Səttar Möhbalıyevi YOLA SALIRLAR... - İDDİA
Sosial
Oxunub: 323
8 in 2022 | 21:18
Səttar Möhbalıyevi YOLA SALIRLAR... - İDDİA



Cari ilin oktyabr- noyabr aylarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayı keçirilə bilər.
Teref.az faktinfo.az-a istinadla xəbər verir ki, bu məlumatlar hələlik rəsmi olaraq təsdiq olunmasa da, mənbənin açıqlamasına görə, növbədənkənar qurultayın keçirilməsində əsas məqsəd AHİK-in yeni sədrinin seçilməsi ola bilər.

Qeyd edək ki, sovet dönəmindən bu günümüzə qədər Azərbaycanda bütün həmkarlar təşkilatlarına nəzarət etməyi bacarmış AHİK sədri Səttar Möhbalıyevin nəhayət ki, tutduğu vəzifəsindən gedə biləcəyi barədə xəbərlə bu gün ölkədə heç kəsi təəccübləndirmək olmaz.Ən azından Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların əsas qayələrindən biri də məhz idarəçilik strukturlarında yer alan kadrların gəncləşdirilməsi tendensiyasına yol verilməsidir.Təbii ki, yaxın vaxtlara qədər AHİK sədrinin tutduğu vəzifədən kənarlaşdırılması müəyyən çətinliklərlə bağlı idi. O cümlədən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə yaxın münasibətləri və PA-nın ləğv olunmuş İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun qudası olmağı faktı da S.Möhbalıyevin “toxunulmaz”lığını şərtləndirən amil kimi çıxış edirdilər.Düzdür dövlət həmkarlar təşkilatlarının fəaliyyətinə və idarə olunmasına qarışmır. Bu isə, güclü əlaqələrə malik olduğu təqdirdə AHİK rəhbərini demək olar ki, qeyri-məhdud hakimiyyətlə təmin edirdi. Əlbəttə, kimlərsə bu deyilənlərə etiraz olaraq S.Möhbalıyevin bu yaxınlarda Ramiz Mehdiyevə qarşı istefa tələbilə kütləvi informasiya vasitələrində çıxışlar etməsini göstərə bilərlər. Amma inanın ki, bu çıxışlar arxadan atılmış və topuğa hədəflənmiş daşdan başqa bir şey deyildi. Yəni bu çıxışlar olunan zaman R.Mehdiyevin istefa verəcəyini artıq hamı proqnozlaşdıra bilirdi.Yeri gəlmişkən, Səttar Möhbalıyevin qəti və birmənalı siyasi mövqeyinin olmamasına dair müxtəlif vaxtlarda cəmiyyət daxilində səsləndirilən fikirlərin aktuallığı da məhz elə bu məqamda daha çox nəzərləri özünə cəlb edir.

Təbii ki, yuxarıda adları çəkilən sabiq səlahiyyət və güc sahiblərinin dəstəyindən məhrum olması faktı AHİK sədrinin özünün də ən qısa zamanda “sabiqlər” siyahısında yer alacağı ehtimalını son dərəcə yüksəldir. Məsələ bundadır ki, S.Möhbalıyevin rəhbərlik etdiyi qurumun idarəçiliyində yol verilmiş ciddi qanun pozuntuları heç kim üçün sirr deyil. Məsələn, sirr olmayan belə faktlardan biri Möhbalıyevlər ailəsinin AHİK-i tamamilə öz maraqlarının təmin olunmasına artıq çoxdan yönəltmiş olmalarıdır. Belə ki, Səttar Möhbalıyevin xanımı, Böyükxanım Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Nəyə görəsə, Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq məhz Böyükxanım və Lalə Möhbalıyevalar təmsil edirlər.(Bu barədə mətbuat biraz əvvəl yazıb)

Amma hesab edilir ki,məsələ AHİK-də qohumbazlıq münasibətlərindən ibarət olmuş olsaydı, bu zaman onun bundan sonra da sədrlikdə qalması bəlkə də çox az adamı narahat edərdi. İş burasıdır ki, həmkarlar ittifaqları hər ay milyon manatlarla üzvlük haqlarının toplandığı qurumlardır. Orta hesabla il ərzində 50 milyon manat məbləğində toplanan bu vəsaitlər isə son nəticədə AHİK-də cəmlənir. Əlbəttə ki, sual olunur, bəs bu vəsaitlər hara xərclənir?

Bir müddət bundan əvvəl S.Möhbalıyev hər bir həmkarlar təşkilatında yığılan üzvlük haqlarının nəticə etibarı ilə elə həmin təşkilatın özündə məsrəf olduğuna dair KİV-ə heç də inandırıcı olmayan bir açıqlama vermişdi. Lakin mənbələr bu məlumatı təkzib edirlər. AHİK-də toplanan maliyyə vəsaitləri haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. Məlumdur ki, S.Möhbalıyev həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) rəhbəridir. Buna görə də ilkin hesablamaları məhz elə bu qurum üzərindən aparaq. Təxmini məlumatlara görə, bu gün ölkə üzrə 180 min orta məktəb müəllimi vardır ki, onların da həmkarlara qoşulmaq üçün ödədikləri üzvlük haqqı maaşının 2 faizini təşkil edir. Hətta ötən illər üçün ölkədə müəllimlərin orta aylıq maaşlarını 250 manat civarında götürsək, 1 il ərzində həmkarlara ödənilən vəsaitin 11 milyon manata yaxındır. Nə vaxtsa bu pullarla müəllimlər “putyovka”larla müxtəlif yerlərə istirahətə göndərilirdi. Bu gün isə ölkədaxili sanatoriya putyovkalarının həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan vətəndaşlara 500-1000 manat civarında pulla satıldığını da hər kəs bilir. Amma bu, artıq ayrıca bir araşdırmanın mövzusudur...

Son olaraq bir məqama da toxunmağı lazım bilirik. Məsələ bundadır ki, həmkarlar ittifaqları digər vəzifələrlə yanaşı öz üzvlərinin əmək hüquqlarının müdafiəsini də həyata keçirməli, “Məşğulluq haqqında” qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi istiqamətində tədbirlərin və nəzarətin həyata keçirilməsində iştirak etməlidirlər. Azərbaycan qanunlarına əsasən, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilməlidir. Lakin təcrübə göstərir ki, bu gün ölkəmizdə həmkarlar təşkilatları bu vəzifələrin heç birini icra etmirlər.Bu amil isə ümumi narazılıqlarla müşayət olunur.

Bu qurumların heç bir real səlahiyyətləri yoxdur,deyənlər kifayət qədərdir.Hər halda son illər ərzində kimsə AHİK-in hansısa bir işdən qanunsuz çxarılmış təşkilat üzvünün hüquqlarını məhkəmə instansiyasında müdafiə etdiyinin şahidi olmayıb. Əksinə, belə iddialar var ki, həmkarlar təşkilatları bir çox hallarda hətta müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasında kömək də edirlər.Yəni əmək münasibətləri ilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davrandığının şahidi oluruq. Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq keçirilmir. Bölgələrdə isə həmkarların hər hansı fəaliyyətindən danışmağa belə dəyməz.

Beləliklə, yazılanlara yekun nəticə olaraq deyə bilərik ki, bütün bu yuxarıda qeyd olunan iddialar ilk növbədə ətraflı şəkildə araşdırılmalıdır. Heç şübhəsiz obyektiv aparılan maliyyə təftişi AHİK-in fəaliyyətində yer alan bir çox qaranlıq məqamlara aydınlıq gətirə bilər. Təbii ki, belə olan halda, qurumun növbədənkənar qurultayının çağırılması və bu qurultayda müzakirə olunacaq əsas məsələ barədə yayılan məlumatlar da daha dəqiq cavab tapmış olar.
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...