“AYLIQ 500 MANAT VERƏ BİLMƏDİYİM ÜÇÜN...” – Sabiq lisey direktorundan nazirə şok müraciət
Sosial
Oxunub: 258
17 may 2022 | 17:47
“AYLIQ 500 MANAT VERƏ BİLMƏDİYİM ÜÇÜN...” – Sabiq lisey direktorundan nazirə şok müraciət


"20 illik direktorluq fəaliyyətim dövründə rəhbərlik etdiyim lisey Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 330-dan cox orta ümumtəhsil məktəbi və liseylər arasında həmişə nəticə qazanmış təhsil müəssisələri sırasında olub. Yaratdığım şəffaf təhsil mühiti müəllim kollektivinin əldə etdiyi uğurların əsas səbəbidir. Nəticədə, liseyimiz BŞT-nin və Təhsil Nazirliyinin dəfələrlə “Fəxri fərman”ları və pul mükafatları ilə təltif edilib".

"AzPolitika.info" xəbər verir ki, bunları Əməkdar müəllim, 2 nömrəli Texniki-Humanitar Liseyin müəllimi və həmin liseyin 20 il direktoru olmuş Bəkir Mustafayev Təhsil naziri Emin Əmrullayevə mətbuat vasitəsilə müraciətində yazıb. B.Mustafayev qeyd edir ki, 2019/2020 tədris ilinin əvvəlində BŞTİ tərəfindən fəaliyyətinə ləkə yaxmaq cəhdləri olub və bu barədə, həmçinin Təhsil İdarəsində rüşvət və korrupsiya faktları barədə naziri məlumatlandırmaq istəyir: "Müddətli əmək müqaviləsi ilə calışan direktor müavinlərindən müqavilənin 1il artırılması üçün tələb olunan rüşvət; 65 yaş həddini keçmiş müəllimlərdən müqavilənin 1 il artırılması üçün tələb olunan rüşvət; Məktəb direktorlarının BŞTİ-yə dəvət edilərək aylıq pul tələb edilməsi…

Qarşılaşdığım bu korrupsiya faktlarına etirazıma görə BŞTİ-nin “torbatikmə” əməliyyatı ilə üzləşdim və bu barədə də Sizi məlumatlandırmaq istəyirəm”, - keçmiş direktor nazirə yazır.

B.Mustafayevin müraciətinin ardında oxuyuruq: “Cənab Nazir! Məlumatlı idim ki, BŞTİ-nin “İnsan resusları” sektorunun əməkdaşı Səbinə Səfərova məktəb direktorlarını BŞTİ-yə dəvət edərək hər ay 500 manat pul tələb edir. Təhsildə bu rəzalətə inanmırdım, amma mənə də həmin zəng gəldi, BŞTİ-ə dəvət edildim. Faktın doğruluğunun təsdiqi ücün əvvəlcədən maaşımdan 500 manat pul ayırıb konvertdə saxlamışdım. Səbinə Səfərova “yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini və hec kimdən qorxmadığınl deyib, hər ay 500 manat verməyimi tələb etdi. Mən 500 manatı Səbinə Səfərovaya verdim. Növbəti ay o başqa məktəb direktorlarının vaxtında gəldiyini dedi, mənim gecikməyimə iradını bildirdi. Mən BŞTİ-ə gələrək "Səbinə Səfərova, xalanız oğluna (R.Tağıyevə) çatdırın ki, Bəkir müəllim nə kimdənsə pul alır, nə də kiməsə də pul vermir”, deyərək etiraz etdim…"

Bəkir Musatafayev daha sonra Təhsil nazirinə suallar ünvanlayıb: "BŞTİ-nin müdiri bu rüsvaycılığı bilirdisə, niyə qarşısını almırdı? BŞTİ-nin “Daxili nəzarət” sektorunun müdiri Sərxan Rzayev ən azından kar və kor olmalı idi ki, bu rüsvayçılıqdan xəbərdar olmasın...

Cənab nazir, 2020/2021-ci tədris ilinin əvvəlində BŞTİ-ə iki məktubla direktor müavini N.Şıxəliyevanın və 65 yaş həddini keçmiş Əməkdar müəllim S.Bədəlovanın müddətli əmək müqaviləsinin bir il artırılması barədə müraciət etmişəm. Dərs ilinin başlanmasına az vaxt qalsa da məktubun cavabı gəlmədi və səbəbini Səbinə Səfərovadan soruşdum. Hər birindən 1000 manat rüşvət tələb etdi. N.Şıxəliyeva razılaşdığı üçün müqaviləsi bir il artırıldı. Əməkdar müəllim S.Bədəlova isə təhsildən uzaqlaşdırıldı.

35 illik pedaqoji fəaliyyətim dövründə rastlaşmadığım rəzalətin şahidi oldum. Əməkdar müəllimdən əmək müqaviləsinin bir il artırılması üçün 1000 manat tələb etmək xalqa, təhsilə və gələcəyimizə qarşı xəyanətdir! Bu rəzalətə etirazıma BŞTİ-dən adekvat cavab gecikmədi. İdarənin müdiri R.Tağıyev tərəfindən “Daxili nəzarət” sektoruna tapşırıq verildi ki, B.Mustafayev təhsildən uzaqlaşdırılmalıdır. Sektoru müdiri Sərxan Rzayev bu “işi” öz əməkdaşı Bakir Məmmədova tapşırır. B. Məmmədov isə 70 saylı məktəb liseyin diektorundan bir nəfər yaxşı oxuyan VI sinif şagirdinin "şəxsi işi"ni BŞTİ-ə gətirməyi xahiş edir. Qeyd edim ki, şagirdin “şəxsi işi”ni ancaq onun valideynləri götürə bilər. Bakir Məmmədov əlaltısı Samir adlı birindən konvertdə 800 manat və həmin “şəxsi işi” verərək şagirdin dayısı kimi özünü təqdim edib, pul qarşılığında müsabiqəsiz onu liseyə qəbul etdirməyi tapşırır. Həmin “dayı” isə liseyə gələrək direktor müavini N.Şıxəliyevanın liseyin direktoru olduğunu zənn edərək pulu və sənədləri ona verir və beləliklə B.Məmmədovun “torbatikmə” əməliyyatı bitir. B.Məmmədov isə Samirə “torbatikmə” əməliyyatının səhv icra edildiyini bildirib. Samir bir necə gündən sonra liseyə yenidən gələrək ”ailələrində rəhmətə gedən olduğu üçün həmin şagirdin liseyə gəlib-getməsi çətinləşib”, deyərək 800 manatın və “şəxsi iş”in geri qaytarılmasını tələb edir. Günün sonunda bu ssenarinin mənim üçün hazırlandığını bildim. Həmin şagirdin “Şagird-məzun” sistemindən şəxsi məlumatlarını əldə edərək doğma dayısı ilə görüşdüm. O, ailədə rəhmətə gedən olmadığını və həmin şagirdin liseydə təhsil alması barədə planlarının olmadığını bildirdi. Baş verənləri BŞTİ-nin "Daxili nəzarət" sektorun əməkdaşı Nazim Bağırova bildirdim. Mən, direktor müavinləri və lobarant ifadələr versək də, iş məharətlə ört-basdır edildi".

Əməkdar müəllim daha sonra qeyd edir ki, İdarənin "Daxili nəzarət" sektorunun əməkdaşı Bakir Məmmədovun əmək fəaliyyətini araşdırıb: “Əvvəl işlədiyi polis orqanından qovulmuş, pedaqoji fəaliyyətdən xəbərsiz, maşın bazarında alverçi olan bu ... (Kobud ifadə işlədilir-red.) BŞTİ-də necə işlə təmin olunması sual doğurur. Qeyd edim ki, B.Məmmədovun “torbatikmə” əməliyyatı baş tutmadığına görə bu işin davamı Nazim Bağırova tapşırılıb. 35 illik pedaqoji fəaliyyətimdə rastlaşmadığım növbəti rüsvayçılıqla üzləşdim. Sentyabrın 25-də liseyə komissiya göndərildi, əlbəttə, məqsəd məlumdur. Bundan əvvəl BŞTİ-nin müdiri R.Tağıyevdən baş verənlərin səbəbini öyrənmək üçün üç dəfə məni qəbul etməsini xahiş etsəm də, hər dəfə pandemiyanı bəhanə edərək imtina etdi. Daha sonra “Aylıq 500 manat verə bilmədiyim üçün məni lisey direktoru vəzifəsindən azad edin” məzmunlu ərizə yazaraq, katibədən ona çatdırmağı xahiş etdim".

Keçmiş direktor müraciətində yazır ki, ərizənin cavabı olaraq növbəti riyakarlığın şahidi olub: "“Daxili nəzarət” sektorunun əməkdaşı N.Bağırov tərəfindən liseydə aparılmış məqsədli yoxlamanın qərəzli hazırlandığını bildirərək rədd etmişəm. Qeyd edim ki, BŞTİ-də təsvir etdiyim rüsvayçı əməlləri təşkil edən, rüşvət və korrupsiya faktlarını bilərəkdən gizlədən sektor müdiri Sərxan Rzayev “səmərəli fəaliyyətinə” görə Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub. BŞTİ-nin “Daxili nəzarət” sektoru “aylıq verməyən məktəb direktorlarına nəzarət” funksiyasını yerinə yetirir".

Əməkdar müəllim əlavə edir ki, nazirlə görüşmək istəsə də, hər dəfə müxtəlif səbəblər gətirilərək rədd edilib: "Sonuncu dəfə “Asan radio"da çıxışınızda telefon əlaqəsi yaradaraq məni qəbul etməyinizi xahiş etdim. Qəbul edəcəyinizi bildirsəniz də, bir məlumat almadım.

Cənab nazir! Xahiş edirəm, məni fərdi qəbul edəsiniz. Əminəm ki, bu görüşün Sizə faydası itirəcəyiniz zamandan qat-qat artıq olacaq..."

B.Mustafayevin bu ittihamları ilə bağlı BŞTİ-nin mövqeyini öyrənməyə çalışacağıq.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest