Sabiq diplomat "Milli.ön" xidmətini topa tutdu... - Yalan reklamlar, xidmət fırıldaqçıları...
Sosial
Oxunub: 268
2 in 2022 | 21:44
Sabiq diplomat "Milli.ön" xidmətini topa tutdu... - Yalan reklamlar, xidmət fırıldaqçıları...


Kimin vaxtı, imkanı, həvəsi var, xahiş edirəm, "Milli.ön" xidmətinə *OO10" telefon nömrəsi ilə zəng vursun. Görün, necə bəlağətli reklamlar eşidəcəksiniz! "Ay biz keyfiyyətli xidmət edirik, xidməti asanlaşdırırıq, insanları razı salmaq üçün filan işləri həyata keçiririk..." və s. və i.a.

Dünən səhər-iyunun 21-də Babək prospektindəki "Bravo Babək superstore" mağazasına həmişəki kimi ərzaq məhsulları almağa getmişdim. QAZ smart kartını mağazada qoyulmuş "Milli.ön" aparatına saldım ki, qaz vurum. Aparat o dəqiqə kartı "uddu". Mağazanın işçiləri də, mən də çalışdıq, kartı "əjdahanın" ağzından çıxara bilmədik. "Müştəri xidmətləri"n- dən mənə bildirdilər ki, "belə olanda "Milli.ön" ün əməkdaşları gələndə kartı çıxarıb bizə verirlər, biz də müştəriyə zəng vururuq, gəlib götürür". Telefon nömrəmi də yazdılar ki, "arxayın olun, mütləq bir-iki saata zəng vurarıq". Bütün günü evdə gözlədim "hamının gedəni gəldi, mənimki gəlmədi", yəni zəng vuran olmadı...

Bu gün yenə səhər mağazaya getdim ki, soruşum "nə oldu?" "Yenilik" gördüm. İllərlə getdiyim mağazanın maşın parkının qarşısına giriş-çıxış üçün ödəniş aparatları qoyublar. (?!) Görünür, bu da işbazların ağlına təzə gəlib! Gərək müştərilər ikiqat "soyulsunlar"- həm mağaza həyətinə girişdə, həm də mağazada!

Əlqərəz, "Müştəri xidmətləri"ndən soruşdum ki, "kartı sizə verdilər?" Dedilər ki, "siz " Mlli.ön"-ə zəng vurun". Mən də təbii olaraq soruşdum ki, "bəs bunu mənə dünən niyə demədiniz?"

"Milli.ön" xidmətinə zəng vurdum, telefonda səsləndirdikləri reklamları xeyli dinlədikdən sonra operator xanım nəhayət dilləndi ki, "gözlədiyiniz üçün təşəkkür edirik!" Sonra başladı sorğu-suallara: "Mağaza hansı küçədədir?" Kartı hansı aparata salmısınız?" "Kart nə kartdır?" Ad-soyadınız nədir?.. Sonra dedi ki, "telefonda ğözləyin, gedim, araşdırım". Bir də gəldi ki, "adınız nə oldu?" "Telefon nömrənizi deyin." Dedim "ay xanım, bayaq hamısını soruşdunuz, mən də cavab verdim, bəs yazmadınız?"

Məxləs, hər şeyi yazandan sonra operator xanım dedi ki, "telefonda gözləyin". Bir azdan qayıtdı ki, "araşdırıb, sizə cavab verərik!"

Gəldim evə. Beləliklə 25 dəqiqə telefonda gözlədim, məlum məsələdir konturlarını da "uçdu", getdi.

Evdə bu yazını yazırdım ki, yenə Milli. ön" dən 404 41 05 telefon nömrəsindən bir xanım zəng edib, sorğu-suala başladı. Operator xanımın suallarını təkrar verəndən, mən də cavabları təkrarlayandan sonra dedi ki, araşdırıb, sizə cavab verəcəyik!"

Xanımın adını soruşdum," Şəms" dedi, soyadını soruşdum, bildirdi ki, "onu deyə bilmərəm, müdiriyyət icazə vermir!". Operator qızın ad-soyadını soruşdum, dedi ki, "onu da deyə bilmərəm, bizə icazə verilmir!"

Beləliklə hələ gözləyirəm, evdə də qaz yoxdur!
Təəccüblüdür, belə xidmət olar? Bu savadsız, qabiliyyətsiz adamları necə işə götürürlər, başa düşülən deyil!
İşləyə bilmirsiniz, işləməyin də! Yalan reklamlarınız da özünüzə qalsın!

Xeyrəddin QOCA,
yazıçı //moderator.az//
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi