Azərbaycanda lotereya bazarı BUMU... - Bir manata həyat dəyişə bilərmi?
Sosial
Oxunub: 206
25 apr 2022 | 20:24
Azərbaycanda lotereya bazarı BUMU... - Bir manata həyat dəyişə bilərmi?


Lotereya cəmi 1 manata. Maraqlısı budur ki hər gün minlərlə insan 1 manata həyatının dəyişəcəyini, daha çox gəlir əldə edəcəyini düşünür. Bunu qismət, şans, bəxt hər nəisə adlandırıb, hər gün cibində olan son manatını da lotoreya oynayanlar var. Bunun üçün çox uzağa deyil, elə “28 May” metrosunun yaxınlığına nəzər salmaq lazımdır. Hər gün minlərlərlə insan “bəlkə bu dəfə alındı” deyib, cibində olan zəhmətlə, əziyyətlə qazandığı pulu bu kağız parçasına verir. Qazananlar burada ən çox 100 manat qazandığını deyir, itirənlər isə, hər gün itirdikləri üçün bəlkə heç hesabını da aparmır…
Bir manata həyat dəyişə bilərmi?

Bəlkə də dəyişər. Ancaq bu gün, bu şəraitdə deyil. Bəlkə heç Azərbaycanda da deyil… Bu lotereyaların insanlarını həyatını dəyişməsi ilə bağlı reallıqlar qədim dövrlərdə qaldı. İndi qazanan da “yaxın” olur. Məsələn, aldığınız və keçirilməsini gözlədiyiniz lotoreyada cek-potu kim qazanır? Bunu heç düşündünüzmü? Araşdırdınızmı? Əlbəttə ki, bu kimin ağlına gəlir ki?

Hüquq ölkəsi olsaq da, əksəriyyətimiz müsəlmanıq. İnancımız İslama və Allahadır. Bəs dinimizin bu kimi oyunları haram hesab etdiyini bilirsinizmi? Dinimizə görə, pul ilə oynanılan istənilən oyun, hətta domino belə, qumar hesab edilir və haramdır. Əyləncə üçün oynadığınız oyunlar da qazanc məqsədi güdməməlidir. Dia.az-ın məlumatına görə, ilahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kağızı pozmaqla qazanc gətirdiyi iddia edilən oyun da daxil olmaqla digər lotereyalar, eləcə də istənilən qumar alətləri haramdır. Hətta bunun böyük bir günah olması barədə Quran-i Kərimdə də qeyd edilib:

“İblisin bəndə üzərində hakimiyyətini təmin etməklə, Allahın qəzəbinə mübtəla olaraq, bəndənin üzünə cəhənnəm qapılarını açmış olur. Yəni Allah bu işi görənləri Şeytanın dostu adlandırır”.

İlahiyyatçının sözlərinə görə, imamlar da zamanında bu mövzuya toxunmuş, bu şeytani oyunlarla məşğul olanları “axmaq” və “ağılsız” adlandırmışdır. Çünki insanın ağlının göstəricisi onun halal zəhmətlə qazandığını şeytani oyunlara deyil, Allahı razı salan istiqamətlərə xərclənməsi ilə ölçülür. İnsanın qazancını xərclədiyi yerlərə baxaraq ağıllı və kamil olduğunu müəyyən etmək mümkündür.

“İmam Sadiq (ə) buyurur: qumar alətlərinə yaxınlaşaraq, şeytanı özünüzə hakim seçməyin. Bu iş, sizi Allahın mərhəmətindən uzaqlaşdıracaq və qəzəbinə düçar edəcək bir çirkin əməldir. İmam Rza (ə) buyurur: haram yollarla qazanc əldə edərək,özünüzün və ailənizin həyatini təhlükəyə atmayın. Çünki haram yolla qazanılan qazanc insanın özünə, ailəsinə böyük təhlükə yaradır. Allahın qəzəbini ev-əhlinə şamil edərək böyük bəla nazil edir. Məgər istərsinizmi özünüzə və ailənizə böyük bəlalar gəlsin? Bunun üçün də Allahın qəzəbini deyil də, mərhəmətini özünüzə və ailənizə bəxş edin”.

P.S. Müşahidələr göstərir ki, vətəndaşların cibinə mədəni şəkildə girən lotoreya oyunlarından qazananların sayı barmaqla sayılacaq qədərdir. İtirənlərin isə, saysız… Həm maddi, həm də mənəvi olaraq itirmək ağrıdıcı deyilmi? Bu dünyada pulunuzu itirirsiniz, Allah qarşısında günaha girmiş olursunuz. Deyirlər din ən güçlü siyasətdir. Dinlə bütün düşüncələrə qalib gəlmək mümkündür. Bəlkə bir düşünəsiniz?! Dəyərmi?
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı