"Ege Hospital"da təxliyə problemi: Baş verə biləcək faciəni kimlər önləməli?
Sosial
Oxunub: 216
18 apr 2022 | 22:50
"Ege Hospital"da təxliyə problemi: Baş verə biləcək faciəni kimlər önləməli?


Aprel ayının 3-də Bakı şəhərində fəaliyyət göstərən gecə klublarından birində baş verən partlayış ictimai binalarda təhlükəsizlik qaydalarının hansı formada olması məsələsini yenidən gündəmə gətirib. Zaman-zaman təhlükəsizlik qaydalarının normalara uyğun olmamasına görə baş verən oxşar hadisələr bu sahədə çox ciddi problemlərin olduğunu göstərir.

Qlobal.az xəbər verir ki, Bakıda geniş vüsət alan hündür mərtəbəli yaşayış və qeyri-yaşayış binalarında da vəziyyət qənaətbəxş deyil. Belə ki, hündürmərtəbəli binalarda olan ən ciddi problemlərdən biri yanğın zamanı evakuasiyanın təmini ilə bağlı olan problemdir.

Son illər tikilən hündür mərtəbəli binaların əksəriyyətində yanğın təhlükəsizliyi ilə bağlı olan pilləkən qəfəslər demək olar ki, qurulmur.

Təəssüflər olsun ki, təhlükəsizlik pilləkənlərinin yoxluğuna fasad hissələri yanğına davamsız olan süni üzlük materiallarla montaj olunmuş tikililərə də rast gəlinir.

Bu cür binalardan biri də Bakıda Həsən Əliyev küçəsində olan "Ege Hospital"ın yerləşdiyi binadır.

Qeyd edək ki, 12 mərtəbədən ibarət olan hospitalın binasının fasad hissəsi Alüminium kompozit panel (alkopan) ilə montaj olunub.

Hospitalda iki lift fəaliyyyət göstərsə də, burada insanların evakuasiyası üçün bina fasadında pilləkən qəfəsləri quraşdırılmayıb.

Bu hal isə baş verə biləcək hər hansı ekstremal vəziyyətlərdə binada olan yüzlərlə insanın həyatını sual altına qoyur. Nəzərə alanda ki, binada olan insanların bəziləri müalicə və müayinə üçün gəlmiş, sağlamlığı məhdud olan insanlardan və azyaşlılardan ibarətdir, o zaman faciənin daha böyük miqyasda olacağını qaçılmaz edir.

Bəs hospital rəhbərliyi bu halı nəzərə alıbmı, fors-major vəziyyətlərdə xəstəxananın işçiləri və xəstələrin evakuasiyası necə planlaşdırılır? Bu sualla "Ege Hospital"ın müdiriyyətinə sual ünvanlasaq da, qarşı tərəf mövqe bildirmədi.

Qeyd edək ki, aprel ayının 11-də Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirlikdə keçirilən müşavirədə "Location” gecə klubunda baş vermiş partlayış barədə danışaraq bəzi işbazların qanunlara laqeyd yanaşdığını bildirib: "İctimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol açır və hər an potensial təhlükə mənbəyidir. FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır faciələrə gətirib çıxarır”.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...