SOS! İrandan Azərbaycana saxta dərmanlar daşınır - Hamilə qadın körpəsini necə itirdi?
Sosial
Oxunub: 413
28 may 2022 | 12:00
SOS! İrandan Azərbaycana saxta dərmanlar daşınır - Hamilə qadın körpəsini necə itirdi?


Azərbaycana İrandan saxta dərmanlar gətirilir. Bakupost.az məlumatına görə, bahalı dərmanların saxta variantı hazırlanaraq, pasiyentlərə satılır.
Və bu dərmanların qurbanına çevrilən insanların sayı getdikcə artır.

Bu dərman biznesindən zərər çəkənlərdən biri də Maya Zəkiyevadır.
Qusar rayonu Hil kənd sakini olan Maya xanım ötən ay Qusar rayon mərkəzi xəstəxanasında doğuş zamanı körpəsi ölüb.
Uşağının ölümündə xəstəxananın doğum şöbəsinin ginekoloqu Yelena Tağıyevanı günahkar bilən M. Zəkiyeva bunun səbəbinin həkimin təyin etdiyi səhv iynədə olduğunu deyir.
35 yaşlı Mayanın bir övladı var. İkinci hamiləliyində də həkimi Y. Tağıyevanın yanına yoxlanıb.
Qadına hamiləliyin 7-ci ayında əri ilə qanında rezus faktor uyğunsuzluğu olduğu üçün “İMMUNO RO 300” iynəsinin vurmalı olduğunu deyib:
“Həkim dedi ki, ya sən öləcəksən, ya uşaq. 175 manat ver, iynə gətirək. Dedi, firma gətirəcək. İMMUNO RO iynəsini bir kişi gətirdi, pulu da ona verdik. İynə vurulandan sonra şişməyə, qaşınmağa başladım. Hiss etdim ki, iynə mənə düşmədi. 2 həftə sonra getdim həkimə ki, iynədən sonra yaxşı deyiləm. Dedi, hər şey yaxşıdır, o əlamətlər keçib gedəcək.
Sonra dedi ki, sağlam uşaq istəyirsənsə, 600 manat hazırla. Dedim, imkanım yoxdur, pul vermədim.
Doğuş günü xəstəxanaya gələndə UZİ-də baxıb dedilər ki, uşaq qüsurludur, qalmayacaq. Uşaq diri doğulsa da, bir saat sonra öldü”.
Bütün hamiləliyi zamanı həkim nəzarətində olduğunu bildirən Maya xanım, körpəsinin tələfindən sonra araşdırma aparıb. Məlum olub ki, ona 175 manata satılan dərman saxta imiş:
“Həkimdən soruşdum ki, bəs 9 ay hər şey yaxşı idi, 600 versəydim uşaq qalacaqdı? Niyə uşağım tələf oldu? Dedi, sənin uşağın anadangəlmə qüsurlu idi, mənlik deyil. Mən inanmadım, özüm araşdırdım və bildim ki, o iynədən sonra mənim uşağım qüsurlu olub. Bu iynə orijinal firma yox, saxtası imiş.
Həkim körpənin ölüm kağızını belə vermədi”.

Həkim Y. Tağıyeva isə dərmanın saxta olması fikrini qəbul etmir. O iddia edir ki, həmin iynə orijinal olub və xüsusi soyuducuda saxlanılıb.
Lakin Maya xanım bildirir ki, iynə hansısa xüsusi qabda gətirilməyib. Pulu verdiyi kişi həmin dərmanı cibindən çıxararaq ona təqdim edib: “Onlar özləri də yaxşı bilirlər ki, nə ediblər. Günahlarını bilirlər. Aydın görünür ki, bu işlə sistemli şəkildə məşğul olurlar. Biz şikayət etdikdən sonra ailəmə zənglər gəlirdi ki, ərizəni geri götürüm və barışaq. Mən barışmaq istəmirəm. Övladımın haqqının yerdə qalmasını istəmirəm. O dərmanı bizə həkim gətizdirib, boynuna almır. Hələ bizi polisə də verib. Biz ondan şikayətçiyik. İşi Prokurorluq araşdırır”.
Araşdırmamıza görə “İMMUNO Ro 300” preparatı dölü qorumaq üçün rezus faktor uyğunsuzluğunda həkim tərəfindən təyin edilir. Hazırda İrandan ölkəyə bu preparatın saxta variantları qaçaqmalçılıq yolu ilə gətirilir. Həmin dərmanlar pərakəndə şəkildə ayrı-ayrı şəxslərə və bəzi apteklərə gizli şəkildə çatdırılır. Hamilə qadınlara bu dərmanlar yazıldıqda, həkim həmin şəxslərə və ya apteklərə yönəldir.
SAXTA DƏRMANI NECƏ TANIMALI?
Bu preparatın rəsmi distribüterindən Bakupost.az -a bildirildi ki, “İmmuno RO 300” inteksiyasının saxta olub-olmamasını onun qutusunda sarı rəngdə emblemin olmasından bilmək olur. Əgər qutuda belə sarı hissə varsa saxtadır. İkincisi, saxta preparat orijinaldan ucuz olur.

Xəstə də maddi baxımdan irəli düşsün deyə ucuz variantı seçir. Bu isə faciələrə gətirib çıxarır.
Çalışın, belə iynələri rəsmi dilerlərdən əldə edəsiniz, heç kimdən “əlaltından” almayın. Əgər belə İran hərfləri ilə sarı loqolu preparat almısınızsa, aidiyyəti qurumlara, qaynar xəttə zəng edib məlumat verin.
Daha ətraflı videomaterialda:
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR