Kamaləddin Qafarov: “ Postpandemiya dövrünün ilkin mərhələsində ehtiyatlı olmalıyıq”
Sosial
Oxunub: 187
28 apr 2022 | 09:42
Kamaləddin Qafarov: “ Postpandemiya dövrünün ilkin mərhələsində ehtiyatlı olmalıyıq”




“Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il may ayının 1-dən etibarən, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, tibbi maskalardan istifadə tələbi ləğv edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti pandemiyanın fəsadlarını minimuma endirmək üçün bütün zəruri qabaqlayıcı tədbirləri vaxtında və yüksək effektivliklə həyata keçirib. Məhz bu səbəbdən də respublikamız dünyada postpandemiya dövrünə ən az itkilərlə daxil olan ölkələr sıraındadır”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib:

“Pandemiya dövrünün ilk günlərindən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən məhz insan sağlamlığı faktoru əsas prioritet elan olundu. Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə infeksiyanın insanlar arasında geniş şəkildə yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər bu sahədə də Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoydu. Aərbaycan pandemiya dövründə də özünü bütün dünyaya ümumbəşəri dəyərlərə sadiq qalan, mütəmadi olaraq humanitar təşəbbüslərlə çıxış edən bir ölkə olaraq təqdim etdi. Bunun üçün Azərbaycanın indiyədək Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü bir sıra qlobal təşəbbüsləri xatırlamaq kifayətdir. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ayrıca qeyd olunmalıdır. Ölkəmiz Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə indiyədək birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi olunub və bu iş gələcəkdə də davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi də davam edir”.

Millət vəkili belə bir məqamı da vurğulayıb ki, dövlətin karantin rejiminin yumşaldılması istiqamətində atdığı addımlar vətəndaşlarda məsuliyyət hissini bir qədər də yüksəltməlidir: “Əlbəttə ki, bu gün artıq 2020-ci il deyil və dövlətimizin vaxtında həyata keçirdiyi pandemiya əleyhinə qabaqlayıcı tədbirlərin yüksək effektivliyi sayəsində Azərbaycan hal-hazırda postpandemiya dövrünün astanasındadır. Lakin bununla yanaşı, COVID-19 infeksiyası hələ də öz ciddiliyini qoruyur. Buna görə də insanlar məhz postpandemiya dövründə, xüsusilə də ilkin mərhələlərdə son dərəcə diqqətli davranmalı və yeni yoluxma özəklərinin yaranmaması üçün bütün ehtiyat tədbirlərini görməlidirlər. Nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin sözügedən qərarında xüsusi olaraq vurğulanır ki, may ayının 1-dən etibarən beynəlxalq hava limanı ərazisində və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımasa da, bununla belə hələ də tövsiyə edilir. Əlbəttə, yaxşı olardı ki, vətəndaşlar bu kimi tövsiyyə xarakterli çağırışlara ciddi yanaşsınlar. Yalnız bu halda COVID-19 pandemiyasının mümkün geridönüşünün qarşısını almaq mümkündür.”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı