Rüstəm Nağıyev: “Azərbaycanın digər ölkələrə təqdim etdiyi tranzit imkanları strateji əhəmiyyət kəsb edir”
Sosial
Oxunub: 330
3 in 2022 | 13:23
Rüstəm Nağıyev: “Azərbaycanın digər ölkələrə təqdim etdiyi tranzit imkanları strateji əhəmiyyət kəsb edir”


Bu gün Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Ölkənin neft ixracatına başladığı 2006-cı ildən bəri təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm durmamışdır. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb.Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə eyni kursla həyata keçirilən bu siyasət nəticəsində Azərbaycan hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır.

Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Bu baxımdan regionun əsas neft və qaz ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbiidir. Avropa Birliyi gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycan həmçinin bölgənin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır. Belə ki, Cənubi Qafqazda enerji məsələsi getdikcə daha aktual problem kimi qarşıya çıxır. Azərbaycan qazı və neftinin dünyaya çıxarılması məsələsi isə özlüyündə bir neçə dövlətin bu işdə iştirakını nəzərdə tutur. O dövlətlərin hər birinin enerji təhlükəsizliyi bu aspektdə Azərbaycanın enerji strategiyasından asılıdır. Maraqlıdır ki, bu asılılıq getdikcə artır. Dünyanın hətta aparıcı dövlətləri Azərbaycanın enerji ehtiyatlarından müəyyən bəhrə götürməyə çalışırlar. Bunun bir səbəbi vardır – Azərbaycan etibarlı tərəfdaşdır və onun daxili durumu stabildir. Dünya səviyyəsində böhran yarandığı halda belə, Azərbaycanda vəziyyət sabit olaraq qalır.

İyunun 1-də öz işinə başlamış Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışında etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Bu sahədə Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu imkan vermişdir ki, bu sahəyə diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etmiş, həyat keçirilən bir çox layihələr həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir.

Dövlət başçısının qeyd etdiyi kimi, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Diqqətəlayiq haldır ki, Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak edirlər.

Bu gün Azərbaycan həm də bərpa olunan enerji növlərinin istehsalı sahəsində dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorunun enerji potensialı 150 min meqavat təşkil edir. Bundan başqa, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Qeyd edə bilərik ki, hazırda neft və qaz sahəsində strateji tərəfdaş olan SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edirlər.

Həmçinin Azərbaycan digər ölkələri maraqlandıra biləcək zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Bütün bunlar isə Azərbaycana digər ölkələrə strateji əhəmiyyət kəsb edən tranzit yolları təqdim etmək imkanı verir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi