"Həyətin içində saxlanılan avtomobil üçün pul almaq düzgün deyil" - Deputatdan ETİRAZ
Sosial
Oxunub: 332
30 apr 2022 | 13:00
"Həyətin içində saxlanılan avtomobil üçün pul almaq düzgün deyil" - Deputatdan ETİRAZ


Bir müddət əvvəl, yəni Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməmişdən öncə, BNA-nın qanunsuz cərimələri barədə hamı danışır, tənqid edirdi. Milli Məclisin deputatı Rüfət Quliyev də Milli Məclisin sessiyasında bu mövzuya toxunmuşdu. Şikayətlərin olduğunu dilə gətirmişdi. Deputatın BNA-nın problemlərini dilə gətirməsi görünür ki, BNA rəhbərliyinin xoşuma gəlməyibmiş. Belə ki, BNA rəhbəri deputata zəng edərək, deyibmiş ki, “Rüfət sənin mənimlə problemin var, yoxsa mənim BNA-amla”... Mənim “BNA-am”... Təbii ki, deputat BNA sədrinə öz irdaını bildirir. Yəni keçmiş BNA sədrinə... Rüfət Quliyevin sözlərinə görə, BNA sədri hazırda təhvil-təslim prosesindədir. İndi aydın olurmu sizə, vətəndaşlaırn harda oldu, necə oldu cərimələnməsinin səbəbi nədir?
Xülasə, keçək mətləbə...

“Gedənin arxasınca danışmaq düzgün deyil. Mən 20 ildir deputatam. 20 ildir ki, hansısa məmurdan şikayət alıramsa, əvvəlcə o məmurla əlaqə saxlayıram. Deyirəm belə şikayətlər var, xahiş edirəm bu problemləri həll et. Mən görəndə ki, o nazir və ya nazir müavini məndən qaçır, gizlənir, sualıma cavab vermir, məsələni həll etmir, mən də komitə iclaslarında, sessiyalarda açıb deyirəm ki, vəziyyət belədir. Telefonumu qaldırmırlar”. Dia.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Rüfət Quliyev hazırda Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmiş Bakı Nəqliyyat Agentliyi haqqında danışarkən bildirib. O, qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən parkomatlarınn qoyulması, parklama yerlərinin hazırlanması işləri gözlənilir.

“İnsanlar avtomobillərini rahat saxlamalıdır. Bəli, bu xidmət pullu olmalıdır. Amma həyətin içində saxlanılan avtomobil üçün pul almaq düzgün deyil. Şirkətlərin özünə məxsus ərazilərində, vətəndaşların avtomobillərini saxlaması üçün nəzərdə tutulmuş yerlərdə gəlib parkomat qoymaq Allahsızlıqdır, dügzün deyil. İnsanlar üçün şərait yaradılmalıdır”,- deyən deputat bildirir ki, avtomobillərin parklaması üçün şəhərdə 100 faiz yer hazırlamaq mümkün deyil.

R.Quliyev bildirib ki, Azərbaycana xaricdən çox sayda avtomobil gətirilir. Avtomobillərin gətirilməsi təkcə pandemiya zamanı 20 faiz artıb. Yəni son iki ildə artan avtomobil sayını nəzərər alaraq demək olar ki, bu, təkcə Bakının deyil, bütün dünyanın problemidir: “Urbanizasiya problemidir. Mərkəz şəhərlərdə insanların sayı artır. Məndə olan məlumata görə, Çində avtomobil alarkən öncədən arayış verməlisən ki, mənim avtomobili saxlamaq üçün yerim var. Yəni bu problem hər yerdə var. Bakıda parklama problemini həll etmək üçün gərək Daxili İşlər Nazirliyi İntelektual İdarəetməni tənzimləməlidir. Əsas məsələ işıqforların düzgün şəkildə tənzimlənməsidir. Məsələn yollarda avtomobil hərəkətinin aktiv olduğu ərazilərdə yaşıl işıq qırıq-qırıq olmamalıdır. Ən az 2-3 dəqiqə yanmalıdır ki, hərəkət iflic olmasın. Mən Koreyada və Seulda görmüşəm ki, 4 yolda günün birinci yarısı 2 yol bir tərəfə, ikisi əks tərəfədir. Günün ikinci yarısı 3-ü bir tərəfə, biri qarşı tərəfə olur. Və hərəkətin intensivliyindən asılı olaraq bu tənzimlənir. Bunun üçün intelektual idarəetmə, işıqforların idarə olunması həyata keçirilməlidir. İşıqforların işıqları hərəkətin intensivliyinə uyğun olaraq tənzimlənməlidir. Gözləyək, görək, necə tənzimlənəcək”.

P.S. Belə, biz də BNA haqqında çox dedik, çox yazdıq. Problemləri qabartdıq, haqqlarımızı müdafiə etdik və eşidildik... Gərək, məmurlara harınlayacaq qədər vəzifədə qalmaq imkanı tanınmasın!
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest