"Kimin gücü çatar ki, torpağımı alsın?" - Hacı Qalib
Sosial
Oxunub: 311
6 in 2022 | 20:25
"Kimin gücü çatar ki, torpağımı alsın?" - Hacı Qalib


"Heç kəs o bağ evini ala bilməz. Kimin gücü, kişiliyi çatırsa, gəlib desin ki, mən o bağ evini alıram. Nə qədər ki, mən sağam belə şey mümkün deyil. Elə bir adam ortaya çıxsa, sevinərəm".

Redaktor.az xəbər verir ki, bunu keçmiş deputat Hacı Qalib Salahzadə mətbuatda Bilgəhdə ona məxsus bağ evinin Eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu tərəfindən iş adamına satılmasına münasibət bildirərkən qeyd edib.

Q.Salahzadə bildirib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sənədləri var.

"Mənim o torpaq sahəsində mülklərim, evlərim var. Mən və qohumlarım orada qeydiyyatdayıq. Mən həmin torpaq sahəsilə bağlı Rəsul Quliyevin qardaşı oğlu Xəyal Quliyevlə görüşmüşəm. Çox hörmətli bir hacının vasitəsilə Xəyalla görüşdüm. Yanıma gəlmişdi. Bağ evinin Rusiya səfirliyinə məxsus torpaq sahəsi tərəfdən olan giriş qapısının açarları Xəyalda idi. Dedi ki, əmisi Rəsul Quliyev bu açarları mənə göndərib ki, Bakıya gələndə onunla şəxsən söhbət edib problemi yoluna qoyarıq. Buzovnalı Hacı Nasir vasitəsilə Telman Quliyevlə əlaqə saxladım. Məlum oldu ki, Telmanın oğlanları Etibar və Bayramı vaxtından qabaq həbsdən azad etmək üçün bağı kimlərəsə hədiyyə söz veriblər. Ona görə də bağ ərazisinə saxta sənəd düzəltdiriblər. Amma sənəd düzəltdirəndə bir məqam gözlərindən qaçıb. Mən 2009-cu ildən orada qeydiyyatdayam. Ailə üzvlərim də bağdakı ayrı-ayrı evlərə qeydiyyatdadır. Bunlar torpaqları alqı-satqı yolu ilə bələdiyyədən alıblar. Mənim iki dayım və iki xalamın əllərində bələdiyyə sənədləri var. Sənədə əsasən Rəsul Qulıyevin iddia etdiyi torpaqlar Bakı şəhəri Bağlar İdarəsinə məxsusdur. Mənim bağım isə Abşeron rayonuna məxsusdur. Mənim əlimdə xəritələr var. Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasovla mənim söhbətim olub. O, mənə bu işin sifarişçilərinin adlarını dedi. İndi sadalamaq istəmirəm. Hər şeyin məqamı var. İndi Ağasif Şakiroğlunu salıblar qabağa. Kimdir, Ağasif? O bağ evini sata bilməz və heç kəs də ala bilməz".

Yeri gəlmişkən, keçən il Sabunçu Rayon Məhkəməsində hakim Nilufər Cəfərlinin sədrliyi ilə Hacı Qalib Salahzadənin Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesində aydın olub ki, həmin bağ sahəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin 2010-cu ildə çıxardığı qərar var və həmin qərarda göstərilir ki, bağ torpaq sahəsi Hacı Qalib Salahzadənin deyil və o, ərazidən çıxmalıdır. Lakin həmin qərar 2021-ci ilin iyununa qədər icra olunmayıb.

Hacı Qalib Salahzadənin hazırki iddiası üzrə çıxarılan, elektron məhkəmə portalında yer alan qətnamədən oxuyuruq:

“İş materiallarında olan 29 iyun 2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-879/2010 saylı, 17.03.2010-cu il tarixli icra sənədi üzrə borclu Salahzadə Qalib Aslan oğlu 29.06.2021-ci il tarixdə, saat 18:30 radələrində mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu Qalib Salahzadə ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığını və bəzilərinin yararsız olduğunu bildirmişdir”.

Göründüyü kimi, Hacı Qalib Salahzadə bağ torpaq sahəsini könüllü boşaldıb və açarlarını icraçılara verib. Bundan sonra bağ torpaq sahəsi Sabunçu Rayon İcra Şöbəsinin icraçıları tərəfindən Ağasif Şakiroğluna təhvil verilib.

Sonuncu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Sabunçu Rayon Mühafizə İdarəsi ilə müqavilə bağlamaqla Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarında yerləşən “1926", ”1927", “1928", ”1929", “1931" saylı bağ sahələrinin Xəzər rayon Mühafizə İdarəsi tərəfindən mühafizə olunmasını təmin edib.

Sabunçu Rayon Məhkəməsində iddia üzrə araşdırma aparılarkən iş materiallarına əlavə edilmiş sənədlər sırasında Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında qeyd edilən ərazilər mülkiyyət hüquqi əsasında Qalib Aslan oğlu Salahzadəyə məxsus olması aşkar edilməyib.

Məhkəmə belə qənaətə gəlib ki, Hacı Qalib Salahzadə və yaxınları - Xatirə Allahşükür qızı Salahzadə, Zenfira Hacıbala qızı Salahzadə və Kübra Mirəbdül Hüseyn qızı Camalova hüquqlarının pozulduğunu iddia etsələr də, məhkəməyə müraciət etməyə əsas verən hər hansı bir hüquqları yoxdur. Məhkəmənin təklifinə baxmayaraq, sözügedən hüququn təsdiqinə dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməyiblər.

Belə olan halda məhkəmə hesab edib ki, iddiaçı Qalib Aslan oğlu Salahzadə, Xatirə Allahşükür qızı Salahzadə, Zenfira Hacıbala qızı Salahzadə və Kübra Mirəbdül Hüseyn qızı Camalova adından məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz.
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
8-05-2024, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
8-05-2024, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
8-05-2024, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
8-05-2024, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
8-05-2024, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
8-05-2024, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
8-05-2024, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8-05-2024, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil