Kənd təsərrüfatına ayrılan subsidiyalar hara gedir? = Milyonıar yoxa çıxır....İDDİA
Sosial
Oxunub: 350
6 may 2022 | 20:24
Kənd təsərrüfatına ayrılan subsidiyalar hara gedir? = Milyonıar yoxa çıxır....İDDİA


Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin ötən ay keçirilən iclasında "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında" hesabatının müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədovun may ayında kənd təsərrüfatına ayrılan subsidiyaların auditinin aparılacağını deməsi, aidiyyatı qurumları hərəkətə gətirib. Çünki milyon manatlarla dövlət vəsaitinin ayrıldığı bu sahədə mənimsənilmə faktının aşkarlana biləcəyi istisna edilmir. Teref.az FAKTİNFO.AZ saytına istinadla xəbər verir ki, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinə ayrılan subsidiyaların auditini aparan zaman 2 istiqamət üzrə faktları aşkarlaya bilər. Bunlardan birincisi dövlət reyestrindən keçən hüquqi və fiziki şəxs olan toxumçulara verilən subsidiyalarıdırsa, digəri DAİM-lərin hesabladıqları əkin subsidiyalarıdır. Hər iki xətlə aparılan və dövlət tərəfindən subsidiya üçün verilən vəsaitlərin hesablanılmasından son illərə qədər yazılıb. Burada şəffaflığın hələ də qeyri-qənaətbəxş olmasına, yoxlamalar zamanı aşkarlanan faktların tərəflərinə toxunulub.

Faktinfo.az saytına danışan kənd təsərrüfatı mütəxəssisi bildirir ki, böyük toxumçuluq sahələri olan fermerlərə subsidiyalar verilir. KTN-yə tabe Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi elektron qaydada satışlar aparır.Bildirilir ki, istənilən toxumçu fermer istehsal etdiyi 50 ton sertifikatlı toxumu satmalıdır. Elektron satış zamanı 50 ton sertifikatlı toxumu 300-400 ton da etmək mümkün ola bilir. Çünki gedib yerlərdə əkilmiş sahələri yoxlayan heç kim yoxdur. Guya toxumçu 50 ton deyil, 300-400 ton sertifikatlı toxum istehsal edib və satıb.

Nəzərə alsaq ki, toxum istehsal edən fermerlərə subsidiya verilir, onda onların ikitərəfli sövdələşməyə getmələri mümkündür. Buraya torpaq sahəsinin çoxluğu, əldə edilən məhsulun sentnerinin yüksək göstərilməsi və bir neçə amili şamil etmək olar. Bütün bunlar dövlət tərəfindən ayrılan və mənimsənilmə ehtimalı çox yüksək olan milyon manatların ört-basdır edilməsinə kömək edən səbəblərdir.

Digər tərəfdən, Nazirlər Kabinetinin qərarı var ki, sertifikatlaşdırma dövlət rüsumundan azaddır. Amma KTN hər bir alınan sertifikata uyğunluq sertifikatı deyilən yanaşma da tətbiq edir. Düzdür, buna ad qoyulub ki, uyğunluq sertifikatı almaq könüllüdür.Lakin istənilən növ kənd təsərrüfatı məhsulu istehsal edən, o cümlədən toxumçu fermer hər 30 ton məhsula qədər uyğunluq sertifikatı almaq üçün 118 manat pul ödəmək məcburiyyətindədir. Əgər fermer 300 ton məhsul istehsal edirsə, 1 deyil, 10 uyğunluq sertifikatı almaq üçün 1800 manat ödəməlidir. Bu kimi amillər də kənd təsərrüfatı məhsulunun maya dəyərinin baha başa gəlməsinə, bu sahəyə marağı tədricən azaltmağa xidmət edən lazımsız yanaşmadır. Könüllülük prinsipi ilə ortaya atılan bu "əməliyyatı" isə dövlətə aid olmayan MMC həyata keçirir. MMC-nin hesab nömrəsi fermerlərə verilir və hamı bir nəfər kimi pulu həmin hesaba ödəyir.

Nəzərə alsaq ki, minlərlə sertifikatlı məhsul istehsal edən fermer var, onlar istehsal etdikləri məhsulun hər 30 tonuna 118 manat ödəyir, ünvanı bəlli olmayan milyonların aqibətini təsəvvür etmək elə də çətin deyil.

Subsidiyalaşmanın ikinci istiqaməti əkin subsidiyasıdır. Faktinfo.az saytı bildirir ki, rayonlarda bu mərhələnin rəsmiləşdirilməsini Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) aparır. Əvvəlki adı Kənd Təsərrüfatı İdarələri olan mərkəzlərin işində köhnə mahiyyət qalıb. Rayonlarda subsidiya mənimsəmək üçün yazlıq, payızlıq əkin yazıb qeydiyyata almaq, əkilmiş ərazinin həcmini şişirtmək mümkündür. Buğda, arpadan sonra ,payızlıq əkin kimi qarğıdalı bitkisini "rəsmiləşdirmək" ümumiyyətlə iki vur ikidir.

Beləliklə, anlaşılmaz və sübuta ehtiyacı olan faktları ortaya çıxarmaq üçün isə mütəxəssislərdən ibarət komissiya yaratmaq vacibliyi var. Nümayəndə heyyəti toxumçu fermerlərə və DAİM-in xətti ilə əkin subsidiyalarına ayrılan vəsaitin dəqiqliyini təmin etmək üçün CPRS üzrə yoxlama aparmalıdır. Yəni rəsmiyyətdə olan elektron sistemdə əkin sahələrinin koordinatlarını əldə etdikdən sonra, yerlərdə tutuşdurmalar həyata keçirilməlidir. Bu tutuşdurmada uyğunlaşmanın olub-olmadığını dəqiqləşdirmək mümkündür.

Onda toxumçu fermerə də, əkin subsidiyasına da ayrılan dövlət vəsaitinin hər iki istiqamət üzrə neçə milyon manat mənimsənildiyi dəqiq məlum olar. Bunu isə bir halda-buğda və arpa biçinindən gec olmayaraq etmək gərəkdir.Bu edilərsə milyon manatlarla subsidiya mənimsəmələri də olmaz,kənd təsərrüfatı məhsulları da bol olar.
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb