"Muğanbank"la Eldar Mahmudovun əmisi oğlunun nə əlaqəsi var? - İDDİA
Sosial
Oxunub: 366
6 in 2022 | 22:22
"Muğanbank"la Eldar Mahmudovun əmisi oğlunun nə əlaqəsi var? - İDDİA


Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş, əmisi oğlu Vüqar Mahmudov medianın diqqətinə gəlib. Dünəndən etibarən onun əmlaklarının siyahısı tirajlanır. Siyahıda bahalı avtomobillər, evlər, torpaq sahələri, müxtəlif banklara qoyduğu pulların məbləği var. Lakin Vüqar Mahmudovun əsas gəlir mənbəyi yaddan çıxıb. Söhbət “Muğanbank”dan gedir.

Teref.az 32gun.az-a istinadla xəbər verir ki, Vüqar Mahmudov “Muğanbank”ın idarəçilərindən biri olub. Baxmayaraq ki, bank “Odlar Yurdu” universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevə məxsusdur. Bankın rəsmi veb- səhifəsində səhmdarların adı belə qeyd edilib:

Mehdiyev Elmir Maqbet oğlu – 63,50 %

Vəliyeva Vəfa Əhməd qızı – 12,05 %

Mehdiyev Maqbet Rəhim oğlu – 13,10%

Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 %

Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva onun qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır.

Bəs Vüqar Mahmudovun “Muğanbank”a hansı dərəcədə aidiyyatı var?

Məsələ burasındadır ki, Əhməd Vəliyevlə Eldar Mahmudovun münasibətləri kifayət qədər sıcaq olub. Hətta Əhməd Vəliyevin deputatın seçilməsində də keçmiş MTN şefinin rolunun olduğu deyilir. Əhməd Vəliyev 2005-ci ildə deputat mandatı qazanıb. O zaman Eldar Mahmudov artıq Milli Təhlükəsizlik naziri vəzifəsini daşıyırdı və “Qara Kəmər” əməliyyatını keçirirərək hakimiyyət komandasında mövqelərini gücləndirmişdi.

2015-ci ildə Eldar Mahmudov vəzifəsindən çıxarılandan və MTN-də həbs əməliyyatları həyata keçiriləndən sonra onun Əhməd Vəliyevlə bağlı ortaqlığı barədə materiallar tirajlanmağa başlandı. Həmin materiallarda qeyd olunur ki, “Muğanbank”da əsas söz sahiblərindən biri də Vüqar Mahmudovdur. Həmçinin iddia olunurdu ki, Eldar Mahmudovun “qara pulları” məhz bu bank tərəfindən realizə edilib.

Əhməd Vəliyevlə Eldar Mahmudovun yaxınlğını təsdiqləyən faktlardan biri də “Odlar Yurdu” Universitetinin tədrisində keçmiş MTN şefinin atası akademik Əhməd Mahmudova xüsusi diqqət ayrılmasıdır. 2014-cü ildə Universitetdə Əhməd Mahmudovun anadan olmasının 91-ci ildönümü təntənəli şəkildə qeyd olunub, ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilir. Eldar Mahmudov işdən çıxarılandan sonra bu ənənənin davam etdirilib-etdirilməməsi bəlli deyil.
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
8-05-2024, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
8-05-2024, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
8-05-2024, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
8-05-2024, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
8-05-2024, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
8-05-2024, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
8-05-2024, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8-05-2024, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil