Nazirin “qaz” söhbəti: BU NƏDİ BELƏ... - “Gülməlidir...”
Sosial
Oxunub: 251
27 may 2022 | 18:20
Nazirin “qaz” söhbəti: BU NƏDİ BELƏ... - “Gülməlidir...”


Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyi daxil edilib.

İclasda maliyyə naziri maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iştirak edib.

İclasda nazir Samir Şərifovun “Qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq, amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır” deyə verdiyi açıqlama ictimaiyyətin müzakirəsinə səbəb olub. İnsanlar qiymətlərin bahalığından, gəlirlərinin isə bunun əksinə az olduğundan şikayətlənir və hesab edirlər ki, nazirin bu müqayisəsi düzgün deyil. Dia.az-ın məlumatına görə, iqtisadçı ekspert Toğrul Vəliyev AYNA-ya açıqlamasında deyib ki, nazirin sözügedən bəyanı heç də təəccüblü deyil: “Çünki hökumət nominal rəqəmləri müqayisə etməyi sevir. Tarifləri müqayisə etdikdə görürük ki, bu, mümkün olan bir şeydir, burada problem yoxdur. Lakin bu müqayisə nə dərəcədə düzgündür? Məsələ bundadır. Hökumət nominal rəqəmləri müqayisə etməyi sevsə də, bu müqayisə reallığa heç nə vermir. Müqayisəni gəlirlərə nisbətdə etmək lazımdır, nəinki nominal rəqəmləri”.

“Bizdə keçən il ərzində qazın limitində bir neçə dəfə dəyişmə olub. İşığın qiyməti qaldırılıb. Bunlar əhalinin gəlirlərinə uyğun deyil. Keçən il əhalinin gəlirləri aşağı düşüb, amma qiymətlər qalxmağa davam edir. Bizdə ictimai nəqliyyat 30 qəpik, başqa ölkədə 1 avro ola bilər. Amma həmin ölkədə maaş 1500 avrodursa, bizdə 350 avrodur (700 manat) və median əmək haqqı da bundan iki dəfə azdır. Bunu nəzərə alıb müqayisə etmək lazımdır, yoxsa nominal rəqəmlərlə müqayisə aparmaq bizə nəsə qazandırmır”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin sözlərinə görə, burada təəccüblü olan məqam sözügedən açıqlamanı maliyyə nazirinin səsləndirməsidir: “Bu fikri “Azəriqaz”ın nümayəndəsi səsləndirsəydi, müəyyən qədər başa düşmək olardı. Çünki o, öz vəziyyətinə uyğun bir əsaslandırma verə bilərdi. Amma maliyyə nazirinin bu barədə danışması absurddur. Əgər bu barədə sual ünvanmışdısa, nazir bildirə bilərdi ki, qazın qiymətinin artırılmasını “Azəriqaz” əsaslandırır, qərarı da Tarif Şurası verir. Burada Maliyyə Nazirliyinin heç bir rolu yoxdur. Maliyyə naziri başqa suallara cavab verməlidir. Məsələn, niyə bizdə qazın satışında vasitəçi yaranıb? Bunun əsaslandırılması var idimi? Vasitəçinin yaranması qiymətin bahalaşması deməkdir”.

“Ümumilikdə, bu gün Azərbaycan əhalisinin gəlirini xərcləri ilə müqayisə edəsi olsaq, kommunal qiymətlərin qaldırılmasından söhbət açmaq xətalıdır. Hazırda ölkədə inflyasiya səviyyəsi çox yüksəkdir. Dövlət Statistika Komitəsi yalnız minimal əmək haqqının artımını nəzərə alaraq əhalinin gəlirlərinin artdığını göstərib. Lakin realda artım yoxdur. Xərclərin artımını, son iki-üç ilin qiymət artımını nəzərə alsaq, faktiki olaraq heç bir artımın müşahidə olunmadığını görürük. Statistika da təsdiqləyir ki, əhalinin real gəlirləri aşağı düşüb. Bu halda kommunal qiymətlərin qaldırılması barədə danışmaq gülməlidir”, - deyə Vəliyev vurğulayıb.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest