Özünü ölmüş göstərən şəxsin direktor olduğu şirkət kimə məxsusdur? - İLGİNC FAKTLAR
Sosial
Oxunub: 249
8 in 2022 | 17:24
Özünü ölmüş göstərən şəxsin direktor olduğu şirkət kimə məxsusdur? - İLGİNC FAKTLAR


Xəbər verildiyi kimi, 2 gün əvvəl özünü ölmüş kimi təqdim edən “Caspian İnşaat MB” MTK-nin direktoru Rafət Qəniyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, Rafət Qəniyevin ölümü barədə ilk rəsmi məlumat 25 noyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən açıqlanıb.
Baş Prokurorluğun açıqlamasında bildirilir ki, Rafət Qəniyevin direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən özünün yanıb ölməsi görüntüsünü yaradıb.

Rafət Qəniyevin direktor olduğu “Caspian İnşaat MB” MTK (VÖEN-1403886481) ilə ad bənzərliyi olan daha bir şirkət “Kaspian İnşaat MB” MMC (VÖEN-1400923131) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Məmmədov Bəxtiyar Sabir oğludur. Bu şəxsin qanuni təmsilçi olduğu daha bir şirkət “Kaspian Turizm MB” MMC (VÖEN-1400930291) adlanır. Ehtimal etmək olar ki, şirkət adlarındakı “MB”də qanuni təmsilçinin ad və soyadının baş hərflərindən götürülüb.
Şirkətlər barəsində açıq internet resurslarda olduqca məhdud məlumatlar mövcuddur. Yeganə məlumatlradan biri odur ki, Qarabağ qazisi olduğu deyilən Muğan Salmanov 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində “Kaspian İnşaat MB” MMC-nin tikdiyi çoxmərtəbəli binadan müqavilə əsasında 4 otaqlı mənzil aldığını və daha sonra MMC-nin rəhbəri Bəxtiyar Məmmədovun ona məxsus mənzili təkrarən başqa bir şəxsə satdığını bildirib.
“Kaspian İnşaat MB” MMC-nin adına “100 il Qarant” MMC-yə (VÖEN-1500046961) məxsus olduğu bildirilən veb-saytda da rast gəlmək olur. Şirkətin saytında tikilən binaların siyahısnında “Kaspian İnşaat MB” MMC-nin Yasamal rayonu, A.Salamzadə küç., 1055-ci məhəllədə tikdiyi yaşayış binasının da adı yer alıb. Siyahıda bir neçə tikinti şirkətinin də adı yer alıb və onların arasında məşhur iş adamı Azay Möhnətova məxsus olduğu bildirilən “Uğur-97” şirkətinin də adı var.
Qeyd edək ki, "AF Holdinq"in sahibi olan Azay Möhnətovun adı bir müddət əvvəl 2 dəfə yanğın hadisəsinin baş verdiyi "EuroHome" inşaat materialları bazarı ilə də gündəmə gəlib.
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ