Sahil Babayevin "komisiyası" ölümcül xəstə olan qazimizə 3 qrup əlillik vermişdi - Bağışla bizi, cənab baş leytenant!
Sosial
Oxunub: 323
2 may 2022 | 20:24
Sahil Babayevin "komisiyası" ölümcül xəstə olan qazimizə 3 qrup əlillik vermişdi - Bağışla bizi, cənab baş leytenant!


Teref.az yazır ki, aşağıdakı postu rəhmətlik qazimizə əskər Gündüz Ağazadə tərəfindən ittiham - rekviemdə saymaq olar! Ağır olsada yazını təqdim edirik:
Dünən haqqında yazdığım xərçəng xəstəliyindən vəfat edən qazimiz, komandirim olmuş baş leytenant Aydın Həzrətovun son fotolarındandır.
Aydın Həzrətov Aprel döyüşlərində yanında minamyot partlaması nəticəsində başından travma almışdı, amma həmin dövrdə lazımi qurumlara müraciət etməmişdi, orduda qalmışdı. Mən 2018-2019-cu illərdə onunla xidmətdə olmuşam, artıq o vaxtlarda danışığında qüsurlar yaranmağa başlamışdı.
Həyat yoldaşı Ülviyyə xanımın dediklərinə görə, 2022-ci ildə evə gəlir və deyir ki, onda ciddi problemlər var, maşın sürəndə səhvən postu keçir, sərhəddə tərəf gedir və sonra ayılıb geri qayıdır. Evdəkilərin məsləhəti ilə həkimə müraciət edir və məlum olur ki, beynində bədxassəli şiş (xərçəng) əmələ gəlib. Aydın Həzrətovu ordudan tərxis ediblər, vaxtında müraciət etmədiyi üçün sənədə müharibədə aldığı travma yazılmayıb, "hərbi xidmət zamanı" yazılıb. Maraqlısı və dəhşətlisi odur ki, bu hala düşmüş adama ƏƏSMN 3-cü dərəcəli əlillik verib. 1 yox, 2 də yox, 3-cü dərəcəli... Müalicəsi üçün həkimlər Türkiyəyə getməyi məsləhət görüblər. Ailə "YAŞAT" fonduna müraciət etsə də, heç bir müsbət cavab gəlməyib.
Müxtəlif kanallara, bloggerlərə müraciət ediblər, çəkiliş üçün gələn də olmayıb. Qazi Aydın Həzrətov bir müddət davam edən və ağırlaşan xəstəlikdən sonra dünən vəfat edib.
O, bu vətən üçün can qoymuşdu, onun özünə isə 50-60 minlik xərci bu vətən çox gördü. "Bizim Qazimiz, şəhidimiz, başımızın tacı" deyib bar-bar bağıran insanların 99%-i saxtadır, YAŞAT fondu heç bir işə dərman deyil, ƏƏSMN isə xalqın pulu, vergisi, nefti ilə maliyyələşir və xalqa qənim kəsilir.
Bağışla bizi, cənab baş leytenant!
Gündüz Ağazadə
Teref.az əlaqədar təşkilatlrın cavabını gözləyir və dərc edəcəyinə söz verir!

Sahil Babayevin "komisiyası" ölümcül xəstə olan qazimizə 3 qrup əlillik vermişdi - Bağışla bizi, cənab baş leytenant!
Sahil Babayevin "komisiyası" ölümcül xəstə olan qazimizə 3 qrup əlillik vermişdi - Bağışla bizi, cənab baş leytenant!
Sahil Babayevin "komisiyası" ölümcül xəstə olan qazimizə 3 qrup əlillik vermişdi - Bağışla bizi, cənab baş leytenant!
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest