Ramiz Mehdiyevsiz MEDİA nə ilə fərqlənir? - İNCƏLƏMƏ...
Sosial
Oxunub: 258
6 in 2022 | 18:50
Ramiz Mehdiyevsiz MEDİA nə ilə fərqlənir? - İNCƏLƏMƏ...


Azərbaycan Milli Mətbuatı bir ay sonra növbəti yaşını qeyd edəcək. Hər 22 iyulda olduğu kimi yenə hərdəmxəyal arzular dilə gətiriləcək, rəsmi KİV isə media azadlığının ölkəmizdə fontan vurmasından ağızdolusu danışacaq, nala-mıxa mətbuatına gəlincə, ələbaxımlı həyata vərdiş etdiklərindən bu sahədə islahatlardan söz açacaq, dünənə kimi mədh etdikləri Ramiz Mehdiyev-Əli Həsənov odioz cütlüyündən sonra sanki bir açılım olduğunu inandırmağa çalışacaq. Amma türklərin sözü olmasın, bunların hamısı palavra. Həmin özünə media kapitanı, media generalı rütbəsi verənlər də yaxşı bilir ki, mətbuatın inkişafı, azadlığı, plüralizm, reklam bazarı, ifadə azadlığı, jurnalistlərin peşə fəaliyyətinin sərbəst şəkildə yerinə yetirməsi istiqamətində Mehdiyev-Həsənovdan sonra da heç bir irəliləyiş olmayıb. Əslində, buna yerində saymaq demək lazımdır. Nə geri, nə irəli... Başqa tərəfdən, "boz kardinal" və onun "Fuşe" si hər nə qədər mətbuat azadlığına düşmən kəsilmiş olsalar da, həm də medianın işini və içini yaxşı tanıyırdılar. Təbii ki, onlara heç bir bəraət qazandırmır. Mehdiyevin müstəqil və tənqidçi mətbuatı görən gözü yox idi və olan-qalanı məhv etmək üçün PA rəhbəri olduğu dövrdə əlimdən gələni də, gəlməyəni də etmişdi. Bəs, indiki Mehdiyev - Həsənov tandemi siyasi səhnədən silinib, nə üçün hakimiyyət mətbuatın azadlığı üçün imitasiyadan uzaq, real açılımlara getmir? Dəyişən nələr olub ki, onu biz görə və hiss edə bilmirik? Misal üçün reklam bazarında hansı liberal addımlar atılıb? Jurnalistlərin informasiya əldə etməsində, dövlət qurumlarının sorğulara operativ cavab verməsində nə kimi irəliləyişlər olub? Tənqidə görə sıxma-boğma, dindirilmə, qeyri-rəsmi xəbərdarlıqlar azalıbmı? Yaxud psevdomüstəqil KİV-lərə hansı azadlıqlar verilib? Niyə yemlənən media holdinqlərə imkan verilmir ki, iqtidarı tənqid etməklə ən azı kosmetik görüntü yaradılsın və xaricdəki blogerlər neytrallaşdırılsın? Axı bu ki hakimiyyətə lazımdır?! Hətta bu yanaşma və strategiya belə yoxdur. Ona görə xərclənən pulların qarşılığında dili qısa olan Azərbaycan mətbuatı xaricdə fəaliyyət göstərən mühacir bloggerlərin, sərt tənqidlə çıxış edən onlayn tv-lərin hələ də arxasınca sürünür. Çünki hakimiyyət özünün nəzarətində olan mediadan belə qorxur, onun tənqidlərinin ictimai rezonans doğurmasından çəkinir. Məsələn, dövlət qəzeti olan "Azərbaycan" vaxtaşırı hansısa məmurdan tənqid yazırdı, ölkə dərhal çalxalanırdı. Halbuki ən normal haldır - qəzet məmuru tənqid edər! Bu baxımdan 147-ci ilini qeyd edəcək Milli Mətbuat dişləri tökülmüş, beli bükülmüş, taqətdən düşmüş, əlləri əsən bir ahıla oxşayır. Hətta yeni yaranan saytlar, Media Agentliyindən aylıq 3-5 manat maliyyə qoparan portallar da ölü doğulmuş uşağa oxşayırlar. Nə tənqid var, nə araşdırma, sadəcə, bir-birini təkrarlayan elektron media palaza bürünüb ellə sürünməkdədir. Ona görə hakimiyyətin media siyasəti dəyişməyib, bu sahədə islahatlar o qədər epizodik xarakter daşıyır ki, bunu dilə gətirmək belə ayıbdır. Misal üçün bəzi telekanallarda sosial verilişlərin yayımını böyük uğur, mediada açılım kimi sırımağa çalışırlar. Yazılı mətbuat isə özünü ölülüyə vurub, özünə başdaşı qoydurub yas edən son günlərin ən çox danışılan hadisəsi - MTK rəhbəri kimi davranır. Gəlin, bir gün KİV-in monitorinqin aparaq, orada neçə tənqidi və ya araşdırma materialı tapmaq olar ki, medianın azad olduğu qənaətinə gələk. Yenə jurnalisti sorğu-sual etmək, sıxışdırmaq, "bu nazirə toxunma" , "o məmura dəymə" əmri vermək, malalamaq davam edir. O halda nə dəyişib? Və ümumiyətlə, dəyişməsini istəyirlərmi?
Anaxeber.info
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO