Müdafiə Nazirliyində KORRUPSİYA FAKTLARI: - Keçmiş rəis yeyinti sahələrini tək-tək sadaladı
Sosial
Oxunub: 226
22 apr 2022 | 19:19
Müdafiə Nazirliyində KORRUPSİYA FAKTLARI: - Keçmiş rəis yeyinti sahələrini tək-tək sadaladı


“Müdafiə Nazirliyindəki yeyintilər təkcə büdcədən ayrılan vəsaitin talan edilməsi deyil, bu, Azərbaycanın müdafiə qabiliyyətinə vurulan zərbədir”. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində (MN) həyata keçirdiyi həbslər və aşkarlanmış korrupsiya faktları haqqında danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, nazirlikdə aparılan yoxlamalar qurumun necə çirkab içində olduğunu ortaya qoyur:

“Maliyyə İdarəsinin rəisi həbs edildi. Məlum oldu ki, 80 milyon manatdan çox pul mənimsəyib. Bu, insanlarda şübhə yaradır. Çünki bir nəfərin o qədər pulu təkbaşına oğurlaması mümkün deyil. Yoxlamalar hər sahəni əhatə etməlidir. Təkcə Maliyyə İdarəsində yox, demək olar, bütün sahələrdə yeyinti olub. Ən çox yeyinti olan sahələrdən biri Satınalmalar və Təchizat İdarəsidir. Həbslərin davam edəcəyini demişdim. Məlum oldu ki, Satınalmalar və Təchizat İdarəsində işləmiş üçüncü şəxsi həbs ediblər. Hesab edirəm ki, əlavə olaraq İşlər İdarəsində də korrupsiya halları var. İşlər İdarəsinin keçmiş rəisi polkovnik İlqar Məmmədov Nəcməddin Sadıkovun ən yaxın adamlarından biri idi. O sahədə də yoxlamalar gedir. Orada da ciddi yeyintilərin olduğunun şahidi olacağıq. Bundan əlavə, Maddi Texniki Təminat, həmçinin Sənaye İdarəsində də yoxlamalar aparılmalıdır. Yoxlamaların aparılmasına ən ciddi ehtiyac olan yerlərdən biri də Azərbaycanın Hərbi Dəniz Qüvvələridir. Hərbi Dəniz Qüvvələrində neqativ hallar həddindən artıq çoxdur. Nədənsə, o istiqamətdə işlər aparılmır.

Azərbaycan dövlətinin müdafiəsi və hərbçilərin rifahı üçün dövlət büdcəsindən böyük pullar ayrılır. Onu isə hansısa rütbəli dələduzlar yeyirlər.

Evsiz qalan çoxlu sayda zabitlər var, yeyilən maliyyə ilə onların hamısını evlə təmin etmək olardı.

Yoxlamalardan çıxan nəticə odur ki, nəzarət zəif olub. Ayrılan maliyyəni istədikləri kimi talan ediblər. Burada Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, Maliyyə Nazirliyinin də üzərinə məsuliyyət düşür. Nazirlik ayırdığı pulun hara xərcələnməsinə nəzarət etməyib.

Düşünürəm ki, araşdırmalar davam etməli və sonunda günahı olan hər kəs cəzasını almalıdır”.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR