Ekologiya nazirliyi 700 minlik avtobomil alır – Vergi borcu olan şirkətlə şübhəli müqavilə
Sosial
Oxunub: 312
24 may 2022 | 22:50
Ekologiya nazirliyi 700 minlik avtobomil alır – Vergi borcu olan şirkətlə şübhəli müqavilə


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi “UDT-Texnika” MMC və “Azərmaş Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin ümumi maliyyə dəyəri 782 217.28 AZN-dir.
“UDT-Texnika” MMC dövlət qurumunu universal tipli tam ötürücülü minik avtomobilləri və “Azərmaş Group” MMC isə tam ötürücülü bortlu yük avtomobilləri ilə təmin etməlidir. Bunun müqabilində müvafiq olaraq “UDT-Texnika” MMC-yə 473 416 AZN, “Azərmaş Group” MMC-yə isə 308 801.28 AZN ödənilməlidir.
Dövlət qurumu hər iki şirkətdən ümumilikdə 24 avtomobil alacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Azərmaş Group” MMC 24 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnanə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Adıgözəlov Rövşən Rəfaildir.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur. Maraqlıdır ki, 2019-cu ildə yaradılan şirkət artıq 1 ildən sonra iri məbləğli satınalma müsabiqələrində iştirak etməyə başlayıb.

“UDT-Texnika” MMC-yə gəlincə, şirkət 17 dekabr 2009-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 100 AZN olan MMC-nin qanuni təmsilçisi Quliyev Elsevən Əbülfət oğludur.
13 ildir faəliyyət göstərən şirkət barədə məlumatlar məhddudur. Bununla belə bəzi maraqlı faktlar var. Məsələn, mediada gedən məlumatlara görə, “UDT Texnika” MMC “Azərxalça”nın keçmiş rəhbəri, anti-korrupsiya tədbirləri çərçivəsində həbs edilən Vidadi Muradovun sevimli şirkəti olub.
Bundan başqa, şirkət 2019-cu ildə oğurluq hadisəsi ilə gündəmə gəlib. Hadisə 13 oktyabr 2019-cu il tarxidə baş verib. Şirkətin sahibi, 1980-ci il təvəllüdlü Elsevən Quliyev polisə ifadəsində naməlum şəxslərin ofisə pəncərədən girdiklərini, içində mindən çox manat və təxminən 25 min dollar olan 50×30 santimetr ölçüsündəki seyfi oğurladıqlarını bildirib.
Sonda qeyd edək ki, “UDT-Texnika” MMC-nin külli miqdarda vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 25 223.89 AZN-dir.
Reportyor.info
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
8-05-2024, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
8-05-2024, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
8-05-2024, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
8-05-2024, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
8-05-2024, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
8-05-2024, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
8-05-2024, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8-05-2024, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil