"AQ İnşaatçı Servis" MMC VƏTƏNDAŞA QARŞI... - İLLƏRİN DAVASI...
Sosial
Oxunub: 308
15 apr 2022 | 21:43
"AQ İnşaatçı Servis" MMC VƏTƏNDAŞA QARŞI... - İLLƏRİN DAVASI...


2011-ci il mayın 26-da "AQ İnşaatçı Servis" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu 386-cı məhəllədə inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 4 mənzil almış Bayramova Əzizə Əsgər qızı 11 ildir məhkəmələrdə süründürülür. Dia.az xəbər verir ki, şikayətçi "AzPolitika.info"-nun redaksiyasına müraciətində adıçəkilən şirkətin rəhbərlərinin törətdiyi qanunsuzluqlardan şikayətlənib. Əzizə Bayramovanın ürəyi sözlə, ağır çantası isə məhkəmə qətnamələri, iddia ərizələri, şikayət məktubları ilə doludur. O, bütün sənədləri səliqə ilə masaya düzür və sözə başlayır: "2011-ci ildə iki dəfəyə 330 min və 245 min dollar ödəyərək "AQ İnşaatçı Servis" MMC-dən hər birinin sahəsi 167-169 kvadrat metr olan 4 mənzil aldım. Şirkətdən mənzillərin dəyərinin ödənildiyinə və borcumun olmadığına dair mənə ayrı-ayrılıqda maliyyə arayışları təqdim olundu. Mən alqı-satqı edən zaman binanın tikintisi yekunlaşmışdı, təhvil verilmək üzrə idi".

Ə.Bayramova bildirir ki, 2011-ci ildə binadakı mənzillərin bir neçə nəfərə satıldığı məlum olub. O, dərhal şirkətə, eyni zamanda məhkəməyə müraciət edib: "Məlum oldu ki, mənə məxsus 50-ci mənzil Əliyev Rasim Abdulla oğluna, 59-cu mənzil Ağakişiyev Əli Rafiq oğluna, 54-cü mənzil isə Aida Əsgərovaya satılıb. 2012-ci ilin əvvəllərində Nəsimi Rayon Məhkəməsinə müraciət etdim, qarşı tərəfin uzun süründürməçiliyindən sonra, nəhayət, həmin ilin sentyabrın 12-də məhkəmə mənzillərin mənə verilməsi barədə qərar çıxardı. Aida Əsgərovaya satılan mənzillə bağlı isə fərqli qərar qəbul edildi. Məhkəmə həmin evin təmir olunduğunu və içində yaşayış olduğunu nəzərə alıb, mənə həmin binadan eyni sahəyə malik başqa mənzil verilməsini qət etdi. Mən də prinsipcə, buna etiraz etmədim".

Qeyd edək ki, başqa mənzil sahiblərinin şikayətlərindən sonra MMC-nin icraçı direktoru Şakir Əliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib, məhkəmənin qərarı ilə ona 8 il həbs cəzası verilib. Şikayətçi bildirir ki, "AQ İnşaatçı Servis" MMC məhkəmənin onun iddiası üzrə çıxardığı qərarından apellyasiya şikayəti verib. Amma bu instansiya hökmü qüvvədə saxlayıb, eləcə də Ali Məhkəmənin Mülki Kollegiyası da aşağı instansiyaların qərarlarını dəyişməyib və qarşı tərəfin iddiasını rədd edib: "Qeyd edim ki, kassasiya şikayətləri adıçəkilən şirkətin 2 təsisçisi tərəfindən ayrı-ayrılıqda verilmişdi. Amma qərardan çox keçmədən onun icrası təmin olundu və 3 mənzil mənə verildi, amma Aida Əsgərovaya satılmış mənzilin əvəzinə başqa ev verilməsini müxtəlif səbəblərdən icra etmək mümkün olmadı".

Amma MMC məhkəmənin artıq icra edilmiş qərarı ilə barışmaq niyyətində olmadığını nümayiş etdirib. Belə ki, 2015-ci ildə "AQ İnşaatçı Servis" MMC Əzizə Bayramova ilə bağlanılan alqı-satqı müqaviləsinin ləğv edilməsi iddiası ilə Bakı Apellyasiya Məhkəməsinə üz tutub, amma hakimlər bu dəfə də onun şikayətini əsassız sayıblar. Şikayətçi bildirir ki, bu qərardan 5 il sonra MMC rəhbərləri Apellyasiya Məhkəməsinin sözügedən qərarını almadıqlarını əsas gətirərək, yenidən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti ilə müraciət ediblər. 11 noyabr 2020-ci ildə hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə qarşı tərəfin kassasiya şikayəti rədd edilib. Əzizə Bayramova bildirir ki, "AQ İnşaatçı Servis" MMC-nin rəhbərləri yenə ondan əl çəkmirlər. 2021-ci ilin iyul ayında Konstitusiya Məhkəməsinə müraciət edərək 10 il ərzində qəbul olunmuş bütün məhkəmə qərarlarının ləğv olunmasını istəyiblər. Konstitusiya Məhkəməsinin hakimi Sona Salmanovanın adından Əzizə Bayramovaya göndərilmiş məktubda bildirilir: "Konstitusiya Məhkəməsində "AQ İnşaatçı Servis" MMC-nin şikayətinə baxılır. Şirkət 11 noyabr 2020-ci il tarixli 2(012)-4845\2020 saylı qərarın Azərbaycan Respublikası Konstitusiyasına və qanunlara uyğun olmadığı üçün qüvvədən düşmüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Ərizəçi əsaslandırıb ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulub. Mülahizənizin təqdim edilməsi xahiş olunur".

Ə.Bayramova bildirir ki, vəkili artıq bu iddianın tam əsassız və qanunsuz olmasına dair əsaslandırılmış mülahizəsini Konstitusiya Məhkəməsinə təqdim edib. Sənəddə yüksək instansiyadan MMC-nin şikayətinin icraata qəbul olunmasından imtina edilməsi xahiş edilib. "Konstitusiya Məhkəməsinin hakimi Sona Salmanova vəkilimlə görüşərək barışıq təklif edib. Mən başa düşmürəm, kimlə, nəyə görə barışmalıyam? On ildə hüquqları pozulan, məhkəmələrdə süründürülən mənəm, mənzilimin birini hələ də qaytarmayıblar. Nəyə görə MMC-nin qanunsuzluğu ilə barışmalıyam? Təəssüf ki, tamamilə əsassz olaraq onların şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edilib. Ara-sıra mənə siqnallar göndərirlər ki, qarşı tərəfin tələbi üzrə bütün məhkəmə qərarlarını ləğv etmək istəyirlər", - deyə Əzizə Bayramova vurğulayır.

Şikayətçi media vasitəsi ilə ölkə rəhbəri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarına, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə müraciət edərək, kömək istəyib: "Mən hüquq dövlətində yaşayıram, ölkəmi çox sevirəm. 10 ildir MMC mənim bütün həyatımı zəhərə döndərib. Sizdən xahiş edirəm, ədalətin bərpasına dəstək olun, mənim haqqımın pozulmasına imkan verməyin!"
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib