Deputatlar da narazıdır:Təqaüd almağa ömür çatacaq? - HƏQİQƏTƏN DƏ...
Sosial
Oxunub: 379
7 may 2022 | 17:45
Deputatlar da narazıdır:Təqaüd almağa ömür çatacaq? - HƏQİQƏTƏN DƏ...


Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

İclasda çıxışı zamanı bəzi deputatlar pensiya yaşının aşağı salınması təklif edib. Millət vəkilləri qeyd ediblər ki, pensiya yaşı ilə bağlı indiki sistem Azərbaycan ücün uygun deyil.

Qeyd edək ki, son vaxtlar aktual məsələlərdən biri də pensiya yaşının aşağı salınmasıdır. Bu istiqamətdə davamlı olaraq vətəndaşlar tərəfindən etirazlar səslənsə də, hələ bu sahədə dəyişiklik edilməyib. Azərbaycanda vətəndaşların 65 yaşı tamam olduqdan sonra pensiya almaq hüququ yaranır.

Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq müəyyənləşdirilir. 1 iyul 2020-ci ildən etibarən kişilərə 65 yaşı tamam olduqdan sonra əmək pensiyası təyin olunur. Qadınlara isə tərtib olunan qrafikə uyğun şəkildə hazırda 62.6 yaşında təqaüd təyin edilir. Hər il bu müddət 6 ay artırılır və beləliklə, 2026-ci ildə qadınlar da kişilərlə bərabər 65 yaşları tamam olduqdan sonra pensiya ala biləcəklər.

Rəsmi statistikaya görə, Azərbaycanda orta ömür 75,8 ildir. Hökumətin yanaşmasına əsasən, orta hesabla vətəndaş təqaüdə çıxdıqdan sonra 12 il pensiya ala bilər. Bu da beynəlxalq standartlara uyğundur.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, ən son statisitkaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir. Azərbaycana gəldikdə, ekspert bu sahədə vəziyyətin çox kritik olduğunu deyir.

R.Ağayev 2019-cu ilin nəticələrinə görə bütün ölümlərin 41%-nin 65 yaşa qədər baş verdiyini vurğulayıb:

“1990-2005-ci illərdə bu statistika xeyli yaxşılaşıb və 15 il ərzində 58%-dən 38%-ə düşsə də, 2006-cı ildən sonra 65 yaşa qədər ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb”.

Ekspert qadın və kişilər üzrə bu göstəricinin əhəmiyyətli dərəcədə fərqləndiyini söyləyib:

“1990-2005-ci illərdə kişilər arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 68%-dən 47%-ə ensə də, 2019-cu ildə 50%-ə yüksəlib. Yəni vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir. Qadınlar üzrə nəticə belədir: 1990-2005-ci illərdə qadınlar arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 46%-dən 29%-ə enib. Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb və 2019-cu ildə də 30% təşkil edib. Yəni hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu, kişilər üzrə göstəricidən az qala iki dəfə yüksəkdir”.

İqtisadçının sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrin əksəriyyətində pensiya yaşı 65-dir:

“Hətta Fransada ötən bir ilə qədər dəyişməyibsə, qadınların pensiya almaq hüququ 62 yaşdan yaranır. Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir. Göründüyü kimi, insanların əksəriyyəti uzunömürlü olsalar da, dövlət pensiya yaşını artırmır. Azərbaycanda isə əksinədir. Kişilərin erkən ölümü daha çoxdur, qadınlarla müqayisədə təxminən iki dəfə artıqddır. Hesab edirəm ki, real statistik göstəriciləri nəzərə alıb, pensiya yaşını mütləq aşağı salmaq lazımdır”.

Ekspert bildirib ki, beynəlxalq standartlara görə, pensiya yaşı ilə orta ömür arasında minimum 12 il vaxt olmalıdır:“Bu rəqəmdən çıxış etsək, Azərbaycanda orta ömür uzunluğu 77-78 yaş olmalıdır”. Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, təqaüd yaşının artırılması ilə bağlı verilmiş qərar yalnış idi:

“O zaman beynəlxalq, daha çox Avropa ölkələrinin təcrübəsinə istinadən belə bir qərarın verildiyi söylənilirdi. Ancaq nəzərə almaq lazımdır ki, Avropa ölkələrində demoqrafik və orta ömürlük yaşı ilə bağlı vəziyyət Azərbaycandan kəskin fərqlənir. Orada demoqrafik artım aşağı səviyyədə olduğundan, daha çox yaşlı insanların əmək fəaliyyətinə iş yerləri boş qalmasın deyə ehtiyac yaranır. Ona görə də Avropa ölkələrinin bir çoxunda 2000-ci ildən başlayaraq belə bir tendensiya müşahidə olunurdu. Azərbaycanda isə demoqrafik təzyiq yoxdur, əhalinin əksəriyyəti gənc nüfuzdur. Orta ömür yaşı Avropadan daha aşağı oduğundan, bizdə təqaüd yaşının artırılmasına elə bir ehtiyac yox idi. Təəssüf ki, o zaman belə bir yalnış qərar verildi”.

Ekspertin sözlərinə görə, indi yenidən kişilər üçün 63, qadınlar üçün isə 60 yaş vəziyyətinə geri qayıtmaq gündəmə gəlib:

“Azərbaycanın indiki reallığında bu mümkündür. Sadəcə bizdə müxtəlif spesifik problemlər də var. Məsələn, Avropa ölkələrində təqaüd yaşının qaldırılmasına böyük etirazlar var idi. Bizdə isə bununla bağlı cəmiyyətdə ciddi etiraz da olmadı. Çünki əhalinin böyük bir qismi təqaüdə çıxmaq istəmir. Yəni təqaüd yaşına çatsa belə, daha çox çalışmağa üstünlük verir. Çünki maaşları təqaüddən daha yüksəkdir. Çalışarkən həm də müəyyən əlavə dividentlər qazanırlar. Məsələn, həkimlər, müəllimlər, dövlət qulluqçuları olsun, fərqi yoxdur. İş fəaliyyəti müxtəlif səbəblərdən əlavə gəlir mənbəyinə də çevrilir.

Ona görə bizdə bəzi insanlar təqaüdə daha gec çıxmağa can atırlar. Bu da ondan irəli gəlir ki, bizdə təqaüdlərin məbləği çox aşağıdır. Vətəndaşlar seçməlidirlər, əgər çalışmaq istəyirlərsə bu imkanlar da yaradılmalıdır. Ümumilikdə Azərbaycanda təqaüd sisteminin yenidən dizayn edilməsinə də ehtiyac var. Bizdə özəl təqaüd fondları yaradılmalıdır, müəyyən rəqabətli mühit olmalıdır.

Təəssüf ki, ancaq dövlətin, Dövlət Sosial Müdafiə Fondunun dominantlığı var. Rəqabətsizlik mühiti var, ona görə də vətəndaşların seçim imkanı yoxdur. Bu mənada bizdə əgər təqaüd sistemində yenidən dəyişiklik olacaqsa, müasir qaydalara uyğun, rəqabətli mühiti özündə ehtiva edən, özəl təqaüd fondlarının yaranmasının qarşısında olan əngəlləri qaldıran yeni bir qanunvericilik aktına, təkliflərinə ehtiyac var”.
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib