Kosmetoloqun "himayədar"ı jurnalisti təhdid və təhqir etdi... - Audio
Sosial / Video
Oxunub: 400
26 apr 2022 | 02:10
Kosmetoloqun "himayədar"ı jurnalisti təhdid və təhqir etdi... - Audio


Bəzi xəstəliklər var ki, bizim orqanizmimizdə formalaşmır. "Hepatit B", "C" və digər bu kimi xəstəliklər insanlara stomatoloji, ginekoloji kabinetlərdə, estetik mərkəzlərdə, gözəllik salonlarında gigiyena qaydalarına riayət olunmadığı halda yoluxur. Ona görə də bu cür mərkəzlərdə gigiyena qaydalarına yüksək səviyyədə riayət tələb olunur. Təəssüflər olsun ki, bir çox yerlərdə bu qaydalara qismən əməl edilir, bəzilərində isə bütün qaydalara riayət etdiklərini desələr də, reallıq bunun tamamilə əksini göstərir.

Ən çox problemlər isə gözəllik salonlarında yaşanır.
Xüsusilə də son zamanlar dəbdə olan tərkibi məlum olmayan dodaq dolğularında və digər müxtəlif bədən doğrularında istifadə edilən süni gellər də insan orqanizmində dəhşətli fəsadlar yaradır. Üstəlik həmin bu cür riskli prosedurları qeyri-pesəkar, səriştəsiz, özünü "kosmetoloq" adlandıran şəxslər tətbiq etdikdə, fəsad yaratma riski ikiqat artır.

Yeri gəlmişkən "DogruXeber.az" redaksiyasına Nuranə Əliyeva (ad şərtidir) tərəfindən müraciət daxil olmuşdur. Xanım müraciətində bildirir ki, aprel ayının 17-də rəfiqəsinin bələdçiliyi ilə dodaq doğusu üçün kosmetoloq olduğu deyilən İlahə adlı şəxsin yanında olub. İlahə adlı şəxs onun dodaqlarına 1.5 qram süni gel istifadə edib. Lakin, Nuranə Əliyeva redaksiyamıza bildirib ki, dolğu ümumiyyətlə nəticəsiz olub. Yəni, dodaqda heç bir şəkildə dolğu əlaməti yoxdur. Bundan əlavə xanım qeyd edir ki, "Dolğu etdirib, evə gələndən sonra dodaqlarım yavaş-yavas göyərməyə başladı. Hazırda dodaqlarım çox bərbad vəziyyətdədir. Göy ləkələr səbəbilə evdən bayıra çıxa bilmirəm".

P.S: Nuranə Əliyevanın söylədikləri ilə bağlı qarşı tərəfi də dinləmək məqsədilə kosmetoloq olduğu deyilən İlahə adlı şəxslə telefon əlaqəsi saxladıq və Nuranə xanımın müraciətini diqqətinə çatdırdıq. İlahə xanım əvvəlcə Nuranənin haqsız olduğunu iddia etdi və göyərmələri "normal hal" kimi qələmə verdi. Üstəlik də: - "Mənim diplomlarım var. Peşəkar kosmetoloqam. 17 il Neftçilər kimi yerdə işləmişəm" - deyə, işində peşəkar olduğunu bizə isbatlamağa çalışdı.

QEYD: İlahə xanımın kosmetoloq kimi peşəkarlığının isbatı sözdə deyil, aşağıdakı fotoşəkildə daha aydın görünür.

Kosmetoloqun "himayədar"ı jurnalisti təhdid və təhqir etdi... - Audio


Biz xanıma bildirdikdə ki, "Dedikləriniz aydındır. Sizin mövqeyinizi beləcə də dərc edəcəyik. Araşdırılmalı məsələlərlə isə artıq, aidiyyatı qurumlar məşğul olar" Xanım dərhal cavab verdi ki, "Onu bura gətirən padruqası (rəfiqəsi) mənə pul borcludur. Kartını atsın ona, padruqası (rəfiqəsi) onun gel üçün ödədiyi pulunu geri versin."

İlahə xanımla danışdıqdan bir neçə dəqiqə sonra redaksiyamıza (+99455)321-27-32 mobil nömrə vasitəsilə adını gizlədərək, "İlahənin qardaşıyam" deyən bir nəfər zəng edib, redaksiya əməkdaşını və müraciət edən şəxsi əxlaqa zidd, şəxsiyyəti alçaldan ifadələrlə təhqir və təhdid etdi.
Biz həmin şəxsə, "Barənizdə Daxili İşlər Nazirliyinə müraciət edəcəyik", dediyimizdə isə, o: - "A kişi, sən kimi kimlə qorxudursan?!" - deyə rişxəndlə cavab verdi.



QEYD: Yeri gəlmişkən, artıq həmin şəxs barəsində redaksiyamızın rəhbəri tərəfindən Daxili İşlər Nazirliyinin "102" qaynar xətt xidmətinə məlumat verilib.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı