Xəstələrin başına OYUN AÇIRLAR... - BU DA FAKT!!!
Sosial
Oxunub: 364
4 may 2022 | 20:49
Xəstələrin başına OYUN AÇIRLAR... - BU DA FAKT!!!


Bakıda həkim xəstədən düzgün yerinə yetirmədiyi əməliyyata görə 2500 manat pul alıb. Teref.az xəbər verir ki, bu barədə Cebhe.info-nun redaksiyasına şikayət daxil olub.

"Bədən şəkilləndirməsi" əməliyyatı üçün həkim Səkinə Xudiyevaya müraciət edən Təhminə Zeynalova əməliyyatın uğursuz olduğunu iddia edib:

"Ötən il oktyabr ayının 14-də Sabunçu rayonu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında əməliyyat olunmuşam. Həkimi internet vasitəsilə tapmışam, qüsursuz əl işlərini paylaşırdı. Həm də həkim bütün günü efirlərə çıxır. Mən də güvənib müraciət eləmişəm. Piylər olduğu kimi yerində qalıb. Həkim 6 aydan sonra korreksiya edəcəyini demişdi, lakin yanına getdikdə mənə “Get, dərman iç, idman elə, arıqla”, -dedi".

Şikayətçi əməliyyat yaralarının sağalması üçün həkimə müraciət edəndə həkimin ona hər hansı müalicə metodu demədiyini qeyd edib:

"Yaralarıma infeksiya düşmüşdü. Yaram açıq qalıb, çirk verir. Getmişik ki, bu, bir xətadır olub, heç müalicə də demədi ki, nə ilə sağaldım. Bunun üçün də başqa hakimlərdən ayrı müalicə almışam".

Təhminə Zeynalova bununla bağlı bir çox quruma şikayət etdiyini də bildirib:

"Baş həkim Ayaz Məmmədovun yanında oldum, Ayaz həkim məlumatsız olduğunu, Səkinə xanımla danışdıqdan sonra mənlə əlaqə saxlayacağını dedi. Sonradan baş həkim dedi ki, Səkinə xanım deyir ki, mənə nazir də desə, yenidən əməliyyat etməyəcəm. Baş həkimin səs yazısı da var. Bilmirəm bu həkim kimə, nəyə arxayındır? Başqa hakimlərin yanında olmuşam, həkimlər əməliyyatın uğursuz olduğunu, işin düzgün icra olunmadığını dedilər".

Şikayətçi əməliyyatın yenidən olunmasını, yaxud əməliyyata xərclənən məbləği geri istəyir:

"Özüm təklif eləmişəm ki, narkoz, xəstəxananın ödənişini mən edim, yenidən əməliyyat olunum. Deyir ki, yox, etməyəcəyəm. Gedin, idman edin, arıqlayın. Deyir, sənin problemin mədəndədir, bağırsağındadır, hər orqanın müayinəsi üçün özəl klinikalarda 200 manatdan çox ödəyib müayinə olunmuşam. Heç bir şey çıxmayıb. Qaraciyər, öd, dalaq heç bir yerimdə problem yoxdur, şişkinliyi bu orqanlar yaratmır. İnsanlığımı göstərib yenidən əməliyyat təklif etmişəm, deyir ki, yenidən əməliyyat eləsəm, sən əməliyyat masasından durmayacaqsan. Başqa hakimlər də əməliyyatı boynuna götürmür. Həm də bu, mənə baha başa gəlir. Tələbim odur ki, müəyyən xərcləri ödəməklə əməliyyatı yenidən etsin".

Məsələ ilə bağlı həkim Səkinə Xudiyeva ilə əlaqə saxladıq.

Səkinə Xudiyeva Cebhe.info-ya əməliyyatın uğurlu keçdiyini bildirib:

"Əgər əməliyyat səhv olunubsa, indi necə normal şəkildə hərəkət eləyə bilər?! Əməliyyatımızda mikrob, açılma, yara-xora yoxdur. Müayinələr zamanı hər şey normal idi. İndi bu qadın nə istəyir, vallah, bilmirəm.Qadına mən necə şəkil, necə bədən verdiyim göz qabağındadır".

Həkim şikayətçini daha ucuz əməliyyat etdiyini qeyd edib:
"Xanım özü bilir ki, mən onu kiminsə xahişi ilə, həmin insanın xətrinə əməliyyat eləmişəm. Bir həkimin sənə olan bu boyda hörmətini necə yerə vura bilərsən? Xəstəyə 3 əməliyyat - liposaksiya, popofillinq, abdomioplastika əməliyyat olunub. Sual verirəm, həmin qiymətə o əməliyyatlar, xüsusilə mənim əməliyyatım kimi əməliyyat eləmək mümkündür? Söhbət neçə minlik əməliyyatdan gedir".

Səkinə Xudiyeva çapıqların yaranmasının xəstənin dərisindən asılı olduğunu vurğulayıb:

"Bu mövzu məni çox incidir. Çox haqsızlıq var. Əgər mən savadsız həkim olsaydım, o istədiyi kimi göbəkdən yuxarı hissəni liposaksiya eləsəydi, indi onun yarası nə vəziyyətdə olardı. Əgər bu olunsaydı, o zaman həmin yara sağalmaya bilər. Çünki qidalanma pozular. Bilərəkdən onun göbəkdən yuxarı hissəsində piyləri saxlamışam. Çünki aşağı nahiyə qidalanmalıdır. Xəstə bir ildən sonra korreksiya əməliyyatına gəlməlidir, göbəkdən yuxarı nahiyə liposaksiya olunmalıdır. Sadəcə olaraq, onlar çox narahat insanlardır. Əməliyyatın 3-cü günündə yaxınları gəlmişdilər ki, xəstə halsızdır, ağrıları var. 3 əməliyyat keçirmiş adamda əməliyyatdan sonra ağrılar və halsızlıq normaldır. Plastik əməliyyat belə bir şeydir, mənim qolumda çapıq var, düzəldə bilsəm, bir neçə ölkədə belə onu düzəldərəm. Əgər dəri çata, çapığa meyillidirsə, normal nəticə verə bilmirsə, o demək deyil ki, Səkinə Xudiyeva normal əməliyyat eləmir. Bədən quruluşunu düzəltmişəm, bel-kürək incəltmişəm, qəşəng forma vermişəm, şəkillər də var əlində, qadın bədəni yaratmışam, amma çapıq onun dərisindən asılıdır, mənim edəcəyim bir şey deyil. Təklifim odur ki, bir-iki mütəxəssisə getsin. O zaman biləcək ki, mən dediyim düzdür və rahatlanacaq".

Xəstələrin başına OYUN AÇIRLAR... - BU DA FAKT!!!
Xəstələrin başına OYUN AÇIRLAR... - BU DA FAKT!!!
Xəstələrin başına OYUN AÇIRLAR... - BU DA FAKT!!!
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest