İDDİA: AMEA hələ də Ramiz Mehdiyevin nəzarətindədir - Arif Həşimov baş qatır
Sosial
Oxunub: 249
2 in 2022 | 18:50
İDDİA: AMEA hələ də Ramiz Mehdiyevin nəzarətindədir - Arif Həşimov baş qatır


Azərbaycan Milli Elmlər Akademiyası hələ də Ramiz Mehdiyevin nəfəsindən qurtula bilmir. Cari ilin fevralın 14-də istefa verib elm məbədindən təmtəraqla yola salınmış "boz kardinal" iş otağında öz yaxını olan akademik Arif Həşimovu əyləşdirməklə, faktiki olaraq AMEA-nı əvvəlki gücü ilə kənardan idarə edə bilir. İdarəetmə dedikdə, bu Mehdiyev üçün təbii ki, elmin inkişafına töhfələr, alimlərə akademik yönümlü xoş məsləhətlər, vacib islahatlar demək deyil. Tam əksi, Ramiz Mehdiyevin nəfəsi hələ də AMEA-nın zəruri inkişafını əngəlləyir.

Demokratik.Az-a AMEA-dan daxil olan məlumata görə, hələ Mehdiyevin prezidentliyi dönəmində öz həllini gözləyən vacib elementlər, elm ictimaiyyəti tərəfindən qabardılaraq Ramiz Mehdiyevin yarıtmaz idarəetməsi kimi qəbul edilən çoxsaylı nöqsanların həlli məqsədli şəkildə dondurulub. Elm adına hazırda heç bir iş görülmür, elmimiz adına faydalı iclas-müzakirələr çağırılmır, AMEA-nın inkişafı istiqamətində uzaq və yaxınmənzilli konsepsiya hazırlanmasına maraq göstərilmir. AMEA-ya ayrılan və illərdir talan edilmiş milyonlarla dövlət vəsaitinin hesabatı aparılmır, institutlarda alimlərin və elmin inkişafı üçün rəsmiyyətdə mövcud olan mühitin yaradılması heç yada düşmür. Bu isə aylardan bəri AMEA-nın Mehdiyevin uzaqlaşdırılması ilə əslində heç nəyə nail olunmadığı təəssüratını yaratmaqla, ictimaiyyətə ümidsizlik aşılayır.

Hələlik, bir sıra dəqiqləşdirmələr apardığımız üçün AMEA-da hələ də baş verən konkret özbaşınalıqlar barədə əldə etdiyimiz faktları ictimailəşdirmədən söyləyək ki, Ramiz Mehdiyevin "təhlükəli ruh"u AMEA prezidenti vəzifəsini icra edən Arif Həşimovun cisminə siraət edib. Arif Həşimov hazırda demək olar ki, Mehdiyevin kənar göstərişi ilə öz vəzifə öhdəliklərini, prezidentlik funksiyalarını dondurub. Yəni, akademik Həşimov indi alimlərə nəinki lokomotivlik etmək iqtidarında deyil, yalnız Ramiz Mehdiyevin ifşa ediləsi əməllərini, ölkə elminə vurduğu dərin yaraları malalamaqla məşğuldur. Mənbənin sözlərinə görə, Həşimov hər gün Ramiz Mehdiyevlə telefon əlaqəsi yaradır, sonuncu istədiyi zaman onunla gizlin görüşlərə gedir, Mehdiyevin imzaladığı köhnə sənədlərə (xüsusilə mühasibatlıq sənədlərinə-red) göz gəzdirərək həyəcan-qorxu hissləri keçirir.

AMEA üçün Arif Həşimov bir susqundur, passivləşmiş alimdir və sadəcə Mehdiyevsevər bir müqəvvadır! "Mehdiyevsiz AMEA"-da son aylarda bir irəliləyişə nail olunubsa, onu da buyursun, akademik Arif Həşimov özü desin..
Osman Nərimanoğlu
Demokratik.Az
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi