"Xəzəriaşə"nin hörməti NƏDƏN ÇOXDUR? - FAKT BUDUR!
Sosial
Oxunub: 307
5 may 2022 | 19:49
"Xəzəriaşə"nin hörməti NƏDƏN ÇOXDUR? - FAKT BUDUR!


“Dövlət Neft Şirkətinin əməkdaşları olan neftçiləri Neft Daşlarına aparıb- gətirən Q.Qarayev gəmisində işçilərlə bərabər “Xəzəriaşə” MMC-nin malları da daşınır. Bununla bağlı dəfələrlə etirazlar olsa da, tədbir görən yoxdur, işçilərin etirazları işə yaramır”. Bunu Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Qəhrəmanlının sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi təşkilata az qala hər ay şikayətlər daxil olur. Neftçilər Neft Daşlarına gedəndə və qayıdanda iki saata yaxın gözləməyə məcbur olurlar, gəmi malları yükləməyənədək yola düşmür.

“Neftçilər yazırlar ki, uzun illərdən sonra onların daşınması üçün müasir tipli, 120 nəfərlik sərnişin gəmisi verilib. Amma Neft Daşlarında “Xəzəriaşə” MMC-nin Neft Daşları üzrə 1 saylı yeməkxanasının rəhbərliyi ilə «Neft Daşları» NQÇİ-nin sahə üzrə müvafiq məsul şəxsi qarşılıqlı anlaşmaya gələrək, yüklərin daşınması üçün digər gəmiyə əlavə pul ödəməsinlər deyə, yeməkxanaya daşınacaq yükləri sərnişin gəmisinə bir neçə dəmir konteynerə yığaraq yukləyirlər”,-Qəhrəmanlı danışıb.

Hüquq müdafiəçisi qeyd edib ki, Neft Daşlarından qayıdarkən də “Xəzəriaşə“nin konteynerləri bosalmayanadək gəmi yola düşə bilməz. Yenə də ağır işdən sonra evə gedən neftçilər gəmidə gözləməyə məcbur qalırlar:

“Nefçilər deyirlər ki, hətta gəmi kapitanı bir saatdan sonra küləyin siddətlənəcəyini bildirsə də, gəmini gözlətdiblər. Yalnız mallar boşaldıqdan sonra gəmini yola salıblar”.

M.Qəhrəmanlı deyir ki, neftçilərin problemləri daşınma və ya qidalanma ilə yekunlaşmır:

“Neft Daşlarındakı yataqxananın B korpusunun şəkillərinə diqqət yetirsinlər. Total xarici neft şirkətinin işçilərinin yaşadığı mərtəbə dəhlizi və SOCAR işçilərinin yaşadığı mərtəbənin dəhlizi arasında fərq işçilər arasında ayrı-seçkiliyə daha bir sübutdur. SOCAR-ın işçilərinin qaldığı mərtəbədə dəhlizdə işıqlandırma, adi lampa belə yoxdur. Mərtəbə dəhlizləri necədirsə, otaqlar da elə o gündədir”.

Neftçilərə iaşə xidməti “Xəzəriaşə” MMC tərəfindən həyata keçirilir. “Xəzəriaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir. MMC sovet dönəmində fəaliyyət göstərmiş Fəhlə Təhcizatı İdarəsinin bazasında yaradılıb. Son illər dəfələrlə bu MMC-dən şikayətlər edilib, lakin nəticəsi olmayıb.
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?