“İcra hakimiyyəti institutu özünü doğrultmur və fəaliyyətinə xitam verilməlidir” - ÇAĞIRIŞ
Sosial
Oxunub: 229
6 may 2022 | 17:26
“İcra hakimiyyəti institutu özünü doğrultmur və fəaliyyətinə xitam verilməlidir” - ÇAĞIRIŞ


Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bəyan edib ki, Qarabağda və Şuşada sınaqdan keçirilən təcrübədən digər regionlarda da istifadə olunacaq. Dövlət başçısı vurğulayıb ki, digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək: “Onların hələlik təyin edilməməsinin səbəbi orada hələ ki, fəal yerləşmə prosesinin aparılmaması ilə əlaqədardır, amma bu da olacaq. Biz, bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, hərtərəfli düşünülməyib”.

“Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib”, - deyən İlham Əliyev əlavə edib ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Dia.az-ın məlumatına görə, Milli Məclisin deputatı, Nəsimi və Balakən rayonlarının sabiq icra başçısı Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Prezidentin ADA Universitetində çıxışı zamanı söylədiyi fikirlər geniş ictimaiyyətin marağına səbəb olub: “Dövlət başçısı Azərbaycanın xarici siyasəti, 44 günlük Vətən müharibəsi zamanı ortaya çıxan reallıqlar, idarəetmədə həyata keçirilən islahatlar və ölkənin iqtisadi imkanları ilə bağlı çox mühüm mesajlar verdi. Kifayət qədər praqmatik, rasional çıxış idi. Məlumdur ki, Prezidentin sərəncamı ilə Qarabağda və Şuşada xüsusi nümayəndəlik institutu təsis edilib. Bu nümayəndəliklər işğaldan azad olunan ərazilərdə idarəetməyə cavabdeh olmaqla yanaşı, bu ərazilərin yenidən qurulmasına məsuldur”.

“Baxmayaraq ki, qısa müddətdir fəaliyyətə başlayıblar, kifayət qədər uğurlu nəticələr əldə olunub. Digər yandan bəzi yerli icra strukturlarının rəhbərləri tərəfindən bir çox cinayətlərə yol verilib. Bu mənada cənab Prezidentin də qeyd etdiyi kimi, digər regionlarda da anoloji təcrübədən istifadə olunmasına ciddi ehtiyac var”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, belə bir dəyişiklik üçün Konstitusiya referendumunun keçirilməsinə ehtiyac yoxdur: “Çünki bu, bilavasitə Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Bilirsiniz ki, bir müddət öncə Azərbaycanda yeni iqtisadi rayonlar yaradıldı. Bu iqtisadi rayonların bazasında müxtəlif əyalətlər formalaşdırıla bilər. Bu əyalətlərin hər biri üzrə isə Prezidentin xüsusi nümayəndələri təyin edilə bilər. Həmin xüsusi nümayəndələrin hər bir rayon üzrə vəkilləri fəaliyyət göstərə bilər”.

“Şübhəsiz ki, bu məsələ dövlət rəhbərliyi səviyyəsində müzakirə mövzusudur və cənab Prezidentin söylədiyi fikirlər də bunun bariz nümunəsidir. Mövcud şəraitdə güc strukturları istisna olmaqla, digər mərkəzi icra hakimiyyəti orqanları onsuz da regional təmsilçilik formasında fəaliyyət göstərir. Eyni zamanda bələdiyyələrin sayının azaldılmasına, kommunal və təsərrüfat sahələrinin onların fəaliyyət sferasına aid edilməsinə ehtiyac var. Hesab edirəm ki, ölkə boyu bələdiyyələrin sayı 500 həddini keçməməlidir. Lakin bu, bir təklfdir və yekun qərar aidiyyəti qurumlar verəcək”, - deyə Məhəməliyev söyləyibş

Əlavə edib ki, ölkə boyu davam edən islahatlar bu sahədən də yan ötməyəcək: “Son dövrlər Azərbaycanda kompleks və institusional islahatlar həyata keçirilir. Bu islahatlar hakimiyyətin müxtəlif qolları ilə yanaşı, bütün sahələri əhatə edir. İslahatların əsas məqsədi isə cənab Prezidentin də söylədiyi kimi, idarəetmədə şəffaflığa nail olmaq və yeni nəfəs gətirməkdir. Şübhəsiz ki, biz yaxın gələcəkdə bu istiqamətdə də mühüm yeniliklərin şahidi olacağıq”.

ReAL partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində deyib ki, yeni idarəetmə formasının təsis olunmasına və Konstitusiya islahatlarına zərurət yaranıb: “Prezident İlham Əliyev ADA Universitetində çıxışı zamanı bir çox mətləblərə aydınlıq gətirdi. Qeyd edim ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə yeni reallıqlar yaradıb. Bu reallıqlar Azərbaycan Respublikasının Konstitusiyasına da müəyyən dəyişiklikləri qaçılmaz edir. Eyni zamanda idarəetmədə şəffaflığa nail olmaq baxımından da bu dəyişikliklər labüddür”.

“Çox müsbət məqamdır ki, artıq ölkə başçısı tərəfindən bu məsələ gündəmə gətirilir. Prezidentin də söylədiyi kimi, icra hakimiyyəti institutu özünü doğrultmayıb və onların fəaliyyətinə xitam verilməlidir. Çünki bu qurumlar Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi postunun varisi olaraq yaradılıb. Mövcud şəraitdə isə onların fəaliyyətinə ehtiyac yoxdur. İllərdir biz bu istiqamətdə təkliflər veririk və artıq dövlət rəhbərliyi səviyyəsində də buna zərurət olduğu etiraf olunur”, - deyə müsahibimiz vurğulayıb.

Onun fikrincə, təkcə yerli icra hakimiyyətləri ilə bağlı deyil deyil, bütün istiqamətlər üzrə idarəetmə islahatlarına ehtiyac var: “2013-cü ildən başlayaraq ölkədə ərazi idarə edilməsinin yeni mərhələyə keçməsinin vacibliyini, “El və Oba” sisteminin tədbiqini təklif etmişik. Sonra təkliflərimizi təkmilləşdirərək, iri iqtisadi rayonların yaradılmasının vacibliyini vurğulamışıq. Rayonların iri iqtisadi regionlarda birləşdirilməsini, yerli icra hakimiyyəti institutlarının ləğvini, yerli özünüidarənin gücləndirilməsini, mer seçkilərinin təşkilini dəfələrlə gündəmə gətirdik”.

“Prezident işğaldan azad edilmiş torpaqlarımızda yeni idarəçilik sisteminin yaradılması ilə bağlı fərman verib. Məncə, bu, yeni islahatların ilk işarəsi idi. Çox güman, növbəti addım Konstitutsiya dəyişikliyi olacaq. Bu məsələ artıq yetişib, yeni “ictimai sazişə”, yeni idarəçilik modelinə ehtiyac var. İqtisadiyyatda atılan addımlar, idarəetmə sisteminin dəyişməsi baş verməsə, ədalətli məhkəmə sistemi yaranmasa, müsbət nəticə verə bilməz”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest