“Kömək edin, yoxsa ömürlük şikəst qalacam” - Müharibə iştirakçısının fəryadı..
Sosial
Oxunub: 223
16 apr 2022 | 15:00
“Kömək edin, yoxsa ömürlük şikəst qalacam” - Müharibə iştirakçısının fəryadı..


“Mən oktyabrın 10-da könüllü olaraq Nizami rayon Hərbi komissarlığından 2-ci Qarabağ müharibəsinə yollanmışam. Hərbi hissəyə gedəndən sonra məni alınmış postları mühafizə etmək üçün Qubadlı rayonuna yolladılar. Daha sonra yenidən postları mühafizə etmək üçün Laçın rayonuna getdim. İki ay mən orada qaldım. İki aydan sonra dekabr ayının 31-də bizi evə buraxdılar. Ehtiyac üzündən işləməyə məcbur idim. Çünki müharibədən öncə də usta işləyirdim. Təbii ki, müharibənin stresi, əsəbi məndə qalmışdı. Bu mənim səhhətimə çox pis təsir edirdi. Elə buna görə də işlədiyim yerdə 3-cü mərtəbədən yerə yıxılaraq ayağımı sındırdım”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2-ci Qarabağ müharibəsinin iştirakçısı Heydər Mirzəyev deyib. O daha sonra özünə qarşı olan laqeyd münasibətdən gileylənib.

“İki ay sonra həmin hadisənin üstündən 1 il keçəcək. Hələ də ayağım düzəlməyib, ağrılara dözə bilmirəm. Səhhətimə görə Nizami rayon 18 nömrəli poliklinikaya müraciət etmişəm, amma maddi imkanım olmadığı üçün gedib müalicə ala bilmirəm. Hal-hazırda köməksiz vəziyyətdə qalmışam. Ona görə sizin saytınız vasitəsilə problemimi dilə gətirdim. Xahiş edirəm mənə köməklik edin, yoxsa əbədi şikəst qalacam. Hal-hazırda Masallıda Köhnə Alvadı kəndində dayımın yanında qalıram. Masallı Rayon İcra Hakimiyyətinə müalicəmdə mənə köməklik etmək üçün müraciət etsəm də hələ bir xəbər yoxdur. Deyirlər ki, gözlə xəbər edəcəyik. Dayım yeməyimizə, dolanışığımıza baxır, üzüm gəlmir ona deyim ki, dərmanlarımı da al gətir, məni müalicə et. Masallıda Bioloji Təbabət klinikasına getdim, orada dedilər ki, ayağın reabilitasiya olunmalı, iynə vurulmalıdır. Qarabağ müharibəsi iştirakçısı olduğumu bilib, mənə müalicə xərclərində endirim etdilər. Bir kurs müalicənin məbləği 600-700 manat edir, bu elə də böyük məbləğ deyil. Vallah maddi durumum yaxşı olsaydı heç kimə ağız açmazdım. Bir çox müharibə iştirakçıları kimi mənə də Ali Baş Komandanın təyin etdiyi təqaüdü vermədilər. Sözün düzü gözümü o pula dikmişdim ki, ayağımı həmin məvaciblə müalicə etdirim. Müdafiə Nazirliyinə ərizə ilə müraciət də etmişəm. Heç bir xəbər yoxdur. Sadəcə bir medal verməklə kifayətləniblər. Düzdür, mən hərbidə yox, mülkidə yıxılıb, xəsarət almışam. Amma stressi, psixoloji sarsıntı və əsəbi axı döyüşdə qazanmışam” deyə döyüşçü bildirib.

İnanırıq ki, aidiyyatı qurumlar qaldırdığımız problemin həllinə səssiz qalmayıb, 2-ci Qarabağ müharibəsinin iştirakçısına kömək edəcəklər.

“Kömək edin, yoxsa ömürlük şikəst qalacam” - Müharibə iştirakçısının fəryadı..
“Kömək edin, yoxsa ömürlük şikəst qalacam” - Müharibə iştirakçısının fəryadı..
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib