Qanunsuz şirkətlərin əsl sahibləri - Bu gömrük generalları kimlərdir? - ARAŞDIRMA
Sosial
Oxunub: 433
25 apr 2022 | 13:11
Qanunsuz şirkətlərin əsl sahibləri - Bu gömrük generalları kimlərdir? - ARAŞDIRMA


Ölkəmizdə hər gün "adına şirkət açdılar", "xəbəri olmdan 100 min manatlarla vergi borcu yarandı" kimi buna bənzər xəbərlərin şahidi oluruq. Əslində bu hadisələr barədə uzun illərdir ölkə mətbuatında müxtəlif səpkili məlumat verilir, araşdırmalar aparılır.

Aidiyyatı qurumların apardığı araşdırmaların nəticələri ilə bağlı isə hələlik heç bir ciddi nəticə yoxdur. Nə bu işbazların tapılmasının şahidiyik, nə də borclu insanların son aqibətindən xəbərdarıq.

Əslində baş verənlərin əsas səbəbi nədir və bu işbaşların neçə işlədiyini araşdırmaqda davam edirik.

Araşdırmalarımız zamanı olduqca maraqlı detallar ortaya çıxır və bəzi sualların cavabları mərhələ-mərhələ müəyyənləşir.

Ötən yazılarımızda ölkəyə mal idxal edən qanunsuz şirkətlərin neçə yaranması, bu şirkətlərin himayəçilərinin yüksək çinli məmurlar olduğunu qeyd etmişdik. Heç nədən xəbəri olmayan insanların 100 min manatlarla vergi borcunun yaranması, insanları intihar həddinə çatdıran şəxslərin kimliyi və ya kimlərə bağlılığı barədə məlumat vermişdik.

Araşdırmalar zamanı bəlli olur ki, belə şirkətlərin yaradılması, asanlıqla fəaliyyəti monopolist məmurların ciddi nəzarəti altındadır və bu fəaliyyət günü-gündən inkişaf edir. Sözügedən şirkətlərin kimə məxsus olması, onların hansı şəxslər tərəfindən himayə olunması və nəticədə milyonların necə qazanıldığı tam çılpaqlığı ilə ortadadır.

Həmçinin qanunsuz fəaliyyət göstərən şirkətlərin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədova və diğər məmurların yaxın adamlarına məxsus olması deyilir.

Elə isə elə ki, bəs diğər məmurlar kimlərdir və onların gömrükdəki qanunsuz şirkətlərinin adı nədir?

Bu şirkətləri onlar necə və kimlərin əli ilə işlədir?

Araşdırmalarımızın daha bir mərhələsi olaraq demək olar ki, gömrükdəki qanunsuz şirkətlərin böyük bir hissəsinə bəzi gömrük generalları nəzarət edir və bundan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin məlumatı olmamış deyil. Bir növ şəbəkə şəklində fəaiyyət göstərən bu generallar öz qanunsuz şirkətlərinin fəaliyyətini asanlaşdırmaq üçün bir-birilərinin "fəaliyyətinə" şərait yaradırlar. Bu gömrük generallarının qanunsuz şirkətləri Bakı və Sumqayıtda, eləcə də, diğər idxal gömrük postlarında asanlıq öz fəaliyyətlərini həyata keçirirlər.

Qanunsuz şirkətlərin əsl sahibləri - Bu gömrük generalları kimlərdir? - ARAŞDIRMA


Kimlərdir bu generallar?

Dövlət Gömrük Komitəsində hansı yüksək vəzifələri tuturlar?

Bu yüksək çinli məmurlar öz nəzarətlərində olan şəxsləri qanunsuz fəaliyyət göstərən şirkətlərinin işinə necə cəlb edirlər?

Generalların qanunsuz şirkətlərinə nəzarət edən DGK-nın əməkdaşları kimlərdir?

Onların bu işdə maraqları nədir?

Bütün bunlar, bu şəxslərin adı, fəaliyyətləri barədə yaxın günlərdə daha ərtaflı məlumat verəcəyik.

Eləcə də qanunsuz şirkətlərinin olduğu deyilən Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədov və onun nəzarətindəki məmurların kimliyi də araşdırmamızın əsas hissəsini təşkil edir.

İdxal-ixrac əməliyyatlarına nəzarət etməli olan qurum və onu əməkdaşları qanunsuz şirkətlərlə necə işləyir?

Bu işdə onların maraqları nə qədərdir?

"Özləri qanunsuz şirkətlər saxlayırlarmı" suallarının tam cavabı növbəti yazılarımızda...

Bütün bunların fonunda Dövlət Gömrük Komitəsində, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentində at oynadan bu qanunsuz şirkətlərin və onların sahiblərinin fəaliyyəti hələ də aidiyatı qurumlar tərəfindən nəzarətə götürülmür.

Qəribəsi budur ki, bu qədər qanunsuz əməllərin sahibləri yüksək çinli məmurlar, gömrük generalları və onların tabeliklərindəki şəxslərdir. Hansı ki, bu şəxslərin əsl işi dövlərin büdcəsini doldurmaq, büdcəyə xələl gətirən şəxslərə qarşı mübarizə aparmaqdır.

Görünür, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti rəhbərliyi ya həbs olunmaqdan qorxmurlar, ya da qorxmurlar...

Elə isə son olaraq daha bir sual ortaya çıxır...

Qanunsuz şirkətlərin əsl sahibləri - Bu gömrük generalları kimlərdir? - ARAŞDIRMA


Görəsən, ölkə prezidenti İlham Əliyevin Dövlət Gömrük Komitəsində, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentində baş verənlərdən xəbəri varmı? Cənab prezident bilirmi ki, bu qurumlarda hansı qanunsuz fəaliyyət hökm sürür və dövlət büdcəsinə nə boyda ziyan vurulur?

Beləliklə araşdırmamızın daha bir mərhələsi başlayır... Ölkənin gömrük sistemini monopoliyada saxlayan generalların kimliyi, onlara dəstək verən şəxslərin adları və fəaliyyəti barədə yaxın günlərdə oxuyacaqsınız...
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı