Həmid Həsənov: 2003-cü ildə xalqın etimadını qazanan Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etdi
Sosial
Oxunub: 1 421
13 may 2022 | 10:13
Həmid Həsənov: 2003-cü ildə xalqın etimadını qazanan Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etdi


Xaçmaz şəhəri polis şöbəsinin rəisi Həmid Həsənov - 2003-cü ildə Azərbaycanın milli dövlətçilik tarixində yeni bir başlanğıcın əsası qoyuldu. Azərbaycan xalqı həmin gün öz müdrikliyini, dövlətçilik dəyərlərinə sadiqliyini və qədirbilənliyini növbəti dəfə sübuta yetirdi. Dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik yolunun davamına, inkişaf siyasətinə, sabitliyə, əmin-amanlığa dəstək olaraq Azərbaycanın taleyini əmin əllərə etibar etdi.

O zaman ölkənin gələcək taleyi ilə bağlı Ümummilli liderin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində belə deyilirdi: "İlham Əliyev, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli zaman bu çağırışın, bu ümidin hər məqamını sübuta yetirdi. Cənab İlham Əliyev ölkənin taleyini ona etibar etmiş milyonlarca insanla çiyin-çiyinə Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə çatdırdı.

Cənab Prezident ilk dəfə ona etimad göstərilərkən çıxışı zamanı söylədiyi “ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm” vədi öz təsdiqini tapdı.

Birmənalı şəkildə demək lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan xalqı öz seçimində yanılmadı. Məhz cənab Prezidentin göstərdiyi əzmkarlıq, apardığı daxili siyasət, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi yönümündə atdığı addımlar, eyni zamanda Azərbaycanın maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasət və ən əsası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kimi gördüyü işlər əminliklə demək olar ki, qətiyyətli, sanballı, ölçülüb-biçilmiş tədbirlər, səmərəli atılımış addımlar oldu.

Xüsusi qeyd etmək yerinə düşər ki, cənab İlham Əliyev bacarıqlı dövlət rəhbəri olmaqla yanaşı, öz sadəliyi, təvazükarlığı, səmimiliyi ilə insanların geniş hörmət və məhəbbətini qazanmışdır. Azərbaycana bilavasitə rəhbərlik etdiyi illər ərzində İlham Əliyev xalqın sevimlisinə, onun dayağına çevrilmişdir.

Bu gün istər daxildə, istərsə də xaricdə Azərbaycanın təminatlı gələcəyi, onun uğurları məhz Prezident İlham Əliyevin adı ilə bağlanır.

Ölkə başçısının vətənin gələcəyi ilə bağlı arzuları, hədəfləri hər bir azərbaycanlı üçün reallığa çevrildi. "Qarabağ Azərbaycandır!” çağırışı milyonları İlham Əliyev siyasi kursu ətrafında daha sıx səfərbər etdi.

Çox qürurverici andır ki, bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq bu ğun bununla bağlı genişmiqyaslı və sistemli şəkildə işlər aparılır.

Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir.

Zaman-zaman respublikamızın digər rayonlarına səfər etdiyi kimi, bu gun artıq ölkə başçısı azad nəfəs alan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür.

Məhz may ayının 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək yenidən Füzuli və Şuşaya səfəri bir daha göstərdi ki, "Bu gün Qarabağ dirçəlir. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq öz qaydasındadır və hər gün də inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur.

Füzuli və Şuşada görülən işlər, həyata keçirilən layihələr bir daha Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Bu da o deməkdir ki, qısa zaman ərzində azad edilmiş bütün torpaqları bərpa edəcəyik Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır.

Ümumi olaraq dövlət başçımızın dediyi kimi: “Bu gün biz azad edilmiş torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər