Ziya Məmmədovun `BADIMCAN` KORRUPSİYASI... - Hələ də HESABI SORULMUR...
Sosial
Oxunub: 267
23 may 2022 | 19:49
Ziya Məmmədovun `BADIMCAN` KORRUPSİYASI... - Hələ də HESABI SORULMUR...


Bir neçə il öncə ölkəyə “London taksi”ləri gətirilməyə başladı. O dövrdə hamı tərfifləyirdi. Hətta bəhbəhlə ölkə başçısına da təqdim etdilər. Amma bir müddət sonra, hamı başa düşməyə başladı ki, bəs bu “London taksiləri” heç də sərfəli deyilmiş. Yavaş-yavaş bu taksiləri sıradan çıxarmağa başladılar. Bu gün isə Binəqədi qəsəbəsində “London taksisi” qəbirstanlığı yaranıb. Bəli, yalnış anlamadınız, sözün əsl mənasında qəbirtsanlıq. Sınıq salxaq, sıradan çıxmış, istismara yarasız və yararlı bütün onlarla “London taksiləri” bu “qəbirstanlığa” yığılır.
“London taksiləri”nin növbəti partiyası, 2020 -ci ilə Bakıya gətirildi. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' MMC-nin sifarişi əsasında Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən 100-ə yaxın avtomobuil alınaraq Bakıya gətirildi. “London taksilərinin” qiyməti haqqında heç bir məlumat verilməsə də, “London EV”-i şirkətinin saytında qeyd edilir ki, bu model avtomobillərin qiyməti 54 690 funt-sterlinq (110 000 manat) ilə 60 695 funt-sterlinq (122 000 manat) arasında dəyişir. Dia.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, London taksilərini keçmiş Nəqliyyat Nazir Ziya Məmmədov və onun biznes ortağı “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov gətirirdi. Onlar Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün belə bir addım atdılar.

“Bildiyimə görə, o vaxt 1000 avtomobil gətirilmişdi. Sonradan Dövlət Gömrük Komitəsindən möhlət istədilər ki, avtomobillərin ölkəyə buraxılmasına və istismarına icazə verilsin, işlədikcə onların gömrük qeydiyyatından keçirilməsi həyata keçirilsin. Ancaq söz verib, aldatdılar. Yalan danışdılar. Həmin avtomobillər 2015-ci ildə keçirilən yarışlarda da istifadə olundu. Və söz verdilər ki, bundan sonra həll olunacaq. Amma yenə də həll etmədilər, Gömrük qeydiyyatını həyata keçirmədilər. Və beləcə Gömrük Komitəsi də o avtomobilləri cərimə meydançalarına yığdı ki, nə zaman qeydiyyatdan keçərilərsə, o zaman azad edilər.

Bir miqdarını qeydiyyatdan keçirmişdilər. Sonra da onları sadə vətəndaşlar da ala bildi. Yəni əvvəlki sürücülər o avtomobili 15-16 minə ala bilirdi. Alıb özəlləşdirdilər, rəngini dəyişdilər. Bir çox yeniliklər etdilər. İndi siz şəhərdə həmin avtomobillərin müxtəlif rənglərini görə bilərsiniz. Həmin avtomobillər şəxsi sayılır. İndi onlardan taksi kimi də istifadə edənlər var, şəxsi maşın kimi də” - deyə ekspert bildirib. Onun sözlərinə görə, son zamanlar Rəqəmsal İnkişaf Nazirliyi həmin avtomobillərin birçoxu ilə bağlı artıq qayda qanun yaratmağa çalışır.

“Bir müsəsisə yaradılıb. Həmin müəssisə, bu taksiləri restavrasiya və təmir edir. İçində salamatı varsa, onları təmir edib, yenidən istismara cəlb edirlər. Bu proses bir neçə aydır ki, davam edir. O taksilərin bir neçəsi də xidmətdədir. ““Bakı taksi MMC” bu işi həyata keçirir. Çox güman ki, nə qədər ələ gələn və salamat taksi varsa, onlar cari təmir işlərindən sonra normal qaydada istismar olunacaq.

O vaxt boş yerə milyonlarla vəsaiti xərclədilər. Ziya Məmmədov, bunu Hafiz Məmmədovun boynuna atdı. Hafiz Məmmədov da Ziya Məmmədovu günahlandırdı. Heç biri sahib çıxmadı və o pullar havaya sovrulmuş kimi oldu. Yəni milyonlarla pul məhv oldu, havaya getdi. Səmərəli şəkildə ondan istifadə edə bilərdilər. Çünki onların sistemli yanaşması yox idi. Nabələd insanları gətirib o sahəyə rəhbər təyin edirdilər. Onlar da nəzarət edə bilmədiklərinə görə, sürücülər o avtomobilləri bərbad günə saldılar.

İndi Binəqədi rayonunda bəzi yerlərdə görə bilərsiniz, sanki London taksilərinin qəbirstanlğı yaranıb Baxaq görək Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi nə edəcək. Düzdür, o 1000 avtomobilin hamısını ələ gətirmək mümkün deyil. Amma bir hissəsini təmir edib, istismar etmək olar” - deyə ekspert bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı “Bakı Taksi Xidməti”nə sorğu göndərdik. Cavab gələcəyi təqdirdə, sizinlə paylaşacağıq.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi