BNA-nın əlindən maşınımızı hara götürüb gedək... - AKTUAL
Sosial
Oxunub: 228
31 may 2022 | 18:50
BNA-nın əlindən maşınımızı hara götürüb gedək... - AKTUAL


“Təəssüf ki, parklama yerləri bu gün zəbt olunub”. Bunu TİA.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O bildirib ki, problemin həlli ilə bağlı əsaslı, əməli işlər aparılmır: “Bakı şəhərində parklanma məsələsi bu gün sakinlərin və qonaqların bir nömrəli probleminə çevrilib. Halbuki Azərbaycanda şəhərsalma və arxitektura qaydalarına görə hər bir obyektin ayrıca parklanma yeri olmalıdır. Təəssüf ki, bu gün bu məsələyə çox da diqqət yetirilmir. Bakı şəhərində parklanma probleminin həlli ilə bağlı əsaslı, əməli işlər aparılmır.

Ən azından Bakı şəhərində dövlətin balansında olan pulsuz parklanma yerləri var. Bu parklanma yerlərinin ünvanları vətəndaşlara açıqlanmalıdır. Ayrıca olaraq informativ qaydada bir saytda, bir portalda bu yerlər göstərilməlidir. Bütün vətəndaşlar bilməlidir ki, parklanma yerləri harada mövcuddur və avtomobillərini gəlib orada saxlamalıdırlar”.

Ekspertin sözlərinə görə, təəssüf ki, parklama yerləri bu gün zəbt olunub və parklanma yerində çalışan parklama nəzarətçiləri burada avtomobil saxlayan vətəndaşlardan haqsız olaraq pul tələb edirlər: “Vətəndaşın da pul verməkdən başqa çarəsi qalmır, çünki nəzarətçilər deyir ki, biz bu yeri kirayə götürmüşük və s. Vətəndaş isə ona deyə bilmir ki, bu dövlətin nəzarətində olan pulsuz parklanma yeridir. Çünki heç bir yerdə bu təsbit edilməyib. Ən azından qeyd etdiyim ki, bu yerlər müvafiq qurumun saytında göstərilməlidir. Yerlər müəyyən olunmadığı üçün sürücülər avtomobillərini harda gəldi saxlayırlar və bu da özlüyündə tıxaclara səbəb ola bilir. Təəssüflər olsun ki, bu gün Bakı şəhərində parklanma yerlərini təşkil etmədən avtomobilini saxlayan sürücülərə dayanma-durmaya görə kütləvi şəkildə cərimələr yazılıb. Mənə elə gəlir ki, bu cərimələrin üçdə biri əsassız və qanunsuzdur.

Bakı şəhərində parklanma problemini həll etmək üçün ilk növbədə dövlətin balansında olan pulsuz parklanma yerləri cəmiyyətə açıqlanmalıdır. İkincisi isə Bakı şəhərində olan obyektlərin hər birinin parklama yerləri təşkil olunmalıdır və bu tələb onlara irəli sürülməlidir. Bu tələb Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən dövlət proqramında da əks edilib. Cənab prezidentin imzaladığı bu dövlət proqramında parklanma yerlərinin təşkili ilə bağlı tələblər mövcuddur”.
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR