Qarabağ Qazisinin PULUNU YEYİB... - İDDİA
Sosial
Oxunub: 332
29 apr 2022 | 18:20
Qarabağ Qazisinin PULUNU YEYİB... - İDDİA



Bir Ceyhun Cəfərov var idi…
Müxtəlif “kommunxoz”larda işləyə-işləyə gəlib 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdı.
2014-cü ildən Kürdəmirin icra başçısı olmuşdu və 2020-ci ildə vəzifəsindən azad edilərək həbs edildi.
Təkcə icra başçısı Ceyhun Cəfərov deyil, onun 1-ci müavini, təsərrüfat şöbəsinin müdiri, aparat rəhbəri, rayonun Yaşıllaşdırma idarəsinin rəisi, Mənzil İstismar sahəsinin rəisi, Kommunal Müəssisələr kombinatının direktoru, rayon Mərkəzi Xəstəxanasının direktoru, həmin tibb müəssisəsinin baş həkimi, rayonun Təhsil şöbəsinin müdiri və baş mühasibi barəsində cinayət işi açıldı.
Təsəvvür edirsiniz, heç bir rayonda belə kütləvi həbs olmayıb. Amma…
Əmması odur ki, hamıya maraqlı oldu ki, nə əcəb uzun illər Ceyhun Cəfərovun şəriki və sağ əli olan, əvvəl Yasamalda, sonra Tərtərdə, daha sonra Kürdəmirdə tikinti məsələlərinə baxan Elnur Abbaszadəyə gözün üstə qaşın var deyən olmadı.
Hansı ki, barəsində cinayət işi açılan şəxslərdən çox Elnur Abbaszadə Ceyhun Cəfərovla birgə cinayət əməllərini törətmişdi.
Qısa məlumat üçün qeyd edək ki, Ceyhun Cəfərov hələ Yasamal RİH-də müavin işləyərkən rayondakı qanunsuz tikililər, bütün problemli işlərin məsələsinə Elnur Abbaszadə baxırdı. Ceyhun Cəfərov sadəcə arada obyektə gəlib baxırdı. Və sonda pulların məsələsini Elnur Abbaszadə həll edirdi.
Sonradan Ceyhun Cəfərov Tərtərdə, daha sonra Kürdəmirdə icra başçısı olanda da Elnur Abbaszadəni özü ilə vəzifəyə aparırdı və Elnur Abbaszadə orada da icra başçısının “qara kassası” idi.
Ona görə də çoxlarına maraqlıdır ki, Ceyhun Cəfərovun ətrafı həbs olunsa da Elnur Abbaszadə həbsdən yayına bildi.
Daha doğrusu, Ceyhun Cəfərovun həbsindən az əvvəl Elnur Abbaszadə işdən çıxaraq Bakıya qayıdıb.
Daha dəqiq desək, həbslərin olacağını bilən Ceyhun Cəfərov Elnur Abbaszadəni aradan çıxarıb ki, şərikli bizneslərini idarə edən olsun.
Və beləcə canını həbsdən qurtara bilən, Elnur Abbaszadə Nərimanov rayonunda bir müddət Məşğulluq Mərkəzində çalışıb, hazırda isə Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.
Bəli, Ceyhun Cəfərov hazırda 8 il 6 ay həbs cəzası alsa da, onun sağ əli Elnur Abbaszadə onunla şərikli biznesini idarə edir və hər ay Ceyhun Cəfərovun pulu çatdırılır.
Gündəlik-Bakıya müraciət edən, Zəngilan rayon sakini, məcburi köçkün, vaxtilə rayonun Gennik kəndində yaşamış iş icraçısı olan, müharibə iştirakçısı Hüsiyev Qafur Əşrəf oğlu müxbirimizə bildirib ki, Nizami rayonu 8-ci kilometrdə Lotosun arxasındakı meyvə, tərəvəz, paltar bazarının müdiri olan Rauf müəllim Elnur Abbaszadənin qaynatasıdır.
Qafur Hüsiyev deyib ki, Elnur Abbaszadənin bütün milyonluq mülklərinin təmirini mən və yanımda olan fəhlələr aparmışdır.
Şikayətçi onu da bildirib ki, Ceyhun Cəfərov, Elnur Abbaszadə və qohumları bəzən obyektləri kiminsə əlindən məcburi ucuz qiymətə alaraq təmir edib baha qiymətə satırdılar.
Hətta Elnur Abbaszadənin adamları binaların zirzəmilərini qazıb qəzalı vəziyyətə də salırdılar.
Təsəvvür edirsiniz, cinayətkarlıq hansı səviyyəyə çatıbsa, pul qazanmaq üçün sakinlərin talehi ilə oynayırlar.
Şikayətçinin dediklərindən bəlli olur ki, Elnur Abbaszadəgil OMD-yə çatmamış binanın 1-ci mərtəbəsini 200 min manata alaraq və 450 minə satdılar. Və külli miqdarda vergidən yayındılar.
Bəli, Elnur Abbaszadə aldığı obyektlərin sənədlərini saxtalaşdırır, yalandan sənəddə 150 min manat göstərir.
Qafur Hüsiyevin dediyinə görə, Elnur Abbaszadə Nəsimi parkı ilə üz-üzə 150 kv m ayaqqabı mağazasını 300 minə almışdı, 700 min verdilər vermədi.
Belə obyektlərin sayı bir deyil, iki deyil.
Elnur Abbaszadə Ceyhun Cəfərovla şərikli obyekti olan, Nərimanovda Xan Şuşinski küçəsində yolun kənarında gül mağazasının yanını “OBA” marketə icarəyə verib.
Ceyhunla Elnurun “Tri Korona”nın yanında svetoforda bir mağaza, “Elmlər”də isə başqa bir şərikli mağazaları var. Bunları Elnurun sürücüsü işlədir.
Yuxarıda qeyd etdiyimiz kimi, Elnur Abbaszadənin bütün milyonluq mülklərinin təmirini Qafur Hüsiyev və yanında olan fəhlələr aparıb. Amma...
Əmması odur ki, Elnur Abbaszadə Qafur Hüsiyevə və fəhlələrə olan 29 min 800 manat borcu vermək istəmir.
Hər dəfə yalan danışır, deyir verəcəm.
Sonuncu dəfə Elnur Abbaszadə Qafur Hüsiyevə və fəhlələrə söz verib ki, OMD-dədəki obyekti satıb sizin pulunuzu verəcəm.
Ancaq Rauf müəllimin kürəkəni, Ceyhunun şəriki Elnur Abbaszadə obyekti satandan sonra müharibə iştirakçısı Qafur Hüsiyevin, 10 nəfər fəhlənin və götürdüyü materialların pulunu Qafura verməyib.
Qafur bu günə qədər borcları ödəməklə məşğuldur.
Qafurun dediyinə görə, onun və fəhlələrin pulu ilə Elnur gedib özünə “salafanda” 5.7 Leksus alıb.
Əli hər yerdən üzülən müharibə iştirakçısı Qafur Hüsiyev ölkə başçısı İlham Əliyev cənablarına müraciət edir ki, həbsdən yayına bilən Elnur Abbaszadənin ona və fəhlələrə verəcəyi pulun qaytarılmasına kömək etsin.
Qafur Hüsiyev eyni zamanda Yasamal RİH-nin başçısı Elşad Həsənovdan da xahiş edir ki, tabeçiliyində olan Elnur Abbaszadənin ona və fəhlələrə çatacaq pulun qaytarılmasına yardımçı olsun.
Qarşı tərəfin mövqeyini dərc etməyı hazırıq. //gunelik-baku.com//
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı