BNA-NIN KAMERA İLƏ YAZDIĞI CƏRİMƏLƏRİN HAMISI QANUNSUZDUR-HÜQUQŞÜNAS
Sosial
Oxunub: 270
4 in 2022 | 19:49
BNA-NIN KAMERA İLƏ YAZDIĞI CƏRİMƏLƏRİN HAMISI QANUNSUZDUR-HÜQUQŞÜNAS


Bugünlərdə Apellyasiya Məhkəməsi Bakı Nəqliyyat Agnetliyi tərəfindən vətəndaşa dayanma-durma ilə bağlı kamera vasitəsilə yazılmış protokola xitam verərək qərar çıxarıb. Məhkəmə qərarında aydın şəkildə izah olunub ki, BNA-nın xüsusi texniki vasitə sayılan kamera ilə dayanma-durma qaydasını pozan sürücülərə cərimə yazması qanunsuzdur. Bu barədə Avtosfer.az saytında bir neçə dəfə material yayılsa da, BNA hər dəfə özünə haqq qazandırmağa çalışıb.

Bəs indiyədək minlərlə vətəndaşa yazılmış protokollar qanunsuzdurmu? Bu suala cavab tapmaq üçün hüquqşünas Ərşad Hüseynova müraciət etdik.

Teref.az yazır ki, hüquqünas Avtosfer.az-a bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 124.5 maddəsində dayanma və durma qaydalarının pozulmasına görə cərimə yazılması proseduru nəzərdə tutulub. “Prosedur ondan ibarətdir ki, dayanma və durma qaydasını pozmaqla aşkar olunmuş, yaxud duracağa qoyulmuş avtomobillər üzrə qərar verən səlahiyyətli şəxslər ölkəmizin hər yerində Dövlət Yol Polisinin əməkdaşlarıdır. Bakı şəhərinin inzibati ərazisində isə həm də Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli əməkdaşları bunu icra edir. Qanun deyir ki, əməkdaş həmin nəqliyyat vasitəsinə yaxınlaşmalı, operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort-komüter və ya planşetlə onun foto və videogörüntüsünü qeydə almalıdır. Daha sonra sistem üzərindən elektron qaydada protokol tərtib etməli, həmin qərarı sistemə yerləşdirməlidir. Sürücünün iştirakı olmadan qərarın bir nüsxəsini isə çap edərək avtomobilin alın şüşəsinə qoymalıdır. Prosedur belədir və orada kamera vasitəsilə elektron qaydada protokol tərtib olunması nəzərdə tutulmur. Kamera vasitəsilə elektron qaydada prptokol tərtib olunması nəzərdə tutulan İnzibati xətaların siyahısı İnzibati Xətalar Məcəlləsinin 122.1- ci maddəsində göstərilib. Həmin maddədə isə dayanma və durma qaydalarının pozulması hallarından heç biri yoxdur. Yalnız avtobusların dayanacaqdan kənar dayanıb sərinişin mindirmək və düşürməsi barədə qeyd var. Bu da təbii ki, digər nəqliyyat vasitələrinin, minik avtomobillərinin, yük avtomobillərinin, marşurut avtobuslarından kənar avtobuslara aid deyil”.

Ərşad Hüseynov qeyd edib ki, bu hal əvvəldən var idi. “Amma 2021-ci il, aprelin 14-nə qədər dayanma və durma qaydalarının pozulmasına görə kamer vasitəsilə cərimə yazıldığı təqdirdə bunun nəticəsi necə olardı sualının cavabı qeyri-müəyyən idi. İnzibati Xətalar Məcəlləsində 2021-ci il aprelin 14-ə qədər konkret olaraq göstərilməyib ki, bu halda böyük prosedur pozulmaqla, qanuni nəzərdə tutulmuş qayda pozulmaqla, əldə edilmiş sübut olarsa həmin qərar ləğv edilməlidir. Belə bir müddəa yox idi. Qeyri-reallıq var idi. Sadəcə prosedur var idi, proseslərin pozulması hallarının nəticələrin qiyməti yox idi. 2021-ci ilin aprelin 14-də İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər qüvvəyə mindi. Bu dəyişikliklərdən ən mühümü İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin əlavə edilməsi oldu. Əlavə olunmuş maddədə birbaşa göstərilir ki, əgər inzibati məsuliyyətə cəlbetmə zamanı qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilirsə bu hal yolverilməzdir. Bu hal olarsa inzibati iş üzrə baş tutan icraata başlamaqdan imtina olunmalıdır. Başlanmış icraat olsa belə həmin icraata xitam verilməlidir. Yəni, qanuna zidd olaraq əldə olunmuş sübutun əsasında qərar çıxarmaq qadağandır. İnzibati Xətalar Məcəlləsinin 135- ci maddəsində də, dəyişiliklər olub. 135- ci maddədə göstərilirdi ki, əgər həmin qanuna zidd üsulla əldə olunmuş sübutdan istifadə olunmuş qərar çıxarılıbsa 53.2 maddəyə istinadən, həmin qərar yuxarı orqan və ya məhkəmə tərəfindən ləğv oluna bilər. Xüsusi araşdırmalar etməyə ehtiyac yoxdur. Təcrübədə isə çox təəssüf ki, kamera vasitəsilə cərimə yazılması uzun müddətdir geniş yayılıb. Son zamanlar hakimlər bu məsləyə daha diqqətlə yanaşmağa başlayıblar. Qanunun hərfi mənasında daha düzgün tətbiq eləməklə bu tipli halların qarşısını almaq istiqamətində qərarlar qəbul edirlər. Kamera vasitəsilə qeydə alınıb təsdiq olunan bəzi qərarların hətta apelayasiya məhkəməsi səviyyəsində ləğv olunması bunun məcəlləyə, dediyimiz normalara istinadən əsaslandırılması mövcuddur. Hər kəs qanuna düzgün riayət eləsə daha yaxşı olar”
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
8-05-2024, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
8-05-2024, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
8-05-2024, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
8-05-2024, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
8-05-2024, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
8-05-2024, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
8-05-2024, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8-05-2024, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil