Kinomatoqrafçılar ittifaqının üzvüdür. Bütün bu fəaliyyətini nəzərə alaraq, 2008-ci ildə Ulu Öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar İlham Əiyevin adından Lider TV-nin bir qrup əməkdaşı ilə yanaşı, ona da mənzil hədiyyə edilib.

Xatırladaq ki, 70 media təmsilçisi həmkarlarına dəstək məqsədilə “Akkord STİK”ASC-nin direktoru Vüqar Süleymanova müraciət ünvanlayıb.

Jurnalistlər həmkarları, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi, blok 39, 17 saylı mənzildə yaşayan Zahir Əliyevin mənzili ətrafında yaranmış problemin onları ciddi şəkildə narahat etdiyini və bununla bağlı köməklik göstərilməsini xahiş ediblər.
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR