Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport biznesi: Dövlət 60 manat, rəis 150 manat qazanır
Sosial
Oxunub: 311
19 may 2022 | 20:24
Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport biznesi: Dövlət 60 manat, rəis 150 manat qazanır


Azərbaycan hakimiyyətinin tərkibinə nəzər salanda bu qənaət ortaya çıxır: bu ölkədə qeyri-adi istedada malik ailələr var. İstedad fabrikası olan bu ailələrdən çıxan hər kəs böyük dühadır və onların hər bir fərdi ən “yağlı” vəzifələrdə işləyirlər. Belə istedad fabrikalarından biri də Mehbalıyevlər ailəsidir.

Bəli, bəli, düz təxmin etdiniz, söhbət Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar Mehbalıyevi dünyaya gətirən ailədən gedir. Əgər belə olmasaydı, bu adam müstəqilliyimizi bərpa edəndən indiyədək keçirilən bütün seçkilərdə deputat seçilə bilərdimi? Bəs 1991-ci ildən bu yana Azərbaycan Həmkarlar İttifaqının sədri vəzifəsini icra etməsinə nə deyirsiniz?

Səttar Mehbalıyevin qardaşı Namiq müəllim də öz qeyri-adi istedadı ilə seçilir. Teref.az xəbər verir ki, Naxçıvan MR DİN-dəki mənbələrdən Ovqat.com-a ötürülən məlumata görə, Namiq Mehbalıyev də uzun illərdir ki, bu nazirliyin Pasport-Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edir.
Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport biznesi: Dövlət 60 manat, rəis 150 manat qazanır


"İxtiraçı" polis zabiti Namiq Mehbalıyev

Namiq müəllim istedadlılıq xüsusiyyətinə görə elə bəxtəvər şəxsiyyətlərdəndir ki, o, rəhbəri şöbəni dünyanın heç bir yerində rast gələ bilməyəcəyiniz özünəməxsus ixtiraları ilə idarə edir.

Bəs, bunu necə bacarır?

Mənbəmizin iddiasına görə, Namiq müəllim xarici pasport biznesi ilə məşğul olur. Hər gün ən azı onun şöbəsinə 100-ə qədər insan müraciət edir. Namiq müəllimin qurduğu olduqca mükəmməl sistem isə həm dövlət babanın, həm də bu istedadlı məmurun cibini doldurur. Düzdür, ixtira sahibi, dövlətdən 2.5 dəfə çox qazanır. Bu da görünür, Namiq müəllimin intellektinin gücünə görədir.

Mexanizmin detallarına gəlincə, bildirilir ki, Namiq Mehbaliyevin işçiləri vətəndaşlardan yalnız təcili pasport almağın pulunu istəyirlər: hər pasport üçün 210 manat. Amma bu “dövlət rüsumu”nun hamısı dövlətin hesabına keçirilmir. Vətəndaşlardan tələb olunur ki, “dövlət rüsumu”nun yalnız 60 manatı rəsmi hesaba, qalan 150 manat isə əlbəəl Pasport-Qeydiyyat şöbəsinin əməkdaşı Nehrəmli Ramin ləqəbli polis serjantına ödənilməlidir.

Əlbəttə ki, Nehrəmli Ramin həmin vəsaitləri iş saatından sonra Namiq müəllimin önünə qoyur. İnsafən, pulların hamısını şöbə rəisinə də çatmır. Cənab rəis həmin vəsaitdən hər ay şöbənin digər əməkdaşlarına “paket” adlanan maaş da verir: zabitlərə 150-200 manat, serjantlara 100-150 manat arası. Qalanlarını isə özü mükəmməl ixtirasının patenti kimi həzmi-rabedən keçirir. Düz də edir. Bu qədər dahiyanə mexanizm hazırlayasan, halal patentindən imtina edəsən. Harda görünüb belə sadəlövhlük?

Mənbəmiz Naxçıvan MR DİN-nin Pasport-Qeydiyyat şöbəsinin tətbiq olunan Namiq Mehbalıyev ixtirasının müştərilərə göstərilən sxemini də bizə göndərib. Buyurub, siz də o sxemin incəlikləri ilə tanış ola bilərsiniz:

Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport biznesi: Dövlət 60 manat, rəis 150 manat qazanır
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...