SOS: `Azərlotereya` minlərlə insanı bədbəxt edir - küçə qumarına təşviq...
Sosial
Oxunub: 219
28 apr 2022 | 20:44
SOS: `Azərlotereya` minlərlə insanı bədbəxt edir - küçə qumarına təşviq...


Ölkədə əhali arasında daha çox məşhur olan lotereyalar “Qızıl 4”, “Şans ulduzu” və “Brilliant” lotereyalarıdır. Teref.az anaxeber.info-ya istinadla bildirir ki, bu lotereyaların qiymətləri ardıcıl olaraq 1, 2 və 5 manat təşkil edir. Artıq bir neçə gündür ki, qiyməti 10 manat olan daha bir “40 000 000 Pul Yağışı” adlı lotereya da satışa çıxarılıb. Bu biletdə maksimal uduş 200.000 manat təşkil edir. Bəs, görəsən 90-cı illərin əvvələrində çörək növbəsinə dayanan insanlar kimi indi də lotereya almaq növbəsinə dayanan insanlar doğrudanmı bu lotereyalarda nə isə uda bilirlər? Yeri gəlmişkən əksər deputatlar xeyli vaxtdır çağırış edir, "Azərlotereya" ilə bağlı tədbir görməyi vacib sayırlar. Maraqlıdır ki, Azerlotereya rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır. Azərbaycanda kazino və qumar hələ mərhum prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub. Beləcə, Azərlotereya kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur. Əksər metrostansiyaların çıxışlarında, bazarlarda, müxtəlif ünvanlarda insanlar sonuncu qəpiyini də verib “Top qazan” alırlar. Əlbəttə, deyilə bilər ki, bu bir şans oyunudur, amma kuponların 80- 90 faizində uduş yoxdursa, deməli, “Azərlotereya” insanları aldadır, soyur, məqsədli şəkildə cibinə girir və sadəcə bəzi adamlar təsadüfən udurlar. Onlar da uduşa qədər dəfələrlə uduzan adamlar olur ki, itirilmiş pulun bir qismini çıxarmağa sevinirlər. Hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanır. Amma əksəriyyəti də bu tələyə düşür, nəticədə milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Görəsən küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? Ümumiyyətlə, bütün dünyada lotereya var. Bu kasıb ölkələrdə lap dəhşətdir. İnsanlar ümidlərini lotereyaya bağlayırlar, evlərini-eşiklərini uduzurlar. İndi hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandan da deyirlər ki, qonşum 20 min uddu, xalamoğlu 40 min uddu və sairə. Belə hallar yaşanır. Lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdə biraz şitini çıxarıblar. Lotoreya belədir ki, onun 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20%-ni özü qazanır. Bizdə 10%-ni uduşa buraxırlar, qalanını özləri qazanırlar.
Bu gün, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü