Yol polisinin nömrə inhisarçılığı korrupsiyaya yol açır
Sosial
Oxunub: 269
23 apr 2022 | 23:39
Yol polisinin nömrə inhisarçılığı korrupsiyaya yol açır


Baş DYP İdarəsinin istehlakçı hüquqlarının pozmasına qiymət verilmir
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.1 maddəsi 001-009, 100-900, 111-999 rəqəmləri ilə ifadə olunan avtomobil nömrələrinin verilməsinə görə 1000 manatdan 3000 manata qədər dövlət rüsumunun ödənilməsini doğrulayır. Di gəl, vətəndaş, istehlakçı istədiyi nömrəni almaqda xidmət qurumunun – Baş Dövlət Yol Polisi İdarəsinin inhisarçı mövqeyi ilə qarşılaşır və hüququndan yararlana bilmir . Niyə? Ən geniş yayılmış metod nömrənin sərfiyyatda olmaması, olanda isə anında satılmasıdır. Təsəvvür edin, 15 ildir yol polisi 001 nömrələrinin ümumiyyətlə mövcud olmadığını bildirir! (?) Belə çıxır, nömrələr 2-dən başlanır? Eyni zamanda, nömrə mövcud deyilsə, niyə qanuna salınıb? Açıq-aşkar istehlakçı hüquqlarının pozulması, nömrələrin gizlədilməsi, sərfiyyata çıxarılmadan qıtlıq yaradılıb şişirtmə qiymətə “şişirdilmiş” şəxslərə satılması inhisarçılığı hökm sürür. Bu inhisarçı özbaşınalığından dövlət büdcəsi də ziyan çəksə də, nə Hesablama Palatası, nə Maliyyə Nazirliyi büdcə gəlirlərinin süni şəkildə azaldılmasına hüquqi qiymət verilməsini təmin edir. Təkcə 001 nömrəsinin sərfiyyatdan gizlədilməsi ilə büdcənin 2 milyon manata yaxın vəsaitdən məhrum olmasını hesablamaq çətin olmaz yəqin.
Fikrimizcə, nömrə verilməsində hüquq və azadlığı xarici ölkələrdəki kimi təmin etmək olar. Deyəsən, qonşu Gürcüstan da bu sistemə keçib. Yəni hər bir avtomobil yiyəsi öz daşınar əmlakına istədiyi adı verməkdə sərbəstdir. Necə deyərlər, kasıb itinin adını “Gümüş” qoymaqda tam azaddır, bircə başqa kasıbın itinin ad hüququnu pozmasın. Yoxsa, bizdəki kimi ?Hansı nömrəni istəyirsən, sərfiyyatda olmur, ya da anında satılır. Bu necə ola bilər? 77 ilə başlayan nömrələr sərfiyyata çıxan kimi 777 nömrəsinin verilməsini istəyən Qarabağ qazisinə xidmətdən hələ də imtina edilir. Belə çıxır 800 civarında nömrə anında satıldı? Axı bu fiziki yöndən də mümkün deyil. Ümumiyyətlə, xidmət sahəsində inhisarçı mövqeyindən yararlanılması, kiməsə üstünlük verilməsi, ayrı-seçkilik edilməsi yolverilməzdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19. 09.1995 tarixli qanun mal seçilməsində, xidmət göstərilməsində ayrı-seçkiliyi qadağan edir. Qanun yalnız SOSİAL MÜDAFİƏYƏ EHTİYACI OLAN ŞƏXSLƏRƏ müəyyən güzəştlər tətbiq edilməsinə yol verir. Yol polisi isə, əksinə, Qarabağ qazilərinə qarşı qərəzli ayrı-seçkiliyə yol verir, hətta xidmətdən imtina edir. “Qocaman” oxucular sovet dönəmində “bərkgedən” nömrələrin müharibə iştirakçılarının “Zapı”larına verilməsindən bilgilidirlər. Qarabağ qazilərinin “nazlifan”larının “bəxtinə” isə “nazsız” nömrələr düşür.
Yol polisinin avtomobil nömrələrini sərfiyyatdan gizlətməsi, “piştaxta altından” nominal dəyərindən qat-qat bahasına satması korrupsiya faktıdır. Prezidentin 04.04.2022 -ci il tarixli sərəncamı ilə doğrulanan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nında nəzərdə tutulmuş kompleks tədbirlər başlıca olaraq ŞƏFFAFLIĞIN ARTIRILMASINA, DÖVLƏT ORQANLARI (QURUMLARI) tərəfindən göstərilən XİDMƏTLƏRİN KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASINA xidmət edir. Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil nömrələrini sərfiyyatdan gizlətməsi, hətta xidmətdən imtina etməsi isə nə dövlətə, nə onun başçısına, nə də vətəndaşa xidmət sayılır. Belə “xidmət”in bir adı var : (ÖZÜNƏ)RÜŞVƏT XİDMƏTİ!
Məğrur Bədəlsoy
Teref.az
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...