Azərbaycan təhsili imtahandan çoxdan kəsilib... - FAKT BUDUR!
Sosial
Oxunub: 242
23 may 2022 | 20:42
Azərbaycan təhsili imtahandan çoxdan kəsilib... - FAKT BUDUR!


Azərbaycan təhsilinin bitib-tükənməyən problemləri hər zaman cəmiyyətin diqqətində olub. Xüsusilə məktəb direktorlarının qıcıq doğuran, təhsil xadiminə yaraşmayan hərəkətləri sosial şəbəkələrdə və mediada geniş rezonans doğurur, ciddi təpkilər qazanır. Təəssüf ki, Təhsil nazirliyi belələrinə qarşı sərt tədbirlər görmək əvəzinə çox zaman onların əməllərini malalamaqla məşğul olur. Heç kim öz ayranına turş demədiyi kimi yəqin Təhsil nazirliyi də öz kadrlarına pis demək istəmir, onlara qahmar çıxır. Amma bu nə vaxta qədər davam edəcək və təhsilimzə vurulan böyük bir zərbə olduğu nə vaxt qəbul ediləcək?
9 May ərəfəsində 164 saylı məktəbdə şagirdlərə Rusiyanın imperiya nişanı olan Georgi lentinin paylanması cəmiyyətdə ciddi qıcıq doğurdu və sərt tənqidlərə tuş gəldi. Təhsil Nazirliyi yanında İctima Şuranın məsələ ilə bağlı verdiyi açıqlama isə başqa üzrü günahından betər xarakterlidir. Belə ki, İctimai Şuranın üzvü, deputat Etibar Əliyev sosial şəbəkə hesabında bildirib ki, şuranın üzvü olaraq belə bir açıqlamadan xəbəri yoxdur, onun fikri nəzərə alınmadan yayımlanıb.“Təhsil Nazirliyi yanında İctima Şuranın üzvü kimi ciddi narahatlıq yaradan iki məsələyə dəyərli İctimai Şura üzvlərinin münasibət bildirməsini xahiş etmişdim. Təəssüf ki, həmkarlarımın adından Təhsil nazirliyinin cavabı İctimai Şuranın açıqlaması kimi təqdim olundu. Açıqlamanın sonuncu cümləsi isə lap əntiqədir. Təhsil nazirliyinin 164 nömrəli məktəbin "Georgi lenti" açıqlamasının sonuncu cümləsi ilə eynidir. "Ağıl ağıldan üstündür" atalar misalı artıq aktuallığını itirir.
Təəssüflər olsun ki, İctima Şura adından heç bir araşdırma aparılmadan və mənimlə məsləhətləşmədən Təhsil Nazirliyinin istəyinə uyğun açıqlama verilib. Əgər rəsmi açıqlama verilirsə, mənim iştirakım niyə təmin olunmayıb? “ Göründüyü kimi Təhsil Nazirliyi baş vermiş qalmaqalı sırf ört-basdır etməklə məşğuldur. Rusiyanın imperiya maraqlarına nökərçilik edənlərin belə himayə edilməsi təhsil sistemində hansı problemlərin hökm sürdüyünün əyani sübutudur.
Millət vəkili daha sonra direktor təyinatlarında hökm sürən eybəcərliklərdən, daha çox şəxsi maraqların ön plana çəkilməsini qeyd edib : “Akrobatik sıçrayışla məktəb direktoru yerinə gətirlmə əməliyyatlarının arxasında nə durur? Bu işdə hansı qruplaşmalar mövcuddur? Orta təhsildə nə üçün bu qədər narazılıqlar mövcuddur və get-gedə dərinləşir? Məsələn, necə olur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan, əvvəllər isə iki məktəbdə direktor işləmiş bir biznesmenin bütün müavinləri "imtahan" verərək direktor təyinatı (10-dan çox) alırlar? İctimai Şura bu tip sualları Nazirliyin rəhbərliyinə verməlidir və izahat almalıdır. İctimai Şuranın varlıq fəlsəfəsi də bunu tələb edir.
Düşünürəm ki, biz İctimai Şura olaraq nöqsan və neqativlərin qarşısında durmalıyıq, bununla məşğul olanların yanında və müdafiəsində yox...”
Millət vəkilinin statusuna rəy bildirən təhsil eksperti Kamran Əsədov isə daha ciddi faktlar qeyd edib. “Təhsil Nazirliyinin SMM xidməti olan İctimai Şura tərəfindən veriəm açıqlamada qeyd olunur ki, 165 saylı orta məktəbə üç aylıq əvəzedici direktor təyin olunan 252 saylı orta məktəbin direktor müavini Ruslan Nağıyevə yüksək peşəkarlığı nəzərə alınaraq bu vəzifə həvalə olunub. Bu Təhsil Nazirliyinin SMM xidməti olan İctimai Şuradan soruşmaq istəyirəm ki, hansı peşəkarlığı? Ruslan Nağıyev Bakıda fəaliyyət göstərən 320 məktəbdə olan digər direktor müavinlərindən hansı peşəkarlığına görə fərqlənib? Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına qəbul olanda topladığı bala görə?
Məzunların 44 faizi ali məktəblərə qəbul olduğuna görə?
Yoxsa 2021-ci ildə 21 məzunun 0-100 arası bal topladığına görə?
Etibar müəllim, 2021 - ci ildə bu peşəkar müavinin işlədiyi məktəb üzrə imtahanda iştirak edən şagirdlərin 43.20%-inin (73 nəfərin) heç olmasa bir fənn üzrə ümumi balı (0-20) intervalına düşüb.
Belə başa düşürəm ki, seçim zamanı bu amillər nəzərə alınıb.”
E.Əliyevin mediada yayımlanan müsahibəsində isə direktor təyinatlarında qruplaşmaların olduğunu qeyd edib.
“Məktəb direktorlarının təyinatında qruplaşmalar mövcuddur və bu qruplaşmanın ən böyüyünün başında Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva durur ki, onun 40-a yaxın məktəb direktoru var, indi də ona hesabat (və hesab) verirlər. Hətta onun məktəb direktoru təyin etdiyi adamlar belə, digər məktəblərə direktor təyin etdirirlər. Orta təhsildə rüşvətin dərinləşməsində və təhsil mühitinin darmadağın edilməsində bu qadının müstəsna rolu var. İndiki Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva onun təlimatları əsasında işləyir və böyük bir idarəni intriqa məkanına çevirib. Heç şübhəniz olmasın ki, Məhəbbət Vəliyeva hansısa antiazərbaycan şəbəkələrinin birinin üzvüdür. Və arxasında duranı da hamı tanıyır…
Bu xanım orta məktəbdən topladığı milyonlar hesabına 2021-ci ilin sonunda Moskvada bir neçə mərtəbəli “Estetik Mərkəz” açıb. Görün vəziyyət nə həddədir ki, bu mərkəzin açılışında iştirak etmək üçün Mehriban Vəliyeva 2021-ci ilin dekabr ayında bir həftəlik məzuniyyət götürür. Sonra da rəfiqəsinin Moskvadakı obyektinin açılışına qatılır.
Bir məsələ də var. Hətta Məhəbbət Vəliyeva üçün Təhsildə İnnovativ Texnologiyalar və Əlavə Təhsil Mərkəzi deyilən bir department də yaradıblar. Bu mərkəzə heç bir əhəmiyyəti olmayan təlimlər üçün yüzminlərlə vəsaitlər köçürülür.”
Rubrika.Az saytı olaraq hörmətli millət vəkilinin qabartdığı problemlər, xüsusilə təhsil sistemində müxtəlif qruplaşmaların olması, M.Vəliyevanın hələ də təhsil sistemində əsas söz sahiblərindən biri olması, paytaxt məktəblərini idarə etməsi barəsində dəfələrlə geniş araşdırmalar təqdim etmişik. Amma nədənsə Təhsil nazirliyi hələ də xanım Vəliyevanın təhsi sistemində hegamonluğu ilə bağlı heç bir tədbir görmək istəmir. Ona olan bu “xüsusi məhəbbətin” Azərbaycan təhsilinə hansı zərbələr vurduğunu görmək üçünsə xüsusi əllaməliyə ehtiyac yoxdur. Görünən odur ki, direktor təyinatlarında xüsusi qruplaşmaların maraqları nə qədər ki, əsas götürüləcək o qədər də təhsilimiz sürətlə uçuruma yuvarlanacaq. Əgər direktor təyinatlarında şəxsi maraqlar əsas götürülürsə, onda bu imtahan oyununa nə ehtiyac var? Onsuz da Azərbaycan təhsili imtahandan çoxdan kəsilib !

Nicat Mahmudov
Rubrika.Az
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB