Təhsilimizdə DAHA BİR OLAY: NƏ BAŞ VERİR? - NARAZILIQ VAR!
Sosial
Oxunub: 313
27 may 2022 | 22:50
Təhsilimizdə DAHA BİR OLAY: NƏ BAŞ VERİR? - NARAZILIQ VAR!


Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızı artıq 1 aydır ki, məktəbə getmir. Bu barədə şagirdin valideynləri AzToday.az saytına etdiyi şikayətdə məlumat veriblər. İlqar Məmmədovun sözlərinə görə, övladının məktəbə getməməsinə səbəb onun direktor Çinarə Atayeva tərəfindən döyülərək şiddətə məruz qalması, telefonunun sındırılması və sinif yoldaşları arasında alçaldılmasıdır:

“Ciddi psixoloji problemləri olan direktor Çinarə Atayeva 26 aprel 2022-ci il tarixində əsəbi vəziyyətdə 9a sinfinə daxil olmuş, şagird Gülnar Məmmədliyə geyim forması ilə bağlı kobud şəkildə irad bildirərək əynindəki gödəkçəni çıxamasını tələb etmişdir. Bu zaman gödəkçənin cibində mobil telefon olduğunu gördükdə həmin telefonu vəhşicəsinə şagirddən alıb, yerə vuraraq sındırmış və Gülnar Məmmədlini bir neçə dəfə divara çırparaq təhqir etmişdir. Bununla da əsəbi soyumayan Çinarə Atayeva şagirdi otağına aparmış, pəncərənin pərdələrini və qapını içəridən bağlayaraq Gülnar Məmmədlini döyərək fiziki şiddət göstərmişdir.

Direktor Çinarə Atayeva tərəfindən törədilmiş bu vəhşilik bundan qabaq bir neçə dəfə başqa şagirdlərə qarşı da törədilib. Xəbər saytlarında bununla bağlə kifayət qədər məlumat əldə etmək mümkündür.

Baş vermiş hadisəni müvafiq dövlət orqanlarından gizlətmək məqsədilə həmin sinifin şagirdlərinə təlimat keçirilməsi barədə Çinarə Atayeva tərəfindən sinif rəhbəri Şəfaqət Balcanovaya tapşırıq verilib. Şəfaqət Balcanova tərəfindən sinfin vatsap qrupuna atdığı səs vasitəsilə şagirdlərə baş vermiş hadisəylə bağlı məlumat verməmək tapşırığı verilmişdir.

Şagird Gülnar Məmmədli artıq 1 aydır ki, psixoloji sarsıntı keçirməsi, məktəb direktoru Çinarə Atayevadan və sinif rəhbəri Şəfaqət Balcanovadan qorxduğu üçün məktəbə gedə bilmir. Şikayətdə bildirilir ki, davamlı olaraq Gülnar Məmmədlinin ailəsinə direktora yaxın şəxslər tərəfindən psixoloji təzyiqlər olunur. Şagird Gülnar Məmmədlinin intihar həddinə çatması səbəbindən ailəsi tərəfindən psixoloqa müraciət edilib.

Baş vermiş məsələ artıq araşdırılması məqsədilə Abşeron rayonunun İstintaq şöbəsinə göndərilib. Buna baxmayaraq Təhsil Nazirliyi tərəfindən həmişə olduğu kimi direktor barədə heç bir tədbir görülmür…
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR