"Atəşgah Sığorta" XALQA QARŞI... - NARAZILIQ VAR!
Sosial
Oxunub: 342
23 apr 2022 | 19:19
"Atəşgah Sığorta" XALQA QARŞI... - NARAZILIQ VAR!


“Atəşgah” sığorta şirkəti uzun illərdir ki, əhalini ələ salır və nədənsə bu işlərə əncam çəkən tapılmır. Çoxlu şikayətlər edirik, lakin heç birinin doğru-düzgün nəticəsi ortalığa çıxmır". Bu barədə göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "“Atəşgah” şirkəti hər il xalqdan sığorta adı ilə milyonlarla pul yığır. Bu pul sürücülərdən ona görə alınır ki, guya sizi sığorta edirik, maşınınız qəzaya düşəndə sizə dəyən ziyanı ödəyəcəyik. Lakin elə ki avtoqəza oldu və iş gəldi çıxdı “dəyən zərərin ödənməsinə”, vay da onda başlayır. “Atəşgah” şirkəti sözünün üstündən qaçır, pulu ödəmək istəmir. Şirkətin hüquqşünası pulu ödəməməkdən ötrü min cür oyundan çıxır. Nəticədə vətəndaşların nəinki əsəbləri pozulur, həm də dövlətə qarşı süni şəkildə narazılıq yaradılır. Bu təxribatlara aydınlıq gətirilməlidir. Biz dövlətə və hüquq mühafizə orqanlarına müraciət edərək bu işlərin araşdırılmasını istəmişik və ccinayət işi açılıb. Siz media orqanlarından da xahiş edirik ki, bu məsələni ictimailəşdirin, xalq görsün, aldanmasın, “Atəşgah”ın toruna düşənlər olmasın.
Dəfələrlə şirkətdən bizə verilməli olan pulun ödənilməsi üçün şikayətlər etmişik, şirkətinin binasının qarşısında etiraz aksiyası da keçirmişik. Aksiya zamanı baxıb görmüşük və ortalığa çıxarmışıq ki, “Atəşgah” şirkəti çoxlu insanları dünyada misli-bərabəri olmayan loxotron sistemləri ilə aldadır, bu işdə məşhur Ostap Benderin də fəaliyyətini ötüb keçəcək qədər pərgarlaşıb.
Fikir verin, sizə bir neçə detal sadalayaq ki, şirkət min oyundan çıxaraq insanları açıq-aşkar ələ-salıb, min cür əzab-əziyyətlərə qatlaşdırıb, infarkt həddinə çatdırmaqla da olsa onları aldadaraq əllərindən aldığı pulu həzmi-rabedən keçirib. 10 ildi, 15 ildi vətəndaşlar şirkətin binasına sürünürlər, pullarını ala bilmirlər.

2012-cü ilin 13 iyulunda avariya olub. 50-CE-461 nömrəli maşın piyadanı vurub. Vəfat etmiş vətəndaşın atası 10 ildi sürünsə də, “Atəşgah” ona pulu ödəmək istəmir. Deyir ki, işi təhlükəsizlik şöbəmizə vermişik, qaydaya uyğun olaraq təhlükəsizlik şöbəmiz rəy verməlidi, bundan sonra pulu buraxmalıyıq. Halbuki şirkətdə aləm bir-birinə qarışıb, bu təhlükəsizlik şöbəsi dedikləri şöbə elə bankın adi sığorta işçiləridir ki, müdir nə dedi onu da yerinə yetirirlər. İndi siz deyin, şöbə işi nə qədər vaxta araşdırıb rəy verməlidir? Dünyanın hansı ölkəsində görünüb ki, sığorta şirkətinin primitiv bir şöbəsi rəy verməkdən sarı 10 il ələşsin?
2012-ci ilin 8 mart tarixində 10-TE-338 nömrəli maşını ilə 10-GR-872 nömrəli maşınının toqquşması nəticəsində bir neçə şəxs ölmüşdür. Ölənlərdən birinin - Teymur Zabilovun həyat yoldaşı uzun illərdir sürünsə də şirkətdən ona məhəl qoymurlar. Məhz belə mərhumların hesabına şirkət işçiləri varlanır, xaricdə özlərinə mal-mülk alırlar. Əhali isə bunların maxinasiyalarına aldanaraq sonda bir tikə çörəyə möhtac qalır.
2013-cü ilin 3 avqustunda dəhşətli qəza baş vermişdir. 90-FS-754 nömrəli maşının 19-BB-176 nömrəli maşınla toqquşması nəticəsində bir ailə büsbütün qırılmışdır. Ailənin 4 körpə uşağı hal-hazırda yetim qalmışdır, nənələrinin himayəsindədirlər, “Atəşgah” şirkəti bu yetim körpələrin pulunu yeyərək ödəməkdən imtina edir. Halbuki bu körpələr köhnə uçuq daxmada qalırlar, qışda evlərinin damından içəri yağış suyu tökülür. Dəfələrlə müraciət ediblər ki, şirkət pulu ödəsin, biz evimizi təmir edək və dava-dərmanlarımızı alaq. Lakin şirkət bildirir ki, iş köhnə işdir, araşdırma gedir. Nəyi araşdırırlar, necə araşdırırlar, nə vaxt başa çatdıracaqlar, bir Allah bilir.
2014-cü ilin 31 iyulunda baş vermiş hadisədə də bir nəfər adam ölmüşdür, həyat yoldaşı mərhim ərinə düşən pulu şirkətdən tələb etsə də, şirkət pulu ödəməkdən imtina edir. Şirkətin hüquqşünası yenə deyir ki, təhlükəsizlik şöbəsində araşdırılır.

Bu maşınların hamısı “Atəşgah” şirkətində sığorta olunmuşdular. Şirkət işçiləri insanları aldadaraq pul almışlar ki, sizi sığortaladıq, başınıza bədbəxt hadisə gəlsə biz sizə kömək edəcəyik. Lakin insanlar avtoqəzaya düşəndə şirkət pulu ödəməkdən boyun qaçırır, hətta çox zaman vətəndaşları kobud şəkildə ofisdən qovaraq hədə-qorxu gəlirlər. Biz dövlətimizdən və mediamızdan bu işlərə əncam çəkilməsi üçün kömək istəyirik. Baş Prokurorluq və Mərkəzi Bank artıq bu işləri araşdırmağa başlamışdır. “Atəşgah” sığorta şirkətindəki yoldaşlar xalqa loxotron qurublar, insanları ən kobud və kustar üsullarla aldadırlar.
Son müraciətlərimiz zamanı onlara bildirdik ki, Mərkəzi Banka sizdən şikayətlər edəcəyik, kəskin söhbət oldu, dedilər ki, biz Mərkəzi Bankı hərləmirik, ordakılar sədrimizin öz adamlarıdır, gedin hara şikayət edirsinizsə edin. Belə özbaşınalıq olurmu? İndi şükürlər olsun ki, Mərkəzi Bankın rəhbərliyi dəyişib və işə əncanm çəkiləcək.
Biz aldadılmış vətəndaşlar media orqanlarından xahiş edirik ki, “Atəşgah” sığorta şirkətinin maxinasiya kanalına son qoyulmasına kömək edin, aldadılmış vətəndaşların hüquqlarının bərpa edilməsində iştirak edin".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı