Azərbaycandakı özəl məktəblərdə təhsil haqqı niyə bu qədər yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Sosial
Oxunub: 249
7 may 2022 | 12:15
Azərbaycandakı özəl məktəblərdə təhsil haqqı niyə bu qədər yüksəkdir? - HƏQİQƏTƏN DƏ...


Dövlət 400-500 yerlik binanı icarə haqqı olmadan təklif edərsə, 100 şagirdin bütün xərcini üzərimizə götürüb, ödənişsiz özəl təhsil verə bilərik.
Bunu Azərbaycanda tanınan özəl məktəblərdən birinin rəhbəri olan Şamil Sadiq deyib. Özəl məktəblərin ortalama illik təhsil haqlarının 6-8 min manat civarında dəyişdiyini deyən Ş.Sadiqin sözlərinə görə, 5-6 min kvadratmetrlik bir məktəb binası üçün illik icarə haqqı 500 min manatdan yuxarıdır.
"Bunun qarşılığında valideynlər bildirir ki, illik təhsil haqqının 6-7 min olması yüksəkdir", - direktor deyib.
O bildirir ki, tək uşağın illik təhsilinin maya dəyəri təqribən 6 min manata başa gəlir. Bu, hələ minimal xərcdir.
"Hələlik valideynlərdə təhsilə pul xərcləmək mədəniyyəti formalaşmayıb", - məktəb rəhbəri deyib.
Azərbaycanda özəl təhsil sahəsində yaranan problemlərdən bəhs edən təhsil eksperti Elşən Qafarov deyir ki, qanunvericiliyə görə ölkədə dövlət, özəl təhsil müəssisələri ilə yanaşı bələdiyyə təhsil müəssisələri də olmalıdır. Lakin Azərbaycanda bələdiyyə təhsil müəssisəsləri yoxdur.
"Qardaş Türkiyədə hər bir bələdiyyənin metrosu, ictimai nəqliyyatı var. Lakin Azərbaycanda bələdiyyə institutları inkişaf etməyib. Ölkədə bələdiyyə institutlarını inkişaf etdirmək, onlara şərait yaratmaq lazımdır", - ekspert deyib.
Özəl və dövlət təhsil müəssisələri arasındakı fərqdən danışan mütəxəssis bildirir ki, ödənişli müəssisələrdə təhsil daha yüksək səviyyədədir. Bunun səbəbi onunla bağlı deyil ki, özəl təhsil müəssisələrində çalışan müəllimlər dövlət təhsil müəssisələrində çalışanlardan daha peşəkardır.
O qeyd edir ki, dövlət təhsil müəssisələrində ölkədə təhsilə görə adambaşına düşən xərc 100 manat civarındadır. Özəllərdə isə illik ödəniş təxminən 5 min manatdan başlayır. Yəni bu o deməkdir ki, özəl məktəblərdə təhsilin səviyyəsi dövlət müəssisələri ilə müqayisədə dəfələrlə yüksəkdir".
E.Qafarovun sözlərinə gröə, dövlət özəl təhsil müəssisəslərinin işini təşviq edir, onlara güzəştli kreditlər verilir. Hazırda da özəl məktəblər vergiləri 5 faizdən başlayaraq verilir. Bununla belə o düşünür ki, istənilən halda özəl təhsil müəssisələri dövlətdən asılı olmamalıdır.
Mütəxəssisin fikrincə, dövlət daha da yumşaldılmış və müddəti daha da uzun olan kredit siyasətini tətbiq edə bilər ki, yeni infrastrukturlar yaradılsın, təhsil müəssisəsi üçün binalar inşa edilsin: "Özəl təhsil sektorun inkişafı üçün 2-3, yaxud da elə 1 faiz olmaqla uzunmüddətli kreditlər vermək olar. Çünki bir məktəbin tikintisi ən yaxşı halda 1,5-2 milyon manata başa gəlir".
E.Qafarov bildirir ki, özəl təhsil müəssisələri aylıq 30-40 min manatdan başlayan icarə haqqı ödəyirlər. Lakin ölkədə təhsil haqqının yuxarı olmasının tək səbəbi bu deyil.
"Ölkədə tam orta məktəb səviyyəsində oturuşmuş qiymətlər var. Elə sahibkarlar var ki, bina özünə məxsus olsa da, aylıq icarə haqqı ödəyənlərlə eyni məbləğdə illik təhsil haqqı tətbiq edir. Məsələn, SOCAR-ın məktəblərində təhsil haqqı 17-18 min manatdan başlayır. Bu məktəblər sanki öz aralarında yazılmamış qayda-qanun tərtib ediblər ki, qiymətlər bu qədər olsun", - E.Qafarov deyib.
Azərbaycandakı özəl məktəblərdə ibtidai siniflərə görə illik təhsil haqqı 3500-16 min manat arasında dəyişir. Yuxarı siniflər üzrə isə bu məbləğ 5-16 min manat arasındadır. //sputnik.az//
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var