Vüsal Kərimli 300 avtobusu bu bazada çürüdür - BU NƏDİ BELƏ?
Sosial
Oxunub: 306
5 may 2022 | 17:42
Vüsal Kərimli 300 avtobusu bu bazada çürüdür - BU NƏDİ BELƏ?


Təəssüf ki, bir neçə aydır Bakı Bus MMC-nin Hövsan bazasında 300-ə yaxın avtobus çürümək üzrədir. Bazada yatıb qalır, xəttə çıxmır. Bununla bağlı aidiyyəti şəxslər məsuliyyət daşımalı, qanun qarşısında dövlətə vurduqları ziyana görə cavab verməlidirlər. Hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır. Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, 300-ə yaxın avtobus pik və qeyri-pik saatlarda minlərlə sərnişin daşıya bilər:

“Bu mənzərə doğrudan da ürək ağrıdır. Dövlət ilk dəfə olaraq Bakı Bus MMC daşıyıcı şirkətini yaratdı. Təəssüf ki, Bakı Nəqliyyat Agentliyi MMC-ni bu vəziyyətə gətirib çıxartdı. MMC Azərbaycan İnvestisiya Holdinqinə təhvil verildi. İndi də Holdinq avtobusları istismara verə bilmir. Bildirir ki, avtobusları BNA-dan bu vəziyyətdə alıb. BNA isə deyir ki, sözügedən avtobusları əvvəl istifadə ediblər. Burada ziddiyyətli məqam var. Günah kimdədir? Avtobuslar bazada niyə yatır? Niyə pik saatlarlarda minlərlə sərnişin yollarda qalır və məcbur qalıb manatlıq taksilərə üz tuturlar? Sərnişinlər niyə kiminsə harınlığı, rüşvətxorluğu, məsuliyyətsizliyi ucbatından əlavə xərc ödəyir?”.

E.Muradlının sözlərinə görə, BNA sözügedən avtobusları əvvəllər daxili imkanları hesabına təmir edib, hansısa formada işlədirmiş:

“Hesablama Palatası da üzə çıxardı ki, BNA “daxil imkanlar hesabına” deyəndə bir avtobusu söküb hissələrini digər avtobusa yığmağı nəzərdə tuturmuş. Neçə avtobus artıq “sklet” vəziyyətindədir. Dövlət şirkətini bu vəziyyətə salıb bir daha bizə sübut etdilər ki, ictimai nəqliyyat sektorunda yalnız özəl şirkətlər olmalıdır. Özəl şirkət işi səmərəli təşkil etmək üçün maraq güdür. Bu şirkətlərə avtobusun uzunmüddətli işləməsi və xarab olmaması maraqlıdır. Öz malı kimi avtobuslara qulluq edir. Kortəbii şəkildə iş görmür, istismar edib avtobusun evini yıxmır. Vaxt var idi BNA uca səslə deyirdi ki, ictimai nəqliyyat dövlətin əlində olmalıdır. Bu da dövlət şirkəti... Görün nə günə qoydular. Dövlət şirkətinə kim gəlsə, o da dağıdacaq. “Dövlətin malıdırsa, dağıdaq” prinsipi canlarına hopub. Həmin dağıdanlar qanun qarşısında cavab verməli, digərlərinə də dərs olmalıdır. İcitmai nəqliyyatı dağıtmaq olmaz. Bu, yolverilməzdir”.

Məsələ ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinə sorğu göndərilib.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest